Month: July 2021

  • Haitidə təyyarə qəzaya uğrayıb, 6 nəfər həlak olub

    Haitinin Port-o-Prens şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

    Bu barədə “Agency France Presse” məlumat yayıb.

    Məlumata görə, hadisə zamanı təyyarədə 6 nəfər olub. Onların hamısı qəzada ölüb.

    İlkin məlumata görə, həlak olanlardan 2-si qonşu Dominikan Respublikasının vətəndaşlarıdır.

    Hakimiyyət orqanları qəzanın səbəbləri ilə bağlı təhqiqat aparır.

  • Ağdamda yük avtomobili yanıb

    Ağdamda yük avtomobili yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

    Belə ki, “AVİA” markalı yük avtomobilində (soyuducu avtomobili) bir ədəd kondisioner yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Ermənistan Füzuli və Zəngilanda basdırdığı minaların xəritələrini təhvil verdi

    Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri bu gün Azərbaycan tərəfinə təqdim edib.

    Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

    “Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.

    Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir”, – deyə məlumatda bildirilir.

    Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

  • В Сабирабаде мужчину убило током

    В селе Хаджибабир Сабирабадского района местный житель Габиль Аскеров (1969 г.р.) погиб от удара током.

    Как сообщает АПА, несчастный случай произошел в результате неосторожного обращения с электропроводами. 52-летний мужчина скончался.

    По данному факту проводится расследование.

  • Bakıda avtomobillər toqquşdu, xəsarət alanlar var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1968-ci il təvəllüdlü Rəhimov Rüfət Bəhram oğlu və 1977-ci il təvəllüdlü Hüseynova Yelizaveta Məhəmməd qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • İstanbulda sel: Evlər su altında qaldı (VİDEO)

    stanbulun Şilə bölgəsində yağan leysan nəticəsində sel əmələ gəlib.

    Rayon ərazisindəki bir sıra evlər su altında qalıb. Evlərdə qalan vətəndaşlar xilaetmə qrupları tərəfindən təxliyyə olunub. İşlər davam etdirilir.

    Qeyd edək ki, Bursada da leysan nəticəsində bəzi evlər su altında qalıb.

  • Həkim: “Həftəsonu qadağaları qüvvədə qalmalıdır” (VİDEO)

    “Həftəsonu qadağalarının qalması məqsəduyğundur”.

    Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki,

    “Biz bir müddət bu məsələni ciddi şəkildə izləməliyik. Ola bilər ki, bu gün mövcud olan qərarlara, yəni sosial həyatın ayrı-ayrı sahələrində gedilən yumşaldılmalara yenidən baxılsın. Bütün bunlar əhalinin təhlükəsizliyi üçündür. Qərarlar epidemioloji vəziyyətə uyğun verilir. “Delta plus” ştammının ölkəyə gəlməsi və yayılması astanasındayıq. Bunu qətiyyən unutmaq olmaz. Bir balaca ehtiyatlı olmaq lazımdır. Nə qədər ki, epidemioloji vəziyyət stabildir daha az kontaktlarla müşahidə olunan fəaliyyətə keçmək lazımdır. Məsələn qapalı mühitdə toylar təhlükəlidir. Çünki kondisioner işləyir və orada bir adamın xəstə olması kifayət edir ki, xeyli adam virusa yoluxsun”.

  • MEDİA rəsmisi sualları cavablandırdı (VİDEO)

    İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişinin qonağı Medianın İnkişaf Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli olub.

    Verilişdə MEDİA tərəfindən çap və onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri müzakirə olunub, Natiq Məmmədli sualları cavablandırıb.

    “Diqqət mərkəzi” verilişinin həmin buraxılışını təqdim edirik.

  • 10 manat ver, soyadını dəyiş – “Ov”, “yev”ləri necə ləğv etmək olar?

    Azərbaycanda hələ də “ov” və “yev” soyadları üstünlük təşkil edir. Soyad sonluqlarının dəyişdirilməsini arzulayanlar çox olsa da, onlar heç də prosedurun asan olmasından xəbərdar deyillər.

    1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib.

    Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

    Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.

    18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.

    Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir.

    Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

    Tələb olunan sənədlərə gəlincə, onların siyahısı da uzun deyil. Bunu elektron qaydada etmək mümkündür.

    Qeyd edək ki, Ədliyyə Nazirliyinin elektron xidmətləri arasında “soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” xidməti mövcuddur. Bunun üçün istifadəçi tərəfindən elektron qaydada ərizə doldurulur.

    Ərizəyə qeyd olunan sənədlər əlavə olunur:

    1. İstifadəçinin ilkin hərbi qeydiyyata alınması haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinin skan edilmiş surəti;

    2. istifadəçinin 3×4 ölçüdə elektron formatda fotoşəkli;

    3. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin skan edilmiş surəti.

    “Dövlət rüsumu haqqında” qanuna əsasən, soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat rüsum ödənməlidir.

    Mənbə: Bizim.Media

  • Bu ilin sonunda Şuşaya istilik və isti su veriləcək

    Şuşa şəhərində yeni isitmə və isti su qazanxanaları tikiləcək.

    Bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclasında məlumat verilib.

    Məlumata görə, artıq növbəti istilik mövsümündə Şuşa şəhəri istilik və isti su ilə təmin ediləcək.

    İclasda həmçinin bu istiqamətdə qarşıda duran vəzifələr, atılacaq növbəti addımlar və planlar haqqında məlumat verilib.

    İstilik mövsümü hər il noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də bitir.