Month: July 2021

  • На Каспии произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 3,2.

    По сообщению Республиканского центра сейсмологической службы Национальной академии наук Азербайджана, подземные толчки зафиксированы в 04:02 по местному времени.

    Очаг землетрясения залегал на глубине 44 км.

  • Xəzərdə zəlzələ olub

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 04:02-də qeydə alınan zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib.

    Zəlzələnin maqnitudası 3,2-yə bərabər olub.

  • Fransada xoruz məhkəməyə verilib

    Fransanın Vandevr syür-Bars komunnası sakinləri Manon Vanson adlı həmyerlilərinə məxsus xoruzu məhkəməyə veriblər.

    “Ren TV” məlumat verir ki, heyvan yüksək səslə banlamaqda günahlandırılır.

    Şikayətçilərin sözlərinə görə, sübh tezdən banlayan xoruz heç kimi yatmağa qoymur.

    Qeyd olunub ki, bu, ölkədə ilk belə iş deyil. 2019-cu ildə Moris adlı xoruza qarşı da məhkəmə iddiası qaldırılıb. Lakin xoruzun banlamaq hüququ tanınaraq, onun xeyrinə qərar çıxarılıb.

  • İran kriptovalyuta hasilatında dünyanın ilk yeddi ölkəsi sırasındadır

    İranın Elektrik İstehsalı və Paylayıcı Şirkəti nəzdindəki kriptovalyuta enerji mərkəzinin rəhbəri Məhəmməd Hudadadi Bəhlul ölkədəki rəqəmsal pul hasilatı ilə bağlı maraqlı açıqlama verib.

    “Haber Global”ın məlumatına görə, o, İranın kriptovalyuta hasilatının həcminə görə Çin, Rusiya, ABŞ, Qazaxıstan, Kanada ve İslandiya ilə birlikdə dünyanın ilk yeddi ölkəsi sırasında yer aldığını bəyan edib.

    Şirkət rəsmisi bu nailiyyəti İranda elektrik enerjisi tariflərinin aşağı olması ilə əlaqələndirib.

    Bəhlul qeyd edib ki, hazırda bir bitkoinin hasil olunması üçün sərf edilən elektrik enerjisi 35 min mənzilin işıqlandırılması üçün kifayət edir.

    Xatırladaq ki, məhz elektrik enerjisi çatışmazlığı səbəbindən mayın 26-dan sentyabrın 22-dək İranda kriptovalyuta hasilatı qadağan olunub.

  • Tramp ABŞ-ı demokratlardan xilas etməyə çağırdı

    ABŞ artıq açıq və ədalətli seçkinin keçirildiyi bir ölkə deyil.

    Vesti.ru xəbər verir ki, bunu Floridadakı tərəfdarları qarşısında çıxış edən keçmiş prezident Donald Tramp bəyan edib.

    O, meydana toplaşanları ABŞ-ın müstəqillik günü münasibəti ilə təbrik edib və bildirib ki, hazırda Nyu-York meri seçkilərində baş verən saxtakarlıqlar 2020-ci ildəki prezident seçkiləri zamanı da qeydə alınıb.

    Tramp, həmçinin Bayden hökumətini Rusiya, Çin və İran qarşısında ABŞ-ı aciz duruma salmaqda ittham edib.

    Eks-prezident tərəfdarlarını ölkəni demokratlardan xilas etməyə çağırıb.

  • Şimali Koreya özünü COVID peyvəndindən məhrum edir

    Koreya Xalq Demokratik Respublikası hökuməti COVAX beynəlxalq proqramı çərçivəsində ölkəyə pulsuz vaksin preparatlarının çatdırılması üçün lazımi şəraiti yaratmır.

    Bu barədə “Voice of America” məlumat yayıb.

    Məlumata əsasən, artıq bir neçə aydır ki, Şimali Koreya hakimiyyəti vaksinlərin ölkəyə gətirilməsindəki bürokratik əngəlləri aradan qaldırmır.

    Dövlət rəhbərliyi preparatları gətirəcək logistika mütəxəssislərini ölkəyə buraxmır.

    Bununla yanaşı, Şimali Koreyada vaksinlərin saxlanılması üçün lazımi anbarlar da kifayət qədər deyil. Bütün kənardan yardım təklifləri isə rədd olunur.

  • Gürcüstanın vaksinasiyaya yazılma saytı kiberhücumdan sonra bərpa edilib

    Gücüstanda ölkə sakinlərinin koronavirusa qarşı vaksinasiya məqsədilə növbəyə yazılması üçün nəzərdə tutulmuş sayt dünən baş vermiş irimiqyaslı haker hücumundan sonra öz fəaliyyətini bərpa edib.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilib ki, hazırda istənilən vətəndaş peyvənd olunmaq üçün onlayn növbəyə yazıla bilər.

    Bununla yanaşı, qeyd olunub ki, saytın müxtəlif bölmələrinin işində problemlərin yaranması mümkündür.

  • Türkiyə Ukrayna üçün hazırladığı hərbi gəmini 2023-cü ildə təhvil verəcək

    Türkiyədə Ukrayna hərbi gəmisinin istehsalı 2023-cü ildə başa çatacaq.

    TASS xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

    “Bizim türkiyəli dostlarımız Ukrayna Hərbi Dəniz Qüvələrinin gəmi heyətinin inkişafını fəal şəkildə dəstəkləyir. Artıq müasir korvetimizin ilk korpusunun hazırlanmasına başlanılıb və 2023-cü ilin sonunadək proses başa çatacaq”, – deyə dövlət başçısı bildirib.

    Zelenski, həmçinin bu yaxınlarda “Bayraktar” PUA-larının da Ukraynaya gətiriləcəyini xatırladıb.

  • Tokio Olimpiadasında yarışların 40%-i tamaçılarsız keçirilə bilər

    Tokioda təşkil olunacaq Yay Olimpia Oyunlarında yarışların 40%-i tamasaçılarsız keçirilə bilər.

    Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

    Məlumata əsasən, yaxın günlərdə Olimpiadanın Təşkilat Komitəsi və ölkə hökuməti birgə iclas keçirəcək. İclas zamanı sözügedən məsələ ilə bağlı yekun qərar qəbul olunacaq.

    Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası pandemiya səbəbindən bu il 23 iyul – 8 avqust aralığında təşkil olunacaq.

  • BƏƏ vaksinasiyada birinci yerə çıxdı

    Birləşmiş Ərəb Əmirlikləri vaksinasiyanın həcminə görə dünya ölkələri arasında birinci yerə çıxıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Məlumata görə, artıq ölkə əhalisinin 72.1%-inə koronavirusa qarşı peyvənd vurulub.

    Hazırda bu göstərici üzrə ikinci yerdə Seyşel adalarıdır. Orada əhalinin 71.7%-i peyvəndlə təmin edilib.

    Qeyd edək ki, BƏƏ-nin 10 milyon sakini var.