Month: July 2021

  • İnklüziv siniflərin sayı artırılır

    2021-2022-ci tədris ilində inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndiriləcək.

    Bu barədə Təhsil Nazirliyindən məlumat veriliib.

    Təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən, növbəti tədris ilində Bakı şəhəri 246 nömrəli və Quba şəhəri 2 nömrəli məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 nömrəli tam orta məktəblərdə inklüziv siniflərin təşkili nəzərdə tutulub.

    Əmrə əsasən, yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etməlidirlər.

  • Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib

    Bakının Heydər Əliyev prospektində (“Bravo” supermarketinin qabaqinda), əsas yolda qəza baş verib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Hər iki istiqamətdə sıxlıq müşahidə edilir.

  • Masallıda bağlanan məktəblə bağlı AÇIQLAMA

    Masallı rayonunda sakinlər bağlanan təhsil müəssisəsi ilə bağlı narazılıq bildirilər.

    Belə ki, bununla bağlı Oxu.Az-a rayonun Kürdəbazlı kənd sakinləri müraciət ediblər.

    Sakinlər deyir ki, artıq bir müddətdir ki, Kürdəbazlı kənd orta məktəbi bağlanıb:

    “Artıq 5 ilə yaxındır ki, kənd məktəbi bağlıdır, yerində yeni məktəb binasının tikilib-tikilməməsi ilə bağlı heç bir məlumat verilmir. Məktəbdə 150 nəfər şagird təhsil alırdı. Şagirdlər təxminən 3 km aralıda yerləşən qonşu kəndə köçürülüb lakin, məktəbin aqibəti barədə heç nə deyilmir”.

    Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məktəbin müəllim və texniki işçiləri rayonun digər məktəblərində işlə təmin olunublar:

    “Belə ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Stradegiyası”na uyğun olaraq təhsil müəssisələrinin rasionallaşdırılması çərçivəsində Təhsil Nazirliyinin 01.05.2017-ci il tarixli 209 nömrəli əmrinə əsasən 2017/2018-ci tədris ilinin əvvəlindən Kürdəbaz kənd R.Bəyişov adına ümumi orta məktəbinin fəaliyyəti dayandırılıb. Məktəbin şagird kontingenti 1,5 km məsafədə yerləşən Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbinə və digər məktəblərə köçürülüb. Şagirdlərin yaxınlıqdakı məktəblərə aparılıb gətirilməsi üçün Təhsil Nazirliyinin vəsaiti hesabına nəqliyyat ayrılıb”.

  • Nazir şəhid ailələri və qazilərlə bağlı sahibkarlara çağırış etdi

    İqtisadiyyat naziri Mikayıl Cabbarov şəhid ailələrinin və qazilərimizin işlə təminatı ilə bağlı sahibkarlara çağırış edib.

    AZXEBER.COM Trend-ə istinadən bildirir ki, nazirin bununla bağlı “Twitter” paylaşımında deyilir:

    “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadəti Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Azərbaycan böyük Zəfər qazandı. Hazırda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə Məşğulluq Marafonu keçirilir. Sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri bu humanist təşəbbüsdə fəal iştiraka çağırıram”.

  • FHN-dən güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ

    Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Nazirliyin müraciətində deyilir:

    “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 7-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır.

    Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

    Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

    Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

  • Son beş gündə 28 nəfəri gün vurub

    İyunun 30-dan iyulun 5-dək 28 nəfəri gün vurub.

    Bu barədə Oxu.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

    Məlumata görə, günvurma zamanı altı nəfərə yerində yardım göstərilib.

    Onlardan biri azyaşlı olub. Eyni zamanda daha üç nəfər hospitalizasiya olunub.

    Qeyd olunub ki, hospitalizasiya edilənlər arasında azyaşlılar yoxdur.

  • Dövlət Xidməti aqrobağlarla bağlı 10 müqaviləni ləğv edib – SƏBƏB

    “2020-2021-ci illərdə aqrobağlarla bağlı 10 müqavilə ərazidən düzgün istifadə edilmədiyi üçün ləğv olunub”.

    Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    Onun sözlərinə görə, bu, 658 hektar ərazi deməkdir:

    “Aqrobağlarla bağlı mümkün sahələr 9 013 hektardır. Müraciətlər əsasında həmin ərazilərin verilməsi həyata keçirilir. Onların bu əraziləri necə istifadə etməsinə nəzarət məsələsinə gəlincə isə, bununla bağlı nazirliyin Meşələrin İnkişafı Xidməti tərəfindən ərazilərə mütəmadi baxış keçirilir” .

  • Президент Ильхам Алиев распорядился выделить Госагентству автодорог 6 800 000 манатов

    5 июля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по строительству автомобильной дороги в Сальянском районе.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Согласно распоряжению, для строительства автодороги, соединяющей магистраль Сальян-Нефтчала с селами Кюр Гарагашлы, Бешталы, Джанган, Ходжалы и Арабгарашбейли, где проживает 6 000 человек, из суммы, указанной в подпункте 1.1.14 “Распределение средств, предусмотренных для государственных капитальных вложений (инвестиционных расходов) в госбюджете АР на 2021 год”, Госагентству автодорог выделено 6 800 000 манатов.

  • İlham Əliyev Dövlət Agentliyinə 6,8 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

  • “Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

    Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən istixanalarda külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatları daxil olub. Dərhal qeyd edilən ərazi nəzarətə götürülüb.

    Baş İdarənin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zülfüqar Heybətov, Əlihüseyn Mahmudov və Nofəl Abdıyev saxlanılıblar. Zülfüqar Heybətova məxsus bağ sahəsinin həyətindəki istixanalara baxış zamanı onun adları çəkilən digər şəxslərlə birlikdə əkdiyi ümumi çəkisi 11 ton 127 kiloqram olan 7 380 ədəd çətənə kolu aşkar edilib. Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq həmin bağ sahəsinin yardımçı otaqlarından əlavə 38 kiloqram marixuana, iki ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 17 ədəd patron aşkar olunub. Bu şəxslər ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.

    Həmçinin baş idarə əməkdaşları tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində vətəndaş Hafiz Daşdəmirovun da həyətində istixanalarda çətənə kollarını kultivasiya etdiyi barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı ünvanda keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Hafiz Daşdəmirovun həyətindəki istixanalara baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 4 573 kiloqram çəkidə 4 676 ədəd çətənə kolu, 93 kiloqram çətənə bitkilərinin hissələri və 33 kiloqram marixuana aşkar edilib. Bu şəxs də ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

    Qeyd edək ki, keçirilmiş sonuncu əməliyyatlar zamanı baş idarə tərəfindən ümumilikdə 15 700 kiloqram çəkidə 12 056 ədəd çətənə kolu, eləcə də 164 kiloqram marixuana və çətənə bitkisinin hissələri qanunsuz dövriyyədən çıxarılıb.

    Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.