Month: July 2021

  • Bu gün erməni terrorçu qrupun üzvlərinin məhkəməsi keçiriləcək

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.

    “Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq ediləcək.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilən antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

    Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

    Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

  • Пашинян предложил расположить наблюдателей ОДКБ вдоль армяно-азербайджанской границы

    Исполняющий обязанности премьер-министра Армении Никол Пашинян предложил расположить наблюдателей ОДКБ вдоль всей границы РА и Азербайджана.

    Как сообщает ТАСС, об этом и.о. главы армянского правительства заявил на заседании Кабинета министров республики.

    Пашинян предложил разместить вдоль всей армяно-азербайджанской госграницы наблюдателей ОДКБ и российские пограничные посты.

  • Paşinyan sərhəd boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini təklif edib

    Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədləri boyunca yerləşdirilməsini təklif edib.

    Bu barədə TASS xəbər yayıb.

    Bildirilir ki, Paşinyan Azərbaycanla sərhəd boyu KTMT müşahidəçilərinin və Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini istəyir.

  • “Forbes” Rusiyanın ən uğurlu ulduzlarını seçdi

    “Forbes” jurnalı Rusiyadakı 50 ən uğurlu ulduzun adını sıralayıb.

    Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov bir daha ilk sırada yer alıb.

    Jurnala görə, idmançı keçən il 12 milyon dollar qazanıb və KİV-də 103 389 dəfə xatırlanıb. Həbib eyni zamanda “YouTube” və “Instagram”da ən çox izləyiciyə sahibdir (29 144 297 izləyici).

    İkinci yerdə 7,4 milyon dollar gəlirlə repçi Alişer Morqenştern olub. Onun adı “Yandex”də sorğular baxımından liderlər arasında yer aldı və sosial şəbəkələrdə qeyd olunma sayına görə (4 042 900 dəfə) birinci olub.

    Üçüncü yerdə 3,3 milyon dollar gəlirlə müğənni və aparıcı Olqa Buzova qərarlaşıb. O, əlavə olaraq “Google”da sorğu sayına görə liderdir.

    Əlavə edək ki, ilk onluğa Timati, Sergey Şnurov, Aleksandr Oveçkin, Ksenia Sobçak, Basta, Artyom Dzyuba və Polina Qaqarina da daxildir.

    Reytinq illik gəlirin miqdarı, “Instagram” və “YouTube”dakı izləyicilərin sayı, “Google”la sorğular, KİV-də adı çəkilənlər, sosial şəbəkələrdə tez-tez xatırlatmalar əsasında formalaşıb.

  • Армения, нарушив режим прекращения огня, подвергла обстрелу позиции ВС Азербайджана в направлении Кельбаджара

    Армения вновь грубо нарушила соглашение о соблюдении прекращении огня.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    29 июля с 02:45 до 03:40 подразделения вооруженных сил Армении с позиций в направлении села Юхары Шорджа Басаркечарского района подвергли обстрелу из автоматов и гранатометов позиции азербайджанской армии в направлении села Зейлик Кельбаджарского района. В сторону наших позиций также было брошено 10-12 ручных гранат Ф-1.

    Наша армия приняла адекватные ответные меры.

    Подразделения ВС Азербайджана контролируют оперативную обстановку.

  • Ermənistan atəşkəsi pozdu: Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutuldu

    Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

    Qarşı tərəf cavab atəşi ilə susdurulub.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Bolqarıstanın səhiyyə nazirindən dəhşətli etiraf: Vaksinasiya zamanı kobud səhvlərə yol verilib

    Bolqarıstanda hökumət rəsmilərinin vaksinasiyanın təşkil olunmasında yol verdiyi kobud səhvlər nəticəsində on min insanın həyatı yarımçıq qalıb.

    Bu sözləri Bolqarıstanın səhiyyə naziri Stoyço Katsarov “Nova” kanalına müsahibəsində söyləyib.

    Onun sözlərinə görə, vaksinasiya proqramında yaşlılar və xroniki xəstəlikləri olan insanların peyvənd olunması prioritet məqam kimi nəzərə alınmayıb.

    O bildirib ki, koronavirusun ikinci dalğası zamanı vəfat edən şəxslərin 80 faizi də məhz yaşlılar olub.

    “Bu həyatlar xilas edilə bilərdi”, – deyə Bolqarıstanın səhiyyə naziri təəssüflə vurğulayıb.

  • Parisin məşhur zərgərlik mağazasından iki milyon avro dəyərində oğurluq

    Parisin məşhur “Chaumet” zərgərlik mağazası naməlum şəxs tərəfindən qarət edilib.

    “Le Parisien” nəşri bu barədə polisdəki mənbələrinə istinadən xəbər yayıb.

    Belə ki, yerli vaxtla saat 17:00 radələrində silahlı şəxs zərgərlik mağazasına daxil olaraq qızıl-zinət əşyalarını oğurlayıb və skuterlə hadisə yerindən uzaqlaşıb.

    İlkin məlumata əsasən, cinayətkar iki milyon avro(dörd milyon manat) dəyərində zinət əşyaları oğurlayıb.

    Hazırda cinayətkarın axtarışları aparılır.

  • ABŞ-da təyyarə qəzasında dörd nəfər həlak oldu

    ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

    Bu barədə “Fox” məlumat yayıb.

    Qeyd olunur ki, eniş zamanı problem yaşanan təyyarə yerə çırpılıb və alışıb.

  • ООН предупредила о большом количестве астероидов, угрожающих Земле

    На сегодняшний день известно о более чем 25 000 крупных и пересекающих орбиту Земли астероидах и кометах, но идентифицирована только часть из них, говорится в отчете, опубликованном на сайте научно-технического подкомитета Комитета ООН по использованию космического пространства в мирных целях, пишет РИА Новости.

    “По оценкам, идентифицировано лишь около 40% значительных по размеру объектов, сближающихся с Землей”, – говорится в отчете.

    В документе отмечается, что в 2020 году всемирная сеть астрономических обсерваторий, расположенная более чем в 40 странах, собрала почти 39,5 млн записей о наблюдениях астероидов и комет. По состоянию на 17 апреля 2021-го ученые знали о 25 647 объектах, сближающихся с Землей. При этом в прошлом году было найдено рекордное число таких объектов – 2 959.