Month: July 2021

  • Göyçayda dəhşətli ailə cinayəti: Kişi arvadını güllələdikdən sonra intihar etdi

    Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində rayonun Mallı – Şıxlı kəndində qeydə alınıb.

    Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib.

    İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov həmin silahla özünü vuraraq intihar edib.

    Ər və arvadın ölümü iki oğul övladının gözü qarşısında olub.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bakıda içkili halda dənizə girən şəxs ölümlə üzləşdi – VİDEO

    Bakı sakini çimərlikdə ölüm təhülkəsi ilə üzləşib.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Bildirilib ki, hadisə Bilgəh çimərliyində olub.

    Belə ki, 25-30 yaşlarındakı kişi spirtli içkinin təsirində olduğu halda suya girib və boğulma təhlükəsi ilə üzləşib.

    Onu xilas edib sahilə çıxarmaq mümkün olsa da, vəziyyəti ağır olub.

    Təcili tibbi yardım avtomobilinin gəlməsi ilə sözügedən şəxs hadisə yerindən aparılıb.

  • Saatlıda gənc ölümdən son anda xilas edilib

    Saatlıda suda batan gənc oğlan xilas olunub.

    Hadisə Smadi kəndində qeydə alınıb.

    Rayonun Mircavad kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Elnur Elman oğlu həmin ərazidən keçən su kanalında çimərkən suda batmaq təhlükəsi ilə üzləşib. O, yaxınlıqdakı adamların köməkliyi ilə son anda sudan çıxarılıb. E.Məmmədov Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • ABŞ-da yaşayış binasının dağılması zamanı ölənlərin sayı 24 nəfərə çatıb

    ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 24 nəfərə çatıb.

    Bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.

    “Ötən gecə axtarış komandası daha (hadisə zamanı həlak olmuş-red) 2 qurbanın meyitini çıxardı. İyirmi dörd ölüm təsdiqlənib”, – o deyib.

    Mer əlavə edib ki, hadisə zamanı binada olmuş 124 nəfər itkin düşmüş sayılır. Daniella-Livayn Kava əlavə edib ki, çoxları binadakı ev heyvanları barədə soruşurlar. Lakin mütəxəssislər hələ onları aşkarlamayıblar.

    Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində 12 mərtəbəli bina iyunun 24-ə keçən gecə qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası göndərilib. İndiyədək onlarla insanın dağıntılar altından çıxarıldığı bildirilir.

    Qeyd edək ki, bina 1981-ci ildə dəniz sahilində tikilib.

  • Vatsapda daha bir funksiya yaradılır

    Məşhur messencerlərdən olan vatsapda istifadəçilərin göndərəcəyi videoçarxların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salınacaq.

    Bu barədə “Wabetainfo.com” saytı bildirib.

    Yeni funksiya “Android” əməliyyat sistemli smartfonların vatsapında mümkün olacaq.

    Qeyd edilir ki, istifadəçi videonun göndərilməsi vaxtı üç variant seçə biləcək: “Avto” (tövsiyə edilir), “Ən yüksək keyfiyyət” və “Məlumatların qənaəti”.

    Yeni funksiyanın bütün istifadəçilərə məhz nə vaxt əlçatan olacağı açıqlanmır.

    Daha əvvəl bildirilib ki, vatsap messencerinin “Android” mobil telefon smartfonları istehsalçıları istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı da işə salacaq. Multimedia faylları yalnız bir görüntüdən sonra yox olacaq.

  • В Токио могут отменить решение пустить болельщиков на трибуны во время Олимпиады

    В связи с ростом заболеваемости коронавирусом в Японии правительство страны 8 июля может пересмотреть решение частично открыть трибуны во время Олимпиады для местных болельщиков, передает «Спорт-Экспресс».

    Ранее было объявлено, что на каждое из соревнований Игр-2020 смогут попасть до 10 тысяч зрителей (но не более 50 процентов от вместимости арен). Однако после того, как в конце июля в Токио и некоторых других префектурах было отменено чрезвычайное положение, число заражений COVID-19 неуклонно растет. Ожидается, что к августу больницы Японии исчерпают свои возможности по госпитализации пациентов с тяжелыми симптомами болезни.

    Между тем на стартующую 23 июля Олимпиаду должны приехать более 70 тысяч иностранных спортсменов, тренеров, судей, журналистов и функционеров более чем из 200 стран мира. Это вызывает обеспокоенность у японцев, несмотря на уверения организаторов Игр о драконовских мерах безопасности в отношении всех гостей Игр-2020.

    По данным газеты Yomiuri Shimbun, 8 июля планку в 10 тысяч болельщиков планируется уменьшить, особенно в отношении соревнований в вечернее время. В настоящее время в Токио действует запрет на работу ресторанов после 20:00. Не исключено, что ограничительные меры по мере распространения новых штаммов станут еще жестче.

    Олимпиада в Токио пройдет с 23 июля по 8 августа.

  • Как распознать обезвоживание?

    Врач-диетолог Людмила Денисенко рассказала, как понять, что у человека обезвоживание, сообщает kp.ru.

    «Первый сигнал – это, конечно, сухие слизистые рта, носа, глаз. Но наше тело сигналит нам об обезвоживании порой необычными способами», – сказала она.

    К таким признакам относятся неприятный запах изо рта, который появляется из-за недостатка слюны и роста бактерий. Также возникает резкий запах из-за возрастающей концентрации пота. Кроме того, еще одним признаком обезвоживания из-за сухой кожи становятся атопические дерматиты. Более того, часто людей начинает тянуть на сладкое, потому что при недостатке воды организм пытается восполнить запасы энергии через сахар.

  • Yevlaxda iki VAZ toqquşdu, sürücülər xəstəxanalıq oldu

    Yevlaxda yol nəqliyyat hadisəsi baş verib.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, Aran qəsəbəsi yaxınlığında “VAZ-2106” və “VAZ-2107” markalı iki avtomobil toqquşub.

    Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • В Физули и Джебраиле найдены останки еще четырех армянских военнослужащих

    Останки еще четырех погибших военнослужащих ВС Армении найдены в Физулинском и Джебраильском районах Азербайджана, сообщают армянские СМИ.

    Отмечается, что их личности пока не установлены. Для идентификации будет проведена судебно-медицинская экспертиза.

    За все время поисков на освобожденных от оккупации территориях АР найдены тела и останки 1 595 армянских солдат.

  • Füzuli və Cəbrayılda dörd erməni hərbçisinin meyiti tapıldı

    Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində dörd erməninin meyiti tapılıb.

    Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

    Meyitlərin kimə aid olduğunu dəqiqləşdirmək hələ ki, mümkün olmayıb. Bunun üçün məhkəmə tibbi ekspertizası keçiriləcək.

    Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1 595 ermənin meyiti və ya qalıqları verilib.