Month: July 2021

  • За минувшие сутки ни одного случая смерти от COVID-19 в Азербайджане не зафиксировано – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 62 новых случая инфицирования коронавирусом, 33 человека вылечились и были выписаны домой.

    Об этом 5 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа скончавшихся от COVID-19 не зарегистрировано.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 336 479 человек, 4 978 – скончались, 330 466 – вылечились, 1 035 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 793 040 тестов на COVID-19 (за последние 24 часа – 5 951).

  • Son sutkada Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb – STATİSTİKA+FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 336 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 466 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 1035 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5951, bu günə qədər isə ümumilikdə 3 793 040 test icra olunub.

  • UEFA İngiltərə – Danimarka oyununun hakimlərini açıqladı

    UEFA AVRO-2020-nin yarımfinal mərhələsi çərçivəsində İngiltərə – Danimarka qarşılaşmasını idarə edəcək hakimlər briqadasının adını açıqlayıb.

    Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

    Qarşılaşmanı idarə edəcək Niderlanddan olan hakimlər briqadasına Danni Makkeli rəhbərlik edəcək. Baş hakimin köməkçiləri Hessel Steeqstra və Yan de Bris olacaq. VAR hakimi Pol van Bekel, onun köməkçiləri isə həmyerlisi Kevin Blom, almaniyalı Kristian Qittelman və polşalı Pavel Qil olacaq.

    Oyunun ehtiyat hakimi rumıniyalı Ovidiu Hatseqan təyin edilib.

    Xatırladaq ki, qarşılaşma iyulun 7-də İngiltərənin “Uembli” stadionunda keçiriləcək.

  • В Германии к поискам убийцы азербайджанца привлечен вертолет – ОБНОВЛЕНО + ФОТО

    Прокуратура немецкого города Гревен распространила информацию о возбуждении уголовного дела по факту убийства в общежитии для беженцев 35-летнего гражданина Азербайджана Эльмира Фарзалиева.

    В сообщении, поступившем в европейское бюро Report из прокуратуры, отмечается, что подозреваемый в убийстве 25-летний гражданин Афганистана проживал вместе с погибшим в одном общежитии. Спор, возникший между ними 4 июля, вскоре перерос в драку. Афганец ножом, который он носил в кармане, начал наносить удары Э.Фарзалиеву. 43-летний гражданин Германии, который пытался задержать сбежавшего с места происшествия гражданина Афганистана, также получил тяжелые ранения.

    После того как на место происшествия прибыли сотрудники полиции и прокуратуры, беглеца объявили в розыск. Полиция Гревена привлекла к поисковой операции около 30 человек личного состава на автомобилях и мотоциклах, а также один вертолет. В результате беглеца вскоре нашли и задержали.

    В прокуратуре Гревена выясняют, находился ли подозреваемый под воздействием наркотических средств на момент совершения преступления.

    В сообщении также отмечается, что гражданин Афганистана прибыл в Германию в 2015 году и попросил убежище. С 2018 года по настоящее время он жил в том же общежитии, что и погибший гражданин Азербайджана.


    В Германии убит гражданин Азербайджана, передает Report.

    Инцидент был зафиксирован в городе Гревен (Северный Рейн-Вестфалия). Нашего соотечественника Эльмира Фарзалиева обнаружили мертвым в общежитии.

    Прибывшие на место сотрудники полиции предполагают, что было совершено убийство.

    По сообщению проживающих в Гревене азербайджанцев, между Э.Фарзалиевым и гражданином Афганистана возник спор, который перерос в драку. В результате афганец ударил ножом азербайджанца, а также ранил еще одного человека, попытавшегося вмешаться в конфликт.

    По данному факту в полиции Гревена проводится расследование.

  • Azərbaycanda zinət əşyaları bazarında vəziyyət: Qızıl bahalaşacaq

    “Xam qızılın bir qramının qiymətinin 70 dollara qədər artması proqnozlaşdırılır”.

    Bu barədə Oxu.Az-a Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin Sədri Toğrul Abbasquliyev açıqlama verib.

    O bildirib ki, pandemiya qızılın ən stabil investisiya aləti olduğunu bir daha sübut etdi:

    “2019-cu ilin ikinci yarısından başlayaraq xam qızılın (999.9 əyar) birja qiymətində artım müşahidə olundu. Qızılın qiyməti 38-40 dollar arasında idisə, artıq ötən il onun qiyməti 58-65 dollar arasında dəyişməyə başladı. 2020-ci ilin yay aylarında qızılın qiyməti 65 dollara qədər artdı. Onun qiyməti ilin əvvəlində 60-62 dollar arasında dəyişirdi. Son dövrdə isə 57-62 dollar arasında dəyişir”.

    Hazırda təkcə xam qızıla deyil, qızıl məmulatlarına da sərmayə qoymağın yaxşı investisiya seçimi olduğunu deyən Toğrul Abbasquliyev əlavə edib ki, 2019-cu ilə qədər daha aşağı qiymətlə qızıl (zərgərlik məmulatları) alışını həyata keçirən şəxslər hazırkı dövr üçün məhsulun satışını edərkən mənfəət əldə etmiş olacaqlar.

    Pandemiyanın bir çox sahəyə olduğu kimi mövcud bazara təsir etdiyini qeyd edən Assosiasiya sədri vurğulayıb ki, məhsula tələbatın olmaması idxalın kəskin aşağı düşməsinə səbəb olub və hardasa yerli sənayeyə də təsir edib. Onun sözlərinə görə, hazırda artıq bazarda müəyyən canlanma hiss olunur:

    “Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazələrin verilməsi mövcud bazarda aktivliyin artmasına səbəb olub. Bazar iştirakçılarının sözlərinə görə, müştəri sayında əhəmiyyətli artım müşahidə olunub. Sadəcə olaraq proses yay mövsümünə təsadüf etdiyindən artım bazar iştirakçılarının gözləntiləri qədər deyil. Lakin, bazarda aktivlik cəhətdən fərq var”.

    O əlavə edib ki, Azərbaycanda qızıl və zinət əşyaları bazarı şənlik mərasimlərinə bağlıdır:

    “Məhərrəmlik ayında şənlik mərasimləri gözlənilmir, növbəti dövrdə avqust ayının ikinci yarısı və sentyabr ayı Məhərrəmlik ayına təsadüf edir. Bu da onu göstərir ki, ay yarım müddət ərzində mövcud bazar aktiv fəaliyyət göstərəcək. Yenidən isə oktyabr ayından etibarən aktivləşmə müşahidə edəcəyik”.

    Assosiasiyasının sədri xatırladıb ki, ötən il İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə İşçi Qrupu yaradılıb və Azərbaycanda zərgərlik sənayesinin inkişafı üçün təkliflər planı hazırlanıb:

    “İlin yanvar ayından etibarən ölkəyə daxil olan xam qızıl, gümüş, brilyantlar və digər qiymətli daşlar, hazır zərgərlik məmulatları aksiz vergisindən, əlavə gömrük rüsumundan azad edilib. Bu gün zərgərlik məmulatlarını idxal edib, satış etmək üçün sadəcə 18 faiz ƏDV ödəmək kifayət edir”.

  • Azərbaycan Avropaya qaz ixracını iki dəfəyə qədər artıracaq

    Neft və qaz orta müddət ərzində Azərbaycan iqtisadiyyatında üstünlük təşkil etməyə davam edəcək.

    Bu barədə Beynəlxalq Enerji Agentliyinin “Azərbaycan 2021: Enerji Siyasəti İcmalı” hesabatında məlumat verilib.

    Bildirilib ki, Azərbaycan neft-qaz sektoruna investisiyada stabil mühit yaratmağa nail olaraq etibarlı ixracatçıya çevrilməyə nail olub. Eləcə də, Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın qaz tədarükünün şaxələndirilməsində rolunu atırdığı, həmçinin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğu qeyd edilib.

    Hesabatda vurğulanıb ki, 2025-ci ilə qədər Avropada idxal edilən qaza olan təlabat 45 milyard kubmetrə qədər artacaq, bu isə Azərbaycanın regional qaz mərkəzinə çevrilməsinə şərait yaradacaq. Bununla da 2025-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz 2”dən hasil ediləcək qazın nəqlini iki dəfəyə qədər artırmaqla 16 milyard kubmetr həcminə çatdırmaq olar.

    İstehsalda karbon emissiyalarının azaldılması ilə əlaqədar Dövlət Neft Şirkətinin (SOCAR) yanan qazların tamamilə aradan qaldırılması, metan emissiyalarının azaldılması istiqamətində də uğurla çalışdığı əlavə edilib.

    Eyni zamanda, Azərbaycanın yeni inkişaf xərclərini idarə etmək üçün beynəlxalq səviyyədə rəqabətə dözümlü istehsalçıya çevrilməsinin çox vacib olduğu əlavə edilib.

    Qeyd edilib ki, Azərbaycan neft emalı və neft-kimya istehsalının modernləşdirilməsi və artırılması ilə bağlı səylərini uğurla davam etdirir və bu sahədə irəliləyişlər mövcuddur.

    //oxu.az

  • Qubada 10-cu sinif şagirdinin intiharının TƏFƏRRÜATI

    Qubada 10-cu sinif şagirdi intihar edib.

    Hadisə rayonun Tüləkəran kəndində baş verib.

    Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü R.Həmidov ötən gecə saat 22:00 radələrində kənd ərazisində spirtli içki qəbul edib.

    Atasının əsəbləşəcəyindən ehtiyat edən yeniyetmə spirtli içkinin təsiri altında qorxaraq Aşağı Tüləkan kəndi ərazisində yaşadığı evin həyətindəki tövlənin talvarında özünü iplə asaraq intihar edib.

    Aidiyyəti üzrə meyitə baxış keçirilib və hər hansı digər xəsarət izi aşkarlanmayıb.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda prokurorluğunda araşdırma başlanılıb.

    ///Oxu.Az

  • İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Çullu kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Tovuz döyüşlərinin şəhidinin adına küçə verildi

    Ağstafa rayonunun Köçəsgər kəndininin küçələrindən birinə Tovuz döyüşlərində şəhid olan gizir Yaşar Babayevin adına verilib.

    Bu barədə “Report”a şəhidin ailə üzvləri bildirib.

    Belə ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Köçəsgər kəndinin 3 nömrəli küçəsinə Y.Babayevin adı verilib.

    Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Y.Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci ilin iyul ayının 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olub.

    O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən 2 gün sonra – iyulun 16-da onun qızı dünyaya gəlib.

    Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Y.Babayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

  • Millinin qapıçısı 25 yaşında vəfat etdi

    Buzüstü xokkey üzrə Latviya millisinin qapıçısı Matiss Kivleniyeks dünyasını dəyişib.

    Bu barədə yerli federasiyasının rəsmi saytı xəbər yayıb.

    Son olaraq ABŞ-ın “Kolambus Blyu Cekets” komandasında çıxış edən 25 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmasa da, onun bədbəxt hadisə nəticəsində vəfat etdiyi ehtimal olunur. “Delfi.lv” saytı yazıb ki, Kivleniyeks komanda yoldaşları ilə birlikdə ABŞ-ın Müstəqillik Gününü qeyd edərkən atəşfəşanlıq olub. Bu zaman fişəngdən qopan parça qapıçının ürəyinə dəyib.

    Qeyd edək ki, Kivleniyeks bu mövsüm ölkəsində keçirilən dünya çempionatının iştirakçısı olub. O, dörd oyunda meydana çıxıb.