Month: July 2021

  • ABŞ-da 8,2 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi

    ABŞ-ın Alyaska ştatında zəlzələ baş verib.

    Bu barədə TASS ABŞ-ın Geoloji Xidmətinə istinadən məlumat yayıb.

    Xidmətdən bildirilib ki, zəlzələnin maqnitudası 7,3 bal olub. ABŞ-ın Xəbərdarlıq Mərkəzi isə zəlzələnin 8,2 bal gücündə olduğunu qeyd edib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

    Zəlzələdən bir qədər sonra isə 6,2 bal gücündə afterşok qeydə alınıb.

  • Azərbaycanlı iş adamı vəfat etdi

    Azərbaycanlı iş adamı vəfat edib.

    Bu barədə İstanbulun “Florence Nightingale” klinikası məlumat yayıb.

    Bildirilib ki, tanınmış azərbaycanlı iş adamı, məşhur fermer, “Hacıqabul Quşçuluq” şirkətinin sahibi Adışirin Babaşov dünyasını dəyişib.

    Vurğulanıb ki, Adışirin Babaşov 28.07.2021-ci il tarixində saat 23:40 radələrində müalicə aldığı “Florence Nightingale” klinikasında ürək çatışmazlığından vəfat edib.

    Mərhumun yaxınları iş adamının cənazəsinin 29.07.2021-ci il tarixində Azərbaycana gətiriləcəyini bildirib.

    Allah rəhmət eləsin!

  • Azərbaycanda müşahidə olunan faktiki hava AÇIQLANDI

    İyulun 27-si axşamdan 29-u səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, yağan intensiv və güclü yağışlar nəticəsində Balakən-Şəki bölgəsindəki çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qabırrı-Kəsəmən (Şəmkir), Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin verdiyi məlumata əsasən ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

    Yağıntının toplam miqdarı Ləzədə (Qusar) 65 mm (aylıq normanın 218 %-i), Balakəndə 49 mm (aylıq normanın 63 %-i), Zaqatalada 44 mm (aylıq normanın 60 %-i), Şahdağda 42 mm, Oğuzda 38 mm (aylıq normanın 57 %-i), Qazaxda 35 mm, (aylıq normanın 110 %-i), Kişçayda (Şəki) 35 mm (aylıq normanın 58 %-i), Şəkidə 34 mm (aylıq normanın 56%-i), Qusarda 30 mm (aylıq normanın 110%-i), Lənkəranda 28 mm (aylıq normanın 201%-i), Lerikdə 25 mm (aylıq normanın 151%-i), Astarada 23 mm (aylıq normanın 69%-i), Sarıbaş (Qax) 23 mm, Qrızda 22 mm, Quba, Xınalıqda 17 mm, Qəbələdə 15 mm, Nabranda 14 mm, Ağstafada 12 mm, Tovuz, Qax, Gəncədə 10 mm, Ceyrançöldə 9 mm, Tərtərdə 7 mm, Şəmkir, Şərurda 5 mm, Mingəçevir, Xaçmazda 4 mm, Şabran, Yardımlı, Yevlaxda 3 mm, Qax, Gədəbəy, Ağdərə (Ordubad), Göygöl, İsmayıllı, Bərdə, Şahbuzda 2 mm, Daşkəsən, Sədərək, Xaltan, Naxçıvan, Şamaxı, Qobustan, Naftalan, Salyan, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Beyləqan, Cəfərxan, Salyan, Maştağa, Bakıda 1 mm-dək olub.

    Şəmkirçay Qalakənddə diametri 22 mm, Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plan kəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xırda dənəli dolu yağıb.

    Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Salyanda 23 m/s, Naftalanda 22 m/s, Şirvanda 21 m/s, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvan, Hacıqabulda 18 m/s, Şabranda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Pirallahı, Çilov adasında 29 m/s, Neft Daşlarında 28 m/s, Qum yataqda 26 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

    İyulun 29-u səhər saatlarından şimal-qərb küləyi 8-13 m/s-dək mülayimləşib.

    İyulun 29-u gündüz, 30-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.

  • MİQ-in təkrar imtahanında iştirak etmək üçün müraciət edənlərin sayı AÇIQLANDI

    “3 min nəfərə yaxın namizəd müəllimlərin işə qəbulunun təkrar imtahanında iştirak etmək üçün müraciət edib”.

    Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

    Onun sözlərinə görə, 30 iyul tarixinə qədər təkrar imtahanda iştirak etmək üçün müraciətlər qeydə alınacaq:

    “Müəllimlərin işə qəbulu imtahanında iştirak etmək üçün 60 min nəfərə yaxın müəllim namizəd müraciət etmişdi. Onlardan 35 min nəfəri imtahan prosesində iştirak edib.

    Qeyd edək ki, 12 iyul tarixində ibtidai sinif, 23 və 26 iyul tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib”.

    “İyulun 12, 23 və 26-da imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı yaradılacaq”, – deyə C.Valehov qeyd edib.

    //oxu.az

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке выросла на 0,05 доллара (0,07%) и составила 74,43 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşır

    Azərbaycan neftinin qiyməti artır.

    “Azeri Light” markalı neftin bir bareli 0,05 ABŞ dolları və ya 0,07 faiz bahalaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 74,43 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • В бакинском метро запущены еще 10 новых мощных вентиляторов

    В результате принятых мер по обновлению оборудования в Бакинском метрополитене в 2019 году были приобретены и установлены семь новых мощных вентиляторов, произведенных на российском машиностроительном заводе “Вентпром” (город Артемовск). В том же году был дан заказ на производство еще 10 новых мощных вентиляторов для “зеленой” и “красной” веток метро.

    Об этом Oxu.Az сообщил руководитель пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов.

    По его словам, совершенствование вентиляционных установок в метро проводится регулярно, так как от их эффективности в значительной степени зависят обеспечение безопасности пассажиров метрополитена и создание более комфортных условий перевозки.

    “Процесс замены тоннельных и станционных вентиляторов с истекшим сроком эксплуатации новыми, более мощными и производительными моделями, а также модернизации эксплуатируемых образцов продолжается и в текущем году. Три вентилятора (типа ВОМ-24Р мощностью 75 кВт) предназначены для вентиляции туннелей, остальные (типа ВОМ-20 мощностью 55 кВт) – вестибюля и платформы. Производительность, технические показатели новых вентиляторов полностью соответствуют условиям эксплуатации Бакинского метрополитена.

    Если производительность предыдущего оборудования в лучшем случае была 20-30 кубометров в секунду, то новое одновременно обеспечивает тоннель притоком большого объема свежей воздушной массы. Коэффициент полезной деятельности (КПД) новых устройств, уровень их вибрации, шумовой порог и другие технические показатели отвечают самым высоким требованиям мировых стандартов. Режим работы новых вентиляторов можно перенастроить от подачи к вытяжке и наоборот в течение 20-30 секунд. Это имеет большое значение с точки зрения безопасности, более гибкого перехода от одного режима к другому в чрезвычайных ситуациях.

    Все 10 вентиляторов, закупленных в прошлом году у “Вентпром”, были доставлены в Бакинский метрополитен и установлены на станциях “Эльмляр Академиясы”, “Низами”, “Улдуз”, в туннелях между “Эльмляр Академиясы” и “Низами”, “Эльмляр Академиясы” и “Иншаатчылар”, “Улдуз” и “Кероглу”.

    При монтаже особое внимание уделялось более эффективному и продуктивному распределению воздушного потока, его прямому ориентированию на платформу, а также каждой детали, даже высоте вентиляторов над уровнем пола с целью повышения КПД”, – сказал Б.Мамедов.

  • Bakı metrosunda daha 10 yeni, güclü ventilyasiya qurğusu işə salınıb

    “Bakı Metropoliteni” QSC-də avadanlıqların yenilənməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, 2019-cu ildə Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan 7 yeni güclü havalandırma qurğusu alınaraq quraşdırılıb. Elə həmin il metronun texniki tapşırıqları əsasında Yaşıl və Qırmızı xətlər üçün daha 10 yeni güclü havalandırma qurğusunun istehsal edilməsi barədə razılıq əldə edilib”.

    Bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, sifariş edilən havalandırma qurğuları təyinatına görə iki tiplidir:

    “Metropoliten sərnişinlərinin təhlükəsizliyinin təmin olunması, daha rahat daşıma şəraitinin yaradılması xeyli dərəcədə ventilyasiya sisteminin səmərəli fəaliyyətindən asılıdır. Buna görə də metroda ventilyasiya qurğularının təkmilləşdirilməsi mütəmadi olaraq aparılır.

    İstismar müddətini başa vuran tunel və stansiya havalandırma sistemləri yeni, daha güclü və məhsuldar son modellərlə əvəz edilməsi, eləcə də istismarda olan nümunələrin modernləşdirilməsi prosesi cari ildə də davam edir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 3-ü (75 kVt gücə malik “VOM 24-R” tipli) tunellərin havalandırılması üçün nəzərdə tutulub. Digər ventilyatorların (55 kVt gücü olan “VOM 20” tipli) təsir dairəsi isə stansiya və onlara yaxın tunel sahələridir. Yeni ventilyasiya qurğularının məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğundur.

    Əvvəlki avadanlıqlar, ən yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların faydalı iş əmsalı, titrəyiş, səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir. Yeni havalandırma qurğularının iş rejimini 20-30 saniyə ərzində axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından böyük əhəmiyyət kəsb edir.

    Ötən il “Ventprom” maşınqayırma zavodundan alınmış 10 havalandırma qurğusunun hamısı koronavirus (“COVID-19”) pandemiyası şərtlərinin diktəsi altında Bakı metropoliteninə çatdırılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla, “Elmlər Akademiyası”, “Nizami”, “Ulduz stansiyalarında, “Elmlər Akademiyası-Nizami”, “Elmlər Akademiyası-İnşaatçılar”, “Ulduz-Koroğlu” yol mənzillərində quraşdırılıb.

    Quraşdırma zamanı hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsinə, ümumiyyətlə, faydalı iş əmsalının yüksəldilməsi üçün hər bir detala, hətta havalandırma qurğularının döşəmə səviyyəsindən hündürlüyünə xüsusi diqqət yetirilib. İdarəetmə panelləri də quraşdırıldıqdan sonra istifadəyə verilmiş ventilyatorlar Bakı metropoliteni stansiya və tunellərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımdır”.

  • Минобороны АР: Азербайджанская армия соблюдает режим прекращения огня на кельбаджарском направлении

    Распространяемая армянской стороной информация о нарушении режима прекращения огня нашей стороной, не соответствует действительности.

    Об этом сообщает пресс-служба Министерства обороны Азербайджана.

    Отмечается, что азербайджанская армия соблюдает режим прекращения огня на кельбаджарском направлении государственной границы двух стран.

  • Azərbaycan ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir – RƏSMİ

    Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

    Qeyd edilib ki, Azərbaycan ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.