Month: July 2021

  • Xarici dövlətlər Əfqanıstandakı konsulluqlarını bağlayır

    Rusiyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki Baş Konsulluğu bu ölkədəki siyasi vəziyyətin kəskinləşməsi səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

    TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.

    O əlavə edib ki, hazırda Əfqanıstanda bir çox konsulluqlar ölkədəki gərginlik düzələnə qədər müvəqqəti olaraq işlərini dayandıracaq.

    Z. Kabulovun sözlərinə görə, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Tacikistana Əfqanıstanla sərhəd ərazidə təhlükəsizliyinin təmin edilməsində kömək göstərməyə davam edəcəklər.

  • Misir klubu Messi və Dani Alveşlə danışıqlar aparır

    Misirin “Farko” klubu braziliyalı müdafiəçi Dani Alveşi heyətinə qatmaq istəyir.

    “ElHadath AlYoum” nəşri xəbər verir ki, klub rəhbərliyi həmçinin “Barselona”nın kapitanı Lionel Messini Hepatit C ilə mübarizədə yardım kampaniyasına cəlb etməyi ümid edir.

    “Dani Alveş ilə işləyərək onun təcrübəsindən faydalana bilərik. Alveslə görüşmüşəm. Mənə dedi ki, səkkiz yaşından bəri “San Paulu” oynamaq arzusundadır. Onu Misir Premyer Liqasına gətirə biləcəyimi düşünürəm”, – deyə “Farko”nun sahibi Şrin Helmi qeyd edib.

  • Папа Франциск перенес операцию

    Папа римский Франциск успешно перенес хирургическую операцию. Об этом сообщил глава службы печати Святого престола Маттео Бруни, передает РИА Новости.

    Он пояснил, что 84-летнему главе католической церкви накануне была сделана плановая операция по поводу дивертикулярной болезни сигмовидной ободочной кишки. Хирургическое вмешательство проводилось под общей анестезией в римской больнице имени Джемелли (Policlinico Gemelli).

    За несколько часов до операции Франциск приветствовал публику на площади Святого Петра в соответствии с воскресной традицией. Он рассказал о планах посетить в сентябре Венгрию и Словакию.

  • Roma Papası əməliyyat olunub

    Roma Papası Fransisk əməliyyat olunub.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlama verib.

    Onun sözlərinə görə, 84 yaşlı Katolik Kilsəsinin rəhbəri “siqmoid kolonun divertikulozi” (yoğun bağırsağın divertikulyar xəstəliyi) ilə bağlı planlı əməliyyat keçirib.

    Əməliyyatın uğurlu olduğu vurğulanıb.

  • Число лесных пожаров на западе Канады возросло до 180

    Число лесных пожаров в западной канадской провинции Британская Колумбия, вызванных аномальной жарой, за последние сутки выросло со 136 до 180. Об этом сообщил телеканал CTV со ссылкой на местную противопожарную службу, пишет ТАСС.

    В тушении огня задействованы более 3 000 человек, авиация и спецтехника. В понедельник в регион прибудут 350 солдат и офицеров Вооруженных сил Канады для помощи в ликвидации пожаров.

    Площадь возгорания превышает 79 000 га. Жители более 1 300 домов получили приказ об эвакуации, более тысячи человек могут получить такой приказ в ближайшее время.

    Ранее сообщалось, что лесные пожары практически полностью уничтожили небольшой населенный пункт Луттон, где на прошлой неделе был зафиксирован абсолютный температурный рекорд в истории Канады – 49,6 градуса Цельсия. Его успели покинуть около тысячи жителей. По данным полиции, как минимум два человека погибли в огне.

    С конца июня в провинциях Альберта, Британская Колумбия, некоторых районах провинции Саскачеван, а также в южных частях арктических территорий страны – Юкона и Северо-Западных территорий – установилась аномальная жара. Столбики термометров здесь днем достигают отметки в 40-45 градусов Цельсия. В некоторых районах жара начала спадать в минувший вторник, но в ряде мест продержится до начала этой недели.

    2 июля сообщалось, что в Британской Колумбии по меньшей мере 720 человек стали жертвами аномальной жары.

  • Kanadada meşə yanğınlarının sahəsi hər gün sürətlə genişlənir

    Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində anomal istilərlə əlaqədar baş verən meşə yanğınlarının sayı son sutka ərzində 136-dan 180-ə çatıb.

    CTV telekanalı bu barədə əyalətin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

    Meşə yanğının söndürülməsinə üç mindən çox insan, aviasiya və xüsusi texnika cəlb olunub.

    Qeyd olunur ki, yanğının sahəsi hazırda 79 min hektarı keçib.

  • Fransada koronavirusa qarşı peyvənd məcburi olur

    Fransada koronavirusa qarşı peyvənd bütün yetkinlər üçün məcburi ola bilər.

    Bu barədə “The Times” xəbər verib.

    Bildirilir ki, Baş nazir Jan Kasteks Parlamentdən müvafiq qanunun perspektivlərini nəzərdən keçirməsini xahiş edib.

    Qanunun əvvəlcə bütün tibb işçiləri və qocalar evinin işçiləri üçün, sonra da epidemiya vəziyyətindən asılı olaraq, yetkin əhalinin digər qrupları üçün nəzərdə tutulacağı ehtimal edilir.

    Bildirilir ki, əhalinin peyvənd vurdurmaq istəməməsi hökumətin kollektiv immunitetə nail olmaq üçün lazım olan 80 faiz vaksin olunanlar hədəfinə çatmasına mane olur. Sorğulara əsasən, fransız yetkinlərin təxminən 20 faizi peyvənd vurdurmaqdan imtina edir. 18-24 yaş arasındakı gənclər arasında bu rəqəm 26 faizə yüksəlib. Hazırda Fransa əhalisinin 34 faizi tam vaksinasiyadan keçib, 51 faizi COVID-19 üçün bir doz preparat qəbul edib.

    Fransanın səhiyyə naziri Olivye Veran koronavirusun Hindistan ştammının “delta” variantı səbəbindən ölkənin ayın sonuna qədər epidemiyanın dördüncü dalğası ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

  • Türkiyədə film çəkilişi zamanı məhəllədə atışma: Aktyor yaralandı

    Türkiyəli aktyor Sergen Eşme xəstəxanaya yerləşdirilib.

    İHA xəbər verir ki, Cono tayfa üzvlərinin həyatından bəhs edən sənədli filmin Adanada çəkilişləri davam edən zaman məhəllədə iki qruplaşma arasında atışma baş verib.

    Nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb.

    Yaralanan aktyor xəstəxanaya yerləşdirilib.

  • Vaksinasiyadan sonra yoluxanlar necə müalicə olunmalıdır?

    Vaksinasiya olunan şəxslərdən koronavirusa yoluxanlar da eyni protokola əsasən müalicə olunur.

    Bu barədə rusiyalı infeksionist Yevgeni Timakov “RİA Novosti”yə müsahibəsində deyib.

    Onun sözlərinə görə, ümumiyyətlə peyvənd vurduranlarda infeksiya simptomları fərqlənmir. Bununla yanaşı, virus onlara daha az təsir edir və orqanların və toxumaların məhv edilməsi mərhələsinə çatmır və müalicə üçün proqnoz daha rahatdır.

    Bundan əvvəl həkimlər peyvənddən sonra bir neçə gün ərzində spirtli içkilərdən və tütündən çəkinməyi, habelə elektron siqaret çəkməməyin lazım olduğu barədə xəbərdarlıq ediblər. Onlar hesab edirlər ki, bunlar orqanlarda qan laxtalanmasına səbəb ola biləcək əlavə stresdir.

  • Şirvanda 75 yaşlı qadını avtomobil vurdu

    Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

    Belə ki, Şirvan şəhər sakini, 1946-cı il təvəllüdlü Bədəlova Mina İmamverdi qızı yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

    Qəza nəticəsində yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni törədən sürücü M. Bədəlovanı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

    Faktla bağlı araşdırma aparılır.