Month: July 2021

  • Рашад Набиев встретился с членами Общественного совета при министерстве – ФОТО

    Министр транспорта, связи и высоких технологий Азербайджана Рашад Набиев провел встречу с членами Общественного совета (ОС) при ведомстве.

    Как сообщили oxu.az, он поздравил каждого, избранного в совет, а также пожелал им успехов в работе.

    По его словам, совет имеет важную роль с точки зрения укрепления взаимодействия с общественностью, установления здорового диалога, а также обеспечения прозрачности деятельности.

    Министр проинформировал участников встречи о текущем положении дел и перспективах развития в данной области, выслушал предложения и соображения членов ОС.

    Представители совета поблагодарили Р.Набиева за встречу, которая прошла в конструктивной атмосфере. Они выразили уверенность в том, что обеспечение общественного участия окажет положительное влияние на работу министерства.

    Затем состоялось заседание ОС.

  • Azərbaycanın Tokio Olimpiadasında iştirak edəcək idmançı sayı bilindi – YEKUN HEYƏT

    Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək idmançıların sayı açıqlanıb.

    Artıq yekun siyahı bəllidir.

    Sonuncu lisenziya bu gün saytımızada yazdığımız kimi, üzgüçü Məryəm Şeyxəlizadəxangaha qismət olub.

    Ağırlıqqaldıran Əliş Nəzərov və üzgüçü Ramil Vəlizadənin Olimpiadada iştirak arzuları isə reallaşmayıb.

    Həmçinin, bu gün xəbər verdiyimiz kimi, atlet Aleksis Kopelyo lisenziya qazansa da, zədələnib əməliyyat olunduğu üçün, yarışa qatıla bilməyəcək.

    Yekun heyət isə belə olacaq:

    1. Anna Skidan (Atletika – çəkicatma)

    2. Maksim Şemberev (Üzgüçülük – 400 m qarışıq)

    3. Mariya Stadnik (Qadın güləşi – 50 kq)

    4. Şərif Şərifov (Sərbəst güləş – 97 kq)

    5. Zöhrə Ağamirova (Bədii gimnastika – çoxnövçülük)

    6. Yelizaveta Luzan (Bədii gimnastika – qrup çoxnövçülük)

    7. Darya Sorokina (Bədii gimnastika – qrup çoxnövçülük)

    8. Məryam Səfərova (Bədii gimnastika – qrup çoxnövçülük)

    9. Ləman Əlimuradova (Bədii gimnastika – qrup çoxnövçülük)

    10. Zeynab Hummatova (Bədii gimnastika – qrup çoxnövçülük)

    11. Marina Nekrasova (İdman gimnastikası – qadınlar çoxnövçülük)

    12. İvan Tixonov (İdman gimnastikası – kişilər çoxnövçülük)

    13. Ruslan Lunyov (Güllə atıcılığı – 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)

    14. Elçin Əsədov (Velosiped idmanı – şosse)

    15. Milad Beigi Hərçəqani (Taekvondo – 80 kq)

    16. Nazim Babayev (Atletika – üç təkanla tullanma)

    17. Tayfur Əliyev (Boks – 57 kq)

    18. Hacı Əliyev (Sərbəst güləş – 65 kq)

    19. Hacımurad Hacıyev (Sərbəst güləş – 74 kq)

    20. İslam Abbasov (Yunan-Roma güləşi – 87 kq)

    21. Anna Başta (Qılıncoynatma – sablya)

    22. Elis Manolova (Qadın güləşi – 68 kq)

    23. Rafiq Hüseynov (Yunan-Roma güləşi – 77 kq)

    24. Fəridə Əzizova (Taekvondo – 67 kq)

    25. Rafael Ağayev (Karate – 75 kq)

    26. İrina Zaretska (Karate – +61 kq)

    27. Edi Reski Dviçayo (Badminton)

    28. Kəramət Hüseynov (Cüdo – 60 kq)

    29. Orxan Səfərov (Cüdo – 66 kq)

    30. Rüstəm Orucov (Cüdo – 73 kq)

    31. Murad Fətiyev (Cüdo – 81 kq)

    32. Məmmədəli Mehdiyev (Cüdo – 90 kq)

    33. Zelim Kotsoyev (Cüdo – 100 kq)

    34. Uşangi Kokauri (Cüdo – +100 kq)

    35. Aişə Qurbanlı (Cüdo – 48 kq)

    36. İrina Kindzerska (Cüdo – +78 kq)

    37. Rostislav Pevtsov (Triatlon)

    38. Cavid Çələbiyev (Boks – 63 kq)

    39. Lorenso Sotomayor (Boks – 69 kq)

    40. Alfonso Dominges (Boks – 81 kq)

    41. Məhəmməd Abdullayev (Boks – +91 kq)

    42. Firdovsi Farzaliyev (Karate – 67 kq)

    43. Emin Cəfərov (Stend atıcılığı) – vayld kart

    44. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük)

    Qeyd edək ki, beş il əvvəl – 2016-cı ildə keçirilmiş Rio Olimpiadasında Azərbaycan 56 (42 kişi, 14 qadın) lisenziya ilə təmsil olunub.

    //oxu.az

  • BMT: Kütləvi peyvəndləmə turizmin bərpasına gətirib çıxaracaq

    Əhalinin böyük hissəsinin peyvəndlənməsi və rəqəmsal texnologiyaların geniş tətbiqi beynəlxalq turizmdə artıma səbəb olacaq.

    Bu barədə Ümumdünya Turizm Təşkilatının saytında məlumat verilib.

    “Vaksinləmə səviyyəsinin yüksək olduğu və hökumətlərin razılaşdırılmış qaydalar üzərində işləmək iqtidarında olduğu istiqamətlər turizmin bərpası baxımından daha çox imkanlara malikdir”, – ÜTT-nin məlumatında deyilir.

    Təşkilat onu da qeyd edir ki, səfər məhdudiyyətləri ilə bağlı regional fərqlər davam etməkdədir. Məsələn, Asiya-Sakit okean regionu üzrə istiqamətlərin 70%-i tam bağlı olduğu halda, Avropada bu göstərici 13%, Şimali Amerikada 20%, Afrikada 19%, Yaxın Şərqdə 31% təşkil edir. Əksər hallarda tam peyvənd olunmuş şəxslərə qarşı məhdudiyyətlər saxlanılmaqdadır, lakin yaxın həftələr ərzində bu baxımdan vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir.

    Xatırladaq ki, dünyada yalnız 3 ölkədə – Albaniya, Kosta-Rika və Dominikan Respublikasında turistlər üçün heç bir məhdudiyyət yoxdur. 2021-ci il iyunun 1-nə olan məlumata görə, dünya üzrə bütün turizm istiqamətlərindən 29%-i beynəlxalq turizm üçün tam olaraq bağlıdır.

    ///Report

  • Минобразования прокомментировало закрытие школы в Масаллы – ЗАЯВЛЕНИЕ

    Жители Масаллинского района выражают недовольство по поводу закрытия средней школы.

    В связи с этим в oxu.az обратились граждане, проживающие в селе Кюрдебазлы.

    По их словам, образовательное учреждение не работатет уже пять лет:

    “Нам ничего не говорят о том, построят новую школу или нет. Здесь получали образование 150 учеников. Они сейчас ходят в школу, которая расположена в нескольких километрах от села, а о судьбе этой ничего неизвестно”.

    Oxu.Az направил запрос в Министерство образования по данному поводу. В ответ в ведомстве заявили, что преподаватели и технические работники данной школы обеспечены работой в других образовательных учреждениях района:

    “В соответствии с “Государственной стратегией по развитию образования в Азербайджанской Республике”, согласно приказу Минобразования №209 от 01.05.2017 г., деятельность средней школы имени Р.Беишова в селе Кюрдебазлы приостановлена с 2017/2018 учебного года. Ученический контингент переведен в среднюю школу имени А.Велиева в селе Гаргалыг и другие учебные заведения. Министерство образования также выделило транспорт для доставки учеников в школу и обратно”.

  • Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq – VİDEO

    Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq.

    Fonddan verilən məlumata görə, hazırda Bakıda emalatxanada heykəlin hazırlanma prosesi gedir.

    Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq abidə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

    Heykəlin üzərində işlər 18 Sentyabr – dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.

  • Yol qəzalarında ekoloji zərərin qiymətləndirilmə qaydaları təsdiqləndi

    Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi, ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydaları təsdiq edilib

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Sənədə əsasən, “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.1.4.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Bu, yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydalarını müəyyən edir.

  • Житель Гянджи задержан за выращивание конопли у себя во дворе – ФОТО

    Сотрудники Управления полиции Кяпязского района Гянджи по подозрению в незаконной культивации наркосодержащих растений задержали местного жителя Хейреддина Алиева, сообщили в региональной группе пресс-службы МВД.

    Во дворе его дома обнаружили 29 кустов конопли общим весом 52 кг.

    Задержанный признался, что выращивал их для личного пользования.

    Кроме того, правоохранители задержали жителя Гянджи Джахангира Махмудова, подозреваемого в незаконном приобретении и хранении наркотических средств.

    При нем обнаружили 8 г, а дома – около 9 г марихуаны.

    По указанным фактам проводится расследование.

  • Rusiyada “Sputnik V”-nin yeniyetmələr üzərində sınaqları başladı

    Moskvada koronavirusa qarşı “Sputnik V” vaksininin yeniyetmələr üzərində sınaqları başlayıb.

    Sınaqlarda 12-17 yaş arası şəxslər iştirak edəcək.

    Hazırda sınaqlarda iştirak edən könüllülərin müayinəsi aparılır. Prosesdə 100-ə yaxın könüllünün iştirakı planlaşdırılır.

    Sınaqlar bir il ərzində davam edəcək.

  • ABŞ üç nəfər İran vətəndaşına qarşı sanksiyaları ləğv edib

    ABŞ Maliyyə Departamenti üç nəfər İran vətəndaşına qarşı sanksiyaları ləğv edib.

    ABŞ hökumətinin İranın raket proqramı ilə bağlı olduğunu güman etdiyi “Mammut Diesel” şirkətinin icraçı direktoru Məhəmməd Rza Dezfulian, “Mammut İndustrial Group” şirkətinin səhmdarları Behzad Firdövs və Mehrzad Firdövs sanksiya siyahısından çıxarılıb.

    Maliyyə Departamentindən bildiriblər ki, bu addım İrana qarşı sanksiya siyasətində hər hansı dəyişikliyə dəlalət etmir.

  • PSJ-dən transferlər üçün inanılmaz məbləğ

    PSJ-nin yay transfer pəncərəsində yeni oyunçular almaq üçün ayırdığı vəsaitin məbləği məlum olub.

    Median.Az qol.az-a istinadən xəbər verir ki,bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Paytaxt təmsilçisnini transfer işlərinə 200 milyon avro vəsait ayırdığı qeyd olunub.

    Klubun prezidenti Nasser El-Helaifi isə eyni nəşrə açıqlamasında 4 məçhur oyunçu ilə müqavilə imzaladıqlarını bildirib. Bunlardan Jorjinyo Vaynaldumla 3 illik sözləşmə bağlandığı açıqlanıb. Liqa 1 təmsilçisi “Milan”la müqaviləsi başa çatan Canluici Donnarumma, “Real”la sözləşməsi bitən Serxio Robertoya, həmçinin “İnter”in futbolçusu Əşrəf Hakimiyə də təklif göndərib.
    Bildirilir ki, PSJ artıq Donnarumma ilə 5 illik müqavilə üçün razılaşıb. Fransa nəhəngi Ramosla da bütün detallar üzrə anlaşıb. Hakiminin keçidi üçün isə qarşı tərəfə 70 milyon avro təklif edilib.