Month: July 2021

  • Əsirlər Bakıda Ermənistan hakimiyyətinin iç üzünü dünyaya nümayiş etdirdilər

    “Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı törətdiyi terrorçuluq, təxribat hərəkətləri bir daha təkzibedilməz faktlarla sübuta yetirildi”.

    Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

    O bildirib ki, Ermənistanda gənclər ya öləcəklərini ya da həbs ediləcəklərini bildikləri üçün ölkəni tərketmə halları yenə də davam edir:

    “Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı Azərbaycan ərazisində terror-təxribat və başqa bənzəri əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün cinayət işi yekunlaşdı. Aydın oldu ki, bu insanlar ümumiyyətlə hərbi xidmətə getmək və döyüşlərdə iştirak etmək istəməyiblər. Ermənistan siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid edib və məcburi hərbi xidmətə, döyüşə göndərib. Eyni zamanda, ittiham olunan şəxslərin əksəriyyəti işsiz, iş tapmaq məqsədilə dəfələrlə xarici ölkələrə pənah gətirmiş insanlardılar. Bu faktlar Ermənistanın hərtərəfli acınacaqlı durumundan xəbər verir. Ölkədə iqtisadi-sosial, demoqrafik vəziyyətin ağırlığını bir daha üzə çıxardır. Eyni zamanda, bir daha məlum olur ki, Ermənistan hətta öz xalqına qarşı da qəddar, humanist dəyərlərə zidd siyasət yürüdüb.

    Ermənistanda demoqrafik prinsiplərin illərlə pozulduğu faktı hər kəsə məlumdur. Belə ki, ağır iqtisadi-sosial vəziyyətdən əziyyət çəkən insanlar, əsasən də gənclər iş tapmaq üçün digər ölkələrə üz tuturlar. Müharibə vaxtı və ondan sonra fərarilik hallarının sayı hər keçən gün artırdı. Bu faktları onların rəsmi şəxsləri də etiraf edirdilər. Müharibədən sonra fərarilik faktları ilə bağlı açılan cinayət işlərinin sayı 10 mini keçib. Hərbi xidmətdən imtina etmə, hərbi hissəni özbaşına tərketmə, ordudan qaçan əsgərlərin bəzilərinin polis tərəfindən güc tətbiq olunaraq yenidən orduya məcburən qaytarılması faktları da hər kəsə məlumdur. Övladlarının müharibəyə zorla göndərilməsinin ölüm ilə nəticələnəcəyini bilən analar, valideyinlər etiraz aksiyaları keçirirdilər, gənclər ya öləcəklərini ya da həbs ediləcəklərini bildikləri üçün başqa ölkələrə qaçırdılar. Ölkəni tərketmə halları yenə də davam edir.

    Ermənistandan fərqli olaraq qanunun aliliyi prinsipini hər zaman prioritet hesab edən, humanizm nümayiş etdirən Azərbaycan dövləti hərbi əsirlərə və sərhədi qanunsuz şəkildə pozaraq ərazimizə daxil olan Ermənistan vətəndaşlarına humanist münasibət nümayiş etdirib. Məhkəmənin qərarına əsasən Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edildi. Bununla yanaşı, Azərbaycan bir çox mülki ermənini və hərbçini öz ölkəsinə geri qaytarıb. Ermənistan isə həm Birinci, həm də İkinci Qarabağ müharibələrində mülki şəxslərimizə, hərbçilərimizə amansız münasibət sərgiləyib, onlara ağır işgəncələr verib”.

  • Çində daşqınlar nəticəsində 1 milyondan çox insana ziyan dəyib

    Çinin cənub-şərqindəki Szyansi əyalətində baş vermiş daşqınlar 1 milyondan çox insanın həyat şəraitinə ziyan vurub.

    Median.Az APA-ya istinadən bildirir ki, bu barədə “Xinhua” agentliyi daşqın və quraqlığa nəzarət üzrə regional qərargaha istinadən xərəb verib.

    Szyansidə baş verən daşqın bazar ertəsi günü başlayan leysan yağışlara səbəb olub. Su axınları 156 evi dağıdıb və 219 evə ziyan vurub. Daşqınların bölgəyə vurduğu ziyanın 1 milyard yuan (təxminən 160 milyon dollar) olduğu deyilir.

    Əyalət rəhbərliyi təbii fəlakətlə mübarizə üçün 6 milyon yuan (təxminən 930 min dollar) vəsait ayırıb. Xilasedicilər artıq 63 min Szyansi sakinini təxliyə ediblər.

  • Ali təhsil müəssisələrinin Rektorlar Şurası yaradılacaq

    Ali təhsil müəssisələrinin reytinq cədvəlinin hazırlanacağı, rektorlar şurasının yaradılacağı və ali təhsil müəssisələrinə muxtariyyət veriləcəyi gözlənilir.

    Bu barədə Trend-ə açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlı bu istiqamətlərdə müzakirələrin olduğunu deyib.

    Bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı üzərində iş gedir.

    “İşçi qrup bir neçə dəfə görüşüb, müzakirələr olub. Hazır olandan sonra geniş ictimai müzakirəyə çıxarılacaq. Bütün mərhələləri keçdikdən sonra isə komitədə müzakirə ediləcək. Söylədiyiniz məsələlər bu və ya başqa dərəcədə qanun layihəsində nəzərdə tutulub”.

  • Ermənilər Oxçuçayı belə çirkləndirir – VİDEO

    İki ölkə arasında transsərhəd çay olan Oxçuçay, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalır.

    Bu barədə Median.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin teleqram kanalına istinadən xəbər verir.

    Qeyd olunub ki, Oxçuçayın ekosisteminin tamamilə məhv olmasına səbəb olan qurum və şirkətlər çayın çirkləndirilməsini dərhal dayandırmalıdırlar.

  • Gənc yaşlarınızda saçarınız ağarırsa…

    Saçlarınıza kimyəvi qara boya qoymaqdansa aşağıdakı qara rəngli sudan istifadə edərək saçlarınızı boyaya bilərsiniz
    Saçların ağarması saç follikullarındakı melanin hormonunun fəaliyyətinin azalması səbəbindən baş verir. Melanin hormonunun azalması saçların tünd rənginin boz və ya ağ saçlarla əvəz olunmasına səbəb olur. Yaşlı adamlarda melanin hormonunun azalması normal hesab edilə bilər, amma bəzən bu problemlə gəng yaşda olanlar da rastlaşırlar. Bu zaman onların saçları vaxtındn əvvəl ağarır. Gənc yaşlarından saçlara kimyəvi boyadan istifadə etdikdə isə boyalar saç dərisini qıcıqlandırır və uzun müddət istifadədən sonra dəri qaşınmaları meydana çıxır. Saçların rənglənməsinə baxmayaraq qısa bir müddətdən sonra yeni çıxan tüklərin də rənginin ağ olmasını nəzərə alsaq, deməli problemi təbii yollarla həll etmək lazım gəlir. Bunu aşağdakı reseptlə edə bilərsiniz:

    Lazım olanlar:
    * kartof – 5-6 ədəd
    * sückəc
    * iri fincan
    * köhnə şampun şüşəsi
    * yumşaldıcı şampun kondisioner
    * dəsmal
    Kartoflarınn qabığı soyulur. Kartofların qabıqları dərin qaba qoyulur və üzərinə 2 litr su əlavə edilib gur odun üstündə 20-30 dəqiqə qaynamağa qoyulur. Sonra su digər qaba süzülür. Su bankada saxlanılır. Saçlar yaxşı yuyulduqdan sonra süzkəcdə qalan kartof qabıqları saçlara sürtülür və 2 dəqiqə saxlanılır. Daha sonra saçlarınızı kartof qabılarını qaynatdığınız su ilə yaxalayın.

    Saçlarınızın gec ağarması üçün aşağıda yazılanlara əməl etmək lazımdır:
    * stressdən uzaq durmaq
    * siqaret çəkməmək
    * orqanizmdən toksinləri xaric etmək üçün hər gün bol miqdarda su içmək
    * badam, ət, ispanaq, ananas , nar , turp , böyrütkən, bal kimi qidalar qəbul etmək

  • Maraqlı tibbi faktlar

    Qədim Misir tibb elminin vətəni hesab edilir. Misir tibbdə müasir cərrahiyyənin, ginekologiyanın, oftalmologiyanın, ginekologiyanın, sanitariyanın bünövrəsini qoyub.
    Qədim Misir təbabəti xəstəliklərin təbii yollarla sağalmasının yollarının bilib. Misir təbabəti xəstəliklərin əmələgəlmə səbəbini də bilib və xəstəliklərin qeyri düzgün qidalanma, bağırsaq parazitləri, nəm hava və pis yaşayış şəraitinin olduğunu qeyd etmişdir. Qədim dövrlərdə Misir həkimlərinin bir çox xəstəliklərin müalicəsi və profilaktikası barədə məlumarları olub. Qədim Misir tarixçisi Herodot öz əlyazmalarında bu qeydləri yazmışdır:” Mədəni ayda üç gün ardıcıl olaraq bağırsaqyumşaldıcı vasitələrlə təmizləmək orqanizmin sağlamlaşmasına səbəb olur”.
    Tibb elminin himayəçilərindən hesab edilən Sehmet – Günəş allahının baş hissəsi aslanın başından ibarət olur. Əhalinin sözlərinə görə Sehmet heyvanlar və insanlar arasında olan epidemiyaları, taunu, ruh xəstəliklərini müalicə edir.
    Aşağıda adları çəkilənlər isə digər tibb elminin himayədarları hesab edilir.
    * Xorur – cərrahiyyənin himayədarı
    * Hentiriti və Duaui – oftalmologiyanın himayədarı
    Misir təbabətinə görə insanın bədəni və beyni eyni zamanda müalicə edilməlidir. Misir təbibləri hərəki ətraflarda baş verən xəstəliklərin beyinlə əlaqədar olmasını qeyd ediblər.
    İmaləni Qədim Misir həkimləri kəşf ediblər.
    Sanitariyanın əsasını Misir həkimləri qoyub. Onlar xəstəliklərin yayılmaması üçün insanların ozlərinə qarşı diqqətli olmağa, gigyena qaydalarına əməl etməyə çağırıblar. Onlar insanlara xəstəliklərə yaxalanmamaq üçün ən azı gündə 2 dəfə səhər və axşam əl-ayaqlarını yumağı məsləhət görüblər.
    İlk universitetlər Misirdə yaranıb. Bu universitetləri “Ali məktəb” və ya”Həyat evi” adlandlırılar.
    Qədim Misirdə müalicəyə ehtiyacı olan insanlar əvvəlcə həkimə deyil, ibadətgaha gediblər.
    Antibiotiklərin vətəni faktiki oilaraq Misir sayılır. İlk antibiotik 4000 il əvvəl kifləmiş qidalardan(kifləmiş çörək və ya kifləmiş torpaq) infeksiya xəstəliklərini sağaltmaq üçün yaradılıb.
    Tutanxamon 18 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. Müasir patolojianatomlar onun kəllə sümüyünü araşdırdıqları zaman bu qənaətə gəliblər.
    Kleopatra intihar etməzdən əvvəl içəcəyi zəhərin təsirini öyrənmək üçün onu qullarının üzərində yoxlamadan keçirib.
    Qədim Misridə cərrahlar ürək əzələsinin funksiyasını araşdıraraq onun həyat əhəmiyyətli fəaliyyətinin bədənin müxtəlif yerlərindən gələn 22 damardan asılı olduğunu qeyd etmişlər.
    Tibb elminin inkişaf tarixini aparılan araşdırmalara əsaslanaq təyin edirlər.
    İlk cərrahi alətlər bürüncdən, bəzən isə gümüşdən hazırlanıb.
    Qədim zamanlarda ağır əməliyyatlar zamanı anesteziya məqsədilə xaşxaşdan istifadə edilib. Bu adət XX əsrin ortalarına qədər davam edib.
    Piramidlərin qullar tərəfindən hazırlandığı söylənilirdi. Amma, araşdırmalar onların ən yaxşı tikinti mühəndisləri və keyfiyyətli tibbi qulluq tələblərinə uyğun olaraq tikildiyini sübut edib. Belə ki, təkcə Qizi piramidinin tikilməsi zamanı 1500 fəhləyə tibbi qulluq etmək üçün 1 həkim çalışıb.
    İlk diş protezlərinin Misir həkimləri tərəfindən hazırlandığı söylənilir. Qədim Misirdə dişlərin plomblanması da həyata keçirilib, amma, plombun nə ilə yapışdırıldığı məlum deyil.
    Qədim Misirdə ortoped həkimlər əl və ayaq protezlərini taxtadan hazırlayıblar.
    Qədim Misirdə tibbin aşağıdakı bölmələri fəaliyyət göstərib:
    * travmatologiya
    * cərrahiyyə
    * ginekologiya
    * oftalmologiya
    İlk prezervativ Qədim Misirdə yaranıb. O zaman spermatozoidləri öldürən turşu tərkibli yumşaq maddə hazırlanıb. Bu maddə turşumuş süddən və timsahın ekskrementindən hazırlanıb.
    Hamiləlik testi də ilk dəfə Qədim Misirdə yaranıb. Bu testlər qadın həkimləri Peseşet və Merit Ptaxın nəaliyyətidir. Peseşet və Merit Ptax dünyada ilk qadın həkim həkimləri olub. Onlar b.e.ə. XXVII – XXVI il əvvəl yaşamışlar.
    Tibb elmi barədə ilk əlyazmalar Herodot tərəfindən yazılıb. XIX əsrdə 63 papirus kağızı üzərində Qədim tibb elmi barədə məlumatlar olan əlyazmalar tapılıb. Araşdırmalar bu yazıların həkimlər tərəfindən yazıldığını aşkar edib. Bu yazılarda bir çox xəstəliklərin müalicə və profilaktikası barədə qeydlər edilib.
    Papirus kağızında 248 qeydə rast gəlinmiş və aşağıdakı xəstəlikləri müalicə ertmək üçün yazılara rast gəlinib:
    * ürək xəstəlikləri
    * dizenteriya
    * tənəffüs yollarının xəstəlikləri
    * mədə bağırsaq xəstəlikləri
    * qanaxma
    * əsəbilik
    * soyuqlama
    * bağırsaq keçməzliyi
    * yanıq
    * şişkinlik
    * parazit xəstəlikləri
    * sinqa
    * yara
    * impotensiya
    * ilan və ağcaqanad sancması.
    Tapılan papiruslar müxtəlif həkimlər tərəfindən yazılıb. Ən çox isə Ebres papirusunun üstündə xəstəliklər barədə qeydlərə rast gəlinib. Ebres papirusu 1872/1873 illərdə tapılıb.
    Əlyazmalar içərisində “Bədənin bütün hissələri üçün farmokoloji maddələr kitabı” barədə qeydlərə rast gəlinib. Bu papirus kağızının ümumi uzunluği 20 metrdən çox olub. Kitabda xəstəliklərin müalicəsi üçün istifadə edilən 900 farmokoloji maddə haqqında qeydlər yazılıb. Bu maddələr aşağıdakı orqanların xəstəlikləri zamanı istifadə edilib:
    * göz
    * burun
    * qulaq
    * udlaq
    * tənəffüs yolları
    * həzm orqanları
    * dəri.
    Əlyazmalarda maraqlı olan dərmanların hazırlanma dozasının və hazırlanma qaydasının müasir tibbdə olduğu kimi olmasıdır.
    Kitabda dərmanların çəkiyə və yaşa görə də təyin edilməsi barədə qeydlərə rast gəlinib.
    Papirusda yazılan maraqlı fakltlardan biri də göz kataraktasının cərrahi yolla müalicə oluna bilməsi barədə olanlardır.
    Ebers papirusunda ürək və insan həyatı barədə yazılara da rast gəlinir. Qədim misirlilər ürək xəstəliklərinin diaqnozunu xəstənin nəbzinə qulaq asaraq təyin ediblər.

  • Günvurmadan özümüzü necə qoruyaq? – MƏSLƏHƏTLƏR

    Son günlər havaların isti keçməsi ilə bağlı günvurma halları çoxalıb. İsti hava şəraiti səbəbindən insanların hərarəti 38-39 dərəcəyə qalxır.

    Median.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında terapevt Sübhan Hacıyev son zamanlar günvurma hallarının artması haqda danışarkən deyib.

    O bildirib ki, günvurma halları əsasən, insanlar gün altında 20 dəqiqədən çox gəzən zaman baş verir:

    “Günvurma saat 13-17 arasında – açıq havada və yaxud çimərlikdə olarkən baş verir. Günvurmadan qorunmaq üçün baş nahiyyəsini örtülü saxlamaq lazımdır. Başın gün işığı ilə birbaşa təması olmamalıdır. Günlük, çətir, kepka yoxdursa, dəsmal və ya yaylıqla qorunmaq lazımdır. Gün ərzində 2-4 litr sadə su içilməlidir, çünki günvurma orqanizmdə susuzluq yaradır və qanı qatılaşdırır. Bu, ölümə gətirib çıxara bilər”.

    Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, iyunun 22-29-da 19 nəfəri gün vurub.

  • Şəmkirdə qadın naməlum şəraitdə xəsarət alıb

    Şəmkir rayonunda 55 yaşlı V.Sadıqova naməlum şəraitdə qolundan kəsik xəsarətləri alıb.

    O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

    Qadının hansı şəraitdə xəsarət aldığı hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Психолог рассказала о способах спастись от эмоционального выгорания

    Клинический психолог Татьяна Додонова рассказала о способах спастись от эмоционального выгорания на работе. Слова специалиста приводит «Лента.ру».

    По словам психолога, эмоциональному выгоранию способствуют два фактора — биологический и психологический. Биологический аспект часто связан с нарушением режима сна, аппетита и повышенной тревожностью, когда человек даже дома беспокоится о делах на работе. В таких ситуациях Додонова советует просто переодеться в домашнюю одежду, чтобы организм понял, что рабочее время закончилось, и перестроился на спокойный лад.

    При психологическом аспекте проблема лежит в отношении человека к работе, когда он уже перестает разграничивать личное и рабочее время. В таком случае Додонова советует обратиться за помощью к специалисту.

    «Кто такие работники, склонные к выгоранию? Это очень ответственные люди, перфекционисты, они невероятно ответственны. И они могут быть очень хороши на рабочем месте, но внутри себя будут находиться на высоком уровне тревоги, а иногда даже отчаяния. Это из-за того, что они только просыпаются — и уже в работе. Это люди, которые не разграничивают личное и рабочее. Таким людям, возможно, уже нужна помощь психотерапевта, чтобы изменить само их отношение к работе», — пояснила эксперт.

  • В Карабахе продолжают находить останки армянских солдат

    В ходе поисковых работ в Карабахе найдены останки еще четверых армянских военнослужащих. Об этом армянским СМИ сказал представитель МЧС Армении.

    Отмечается, что с 13 ноября по сей день на территориях недавних боевых действий найдены тела и останки 1 595 армянских солдат.