Month: July 2021

  • Kreml ABŞ-ı Rusiyanın ərazi sularında təxribat törətməkdə ittiham etdi

    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsi zamanı ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirib.

    Bu barədə TASS məlumat yayıb.

    O bildirib ki, Britaniyanın “Defender” hərbi gəmisi ilə bağlı Qara dənizdə yaşanan insidentin arxasında məhz ABŞ dayanır.

    Peskov bəyan edib ki, Rusiya istənilən növ təxribatlara, hərbi gücdən istifadə da daxil olmaqla, sərt şəkildə cavab verəcək.

  • ABŞ sakini su tapancasıyla soyğunçuluğa görə 40 ildir həbsdə yatır

    ABŞ-ın Arkanzas ştatı rəhbərliyi 70 yaşlı Rolf Kastel barəsindəki məhkəmə hökmünü yumşaltmağa qərar verib.

    “Fox” xəbər verir ki, məhbus 1981-ci ildə əlindəki su tapançası ilə mağazaya hücum edib. Onun qəniməti isə cəmi 264 dollar olub.

    Törətdiyi əməl müqabilində Kastel ömürlük həbs cəzası alıb. Dəfələrlə məsələ ilə bağlı müvafiq orqanlara müraciət etsə də, ona rədd cavabı verilib.

    Nəhayət ki, bugünlərdə qoca məhbus cəzasının 40 ilə endirildiyi və bunun sayəsində tezliklə azadlığa çıxa biləcəyi barədə xəbər alıb.

    Kastel ümid edir ki, qubernator Asa Hatçinsonun qərarı ona həyatını yenidən başlamağa imkan verəcək.

  • Mozambikdə avtobus yük maşınları ilə toqquşub: 31 ölü, 11 yaralı

    Mozambikdə üç nəqliyyat vasitəsinin toqquşması ağır qəzaya səbəb olub.

    Bu barədə “RİA Novosti” yerli radioya istinadən məlumat yayıb.

    Məlumata əsasən, avtobusun iki yük maşını ilə toqquşması nəticəsində 31 nəfər ölüb, 11 nəfərsə yaralanıb.

    Hadisəyə səbəb kimi sürət həddinin aşılması və əlverişsiz hava şəraiti göstərilir.

  • Zaqatala sakini Bakıda kafedə bıçaqlanıb

    Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.

    Zaqatala rayon sakini, 1988-ci il təvəllüdlü Canqayev Arif Mollaçı oğlu müştəri kimi getdiyi kafedə digər müştəri ilə mübahisə edib.

    Mübahisədən qaynaqlanan dava zamanı o, boğazından bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

  • Rusiyada koronavirusdan ölüm üzrə antirekord qeydə alınıb

    Rusiyada son sutka ərində 25 142 nəfər yeni COVID-19 xəstəsi aşkarlanıb ki, bu da yanvarın 2-dən bəri ən yüksək göstəricidir.

    TASS xəbər verir ki, son 24 saat ərzində ölkədə 15 484 nəfər ölümcül virusdan sağalıb.

    Bununla yanaşı, sutka ərzində 663 nəfər COVID diaqnozu ilə vəfat edib.

    Həftə ərzində qeydə alınmış ölüm halları isə 4 643 nəfərə olmaqla pandemiyanın başlanğıcından bəri ən yüksək səviyyəyə çatıb.

  • “Первый канал” России подготовил сюжет с московского концерта Алима Гасымова – ВИДЕО

    Народный артист Азербайджана Алим Гасымов и его дочь, заслуженная артистка нашей страны Фаргана Гасымова, выступили в Московском Доме музыки в рамках Чеховского Международного театрального фестиваля с композицией “Мир построен на любви”.

    Российский “Первый” телеканал подготовил сюжет с этого концерта, посвященный выступлению известных азербайджанских артистов.

  • Rusiyanın “Birinci kanal”ı Alim Qasımovun Moskva konsertindən süjet hazırlayıb – VİDEO

    Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində “Dünya məhəbbət üzərində qurulub” kompoziyası ilə çıxış edib.

    Konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbaycan xalq musiqisi nümunələri ilə tamaşaçıların könlünü oxşayıblar.

    Rusiyanın “Birinci kanal”ı isə sözügedən konsertdən süjet hazırlayıb:

  • DTX və DİN-dən Şuşada birgə əməliyyat

    İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    Bununla bağlı DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisində 30 ədəd müxtəlif növ qumbara, 10 ədəd qumbaraatan mərmisi, 30 ədəd UZRQM partladıcısı, 1441 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Messi “Barselona” ilə niyə müqavilə imzalamır?

    İyun ayının 30-dan “Barselona” ilə müqaviləsi başa çatan Leo Messi hazırda azad agentdir.

    Median.Az offsideplus.az-a istinadən xəbər verir ki, yeni sözləşmənin imzalanmasını gecikdirən bəzi amillər var. Bunlar əsasən vergi və maaş problemləridir.

    34 yaşlı hücumçu yeni müqavilə bağlayacağı üçün vergilərin aydın olmasını arzulayır. O, İspaniya hökumətinə vergi borclarının qalmasını istəmir.

    Digər əsas məsələ isə maaşdır. Leo və klub illik gəlirlə bağlı ortaq qərara gəlməkdə çətinlik çəkir. Bundan əlavə, Messi maaşının ödənilməsinin qaranti olunmasını tələb edir. Belə ki, pandemiyanın yeni dalğası başlasa belə, arentinalı forvard ödənilmənin düzgün yerinə yetirilməsini istəyir.

    “Barselona”nın gecikdirdiyi ödəmələr də tərəflər arasında narazıçılığa səbəb olur. Klubun Leoya ödəmədiyi çoxlu pullar var.

    Sonuncu məsələ isə idman proyektidir. Lionel Messi “Barsa” ilə yenidən kuboklar qazanmağı arzuladığı üçün rəhbərlikdən gələcək üçün yaxşı layihələr gözləyir.

  • Dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi

    Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

    “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Bilgəh”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.