Month: July 2021

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft bahalaşıb.

    “Bloomberg”in məlumatına görə, WTI markalı neftin sentyabr fyuçersləri 0,37 faiz bahalaşıb və bir bareli 72,66 ABŞ dolları olub.

    “Brent” markalı neftin sentyabr fyuçersləri 0,33 faiz bahalaşıb və bir bareli 74,99 dollar təşkil edib.

  • Samuxda toy qaydalarını pozanlar cərimələndi

    Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ziyadlı, Çobanabdallı kəndlərində və Qarayeri qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

    Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

    Bundan başqa rayon ərazisində fəliyyət göstərən “Sərinim” və “Paris” şadlıq saraylarında keçirilən toy mərasiminə olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 45 nəfər restorana buraxılmayıb.

  • Zərdabda bəy və gəlin vaksinasiya olunmadığına görə toya buraxılmadı

    Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.

    “Report”un Yuxarı Şirvan bürosu vəbər verir ki, növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən “Eldayaq” şadlıq sarayında kecirilib.

    Məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.

    Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

    Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri və rayon polis şöbəsi tərəfindən əhali arasında mütəmadi olaraq vaksinasiya ilə bağlı maarifləndirici tədbirlər və müxtəlif görüşlər keçirilir.

  • Türkiyənin Qara dənizdən qaz hasilatına başlayacağı tarix açıqlanıb

    Qara dənizdəki Sakarya yatağında təbii qazın ilk alovlandırılması mərasimi təşkil edilib.

    “Haber Global”ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimə canlı bağlantı ilə qatılıb.

    Dövlət başçısı bəyan edib ki, Türkiyə 2023-cü il üçün Qara dənizdən qaz hasilatına başlamağı planlaşdırır.

    Ərdoğan Sakarya yatağının Qara dənizdə Türkiyə tərəfindən kəşf edilən nə ilk, nə də son qaz yatağı olduğunu bildirib. O, qeyd edib ki, yaxın zamanlarda Qara dəniz qazının istismara verilməsilə Türkiyənin bu sahədəki xarici asılılığı xeyli azalacaq.

  • İsti yemək və içkilərin ZƏRƏRLƏRİ – Xərçəngə yol açır

    İsti yemək və içki içmək xərçəng riskini artırır.

    Median.Az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, 60 – 70 dərəcədən çox istiliyə malik içki və yeməklər xərçəng riskini artırır. İsti qidalar xüsusilə qida borusu xərçəngi, ağız içi yaralar, mədə ağrısı və mədə xərçəngi, qırtlaq xərçəngi riskini artırır, dil və dişlərə ziyan verir.

    Ağızdan başlayaraq mədəyə qədər olan bölgədəki orqanların illərlə yüksək istiliyə məruz qalması toxumaların və zülalların denaturasiyasına, yəni quruluşunun pozulmasına səbəb olur. Bu isə xərçəngin meydana gəlməsi üçün risk faktorudur.

    Fərqində olmadan 1-2 dəfə isti yemək və ya içki içmək ziyan vermiz. Amma bunu vərdiş halına gətirmək olmaz.

    Proteinlərin quruluşunu pozan digər amillər, məsələn, ədviyyatlı və ədvalı qidalar istiliklə birləşdirildikdə mədə və qida borusu üçün daha çox risk yaradır. Həmçinin illərlə siqaret və alkoqol istifadəsi də bu riski artırır.

    Eyni zamanda isti yemək və ya içki mədə ağrısına səbəb olur.

    Sağlamlığımız qorumaq üçün bütün bunlara diqqət etməliyik! /medicina.az

  • Bakıda döyüş təşkil edən saxlanıldı – VİDEO

    Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.

    DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Baku.ws-ə bildirib ki, antinarkotik təbliğatı adı altında keçirilən yarış iyul ayının 27-də saat 22:30-23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında təşkil olunub.

    Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.

    Yarışın təşkilatçısı olan ictimai birliyin rəhbəri, 1984-cü il təvəllüdlü Elçin Çobanzadə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

    Yarışın iştirakçıları və tamaşaçıları ilə bağlı araşdırmalar davam etdirilir.

  • Bakı küləyi “Olimpiakos”un oyunçusuna çətin anlar yaşatdı (VİDEO)

    “Neftçi” və Yunanıstan “Olimpiakos”u arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qeyri-adi hadisə baş verib.

    Qaynarinfo xəbər verir ki, 23-cü dəqiqədə qonaq komandanın futbolçusu Matyö Valbuena künc zərbəsini yerinə yetirmək istərkən çətin anlar yaşayıb. 37 yaşlı yarımmüdafiəçi topa yaxınlaşdığı vaxt güclü külək künc bayrağını silkələyərək, ona mane olub

    Qeyd edək ki, “Bakcell Arena”da keçirilən görüşdə hazırda “Olimpiakos” öndədir – 1:0.

  • Xaçmazda toya gələn qadın ölüb

    Qusar rayonundan Xaçmaz rayonuna toya gələn qadın naməlum səbəbdən vəfat edib.

    “Report” xəbər verir ki, bədbəxt hadisə şəhər ərazisində qeydə alınıb.

    Qusar rayonunun Suvacal kənd sakini, Səmayə Xudbəddin qızı Xanbabayeva toya gəldiyi “Şahzadə” şadlıq sarayının qarşısında qəflətən halı pisləşib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da onun artıq vəfat etdiyi məlum olub.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma.

  • FED yenə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı

    ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

    Bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

    Açıq bazar əməliyyatları üzrə komitə federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.

    Xatırladaq ki, Federal Ehtiyat Sistemi 2021-ci ilin 16 iyun iclasında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

  • Xaçmazda toya gələn qadın ölüb

    Qusar rayonundan Xaçmaz rayonuna toya gələn qadın naməlum səbəbdən vəfat edib.

    Bədbəxt hadisə şəhər ərazisində qeydə alınıb.

    Qusar rayonunun Suvacal kənd sakini, Səmayə Xudbəddin qızı Xanbabayeva toya gəldiyi “Şahzadə” şadlıq sarayının qarşısında qəflətən halı pisləşib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da onun artıq vəfat etdiyi məlum olub.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma.