Aralıq dənizinin Tunisə aid hissəsində qaçqınları daşıyan gəminin batması nəticəsində 43 nəfər ölüb.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, gəminin göyərtəsindəki 84 miqrant xilas edilib.
“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Mercedes” komandası pilotu Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.
36 yaşlı sürücü yeni sözləşməyə əsasən 2023-cü ilin sonunadək Almaniya təmsilçisində qalacaq.
Qeyd edək ki, 2020 mövsümündə 7-ci dəfə çempion olan Lüis Hemilton “Ferrari”nin əfsanəvi pilotu Mixael Şumaxerin nəticəsini təkrarlayıb. O, 2013-cü ildən “Mercedes”də çıxış edir.
Gürcüstanda 5G şəbəkəsinin qurulması işlərinin hazırlıqlarına başlanılıb.
Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası bununla bağlı auksion elan edəcək.
Komissiyanın məlumatına əsasən, tezlik resursları artıq ayrılıb, hərracda başlanğıc qiymət hesablanıb və şərtlər müəyyən edilib. 5G şəbəkəsinin inkişafı üçün investisiyaları şirkətlər özləri cəlb etməli olacaqlar.
Hərracın şərtləri “Ernst & Young” şirkətinin ekspertləri ilə birgə Avropa Komissiyasının qərarları və avropalı həmkarların təcrübəsi nəzərə alınmaqla müəyyən olunub.
Auksionda qalib gələcək şirkətlərə tezlik resursu 15 illik müvəqqəti istifadə müddətinə veriləcək. Şirkətlər 2-7 il ərzində mərhələli şəkildə yaşayış məntəqələri, yol magistralları, hava limanları və dəmir yolunun daxil olacağı konkret coğrafi arealları şəbəkə ilə əhatə etməli olacaqlar.
Abşeron rayonunda oğurluq edən şəxslər tutulub.
Bu barədə Median.Az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 3 416 manat dəyərində noutbuk, 4 ədəd kamera və videoproyektor oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini C.Quliyev saxlanılıb.
Bundan başqa, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-na keçən gecə rayon ərazisindəki evlərin birindən 1 300 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Dadaşov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun digər evdən 2 ədəd ov tüfəngi oğurlaması və L.Nağıyevə məxsus “Nissan” markalı avtomobili qaçırması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən A.Dadaşovdan tüfənglər götürülən, avtomo
Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində sürüşmə baş verib. 20-dək insanın itkin düşdüyü bildirilir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Hadisə yerinə xilasedicilər göndərilib.
Artıq bir neçə gündür ki, Yaponiyanın mərkəz və şərq regionlarında güclü yağışlar yağır. Son 2 gün ərzində ayrı-ayrı rayonlara 400-600 mm yağıntı düşüb.
Rusiyanın Sverdlovsk vilayətində yerləşən Baltım gölünün ətrafında istirahət edən şəxsləri ildırım vurub.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Qeyd olunub ki, qəflətən pisləşən havadan qorunmaq istəyən iki ailənin üzvləri öz çadırlarının içərisinə daxil olublar. İldırım isə ailə başçılarını, 1986-cı təvəllüdlü Andrey və 1988-ci il təvəllüdlü Georgini vurub.
Qeyd olunub ki, Andrey hadisə yerində keçinib. Georgi isə həyat yoldaşının və həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.

Sumqayıt şəhərində kişi dənizdə infarkt keçirib.
Hadisə Xəzər dənizinin Sumqayıta düşən hissəsində baş verib.
50 yaşlarında şəxs çimmək üçün dəniz girmək istəsə də, infarkt keçirib.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69 718 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 663 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 740 477, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 321 863, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 418 584 təşkil edir.
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Emin Ağalarov bu barədə şəxsi “Instagram” səhifəsində paylaşım edib. Ağalarov, övladları və Leyla Əliyevanın yer aldığı fotonu paylaşaraq bu sözləri yazıb:
“Ad günün mübarək, Leyla. Sən ən yaxşı ana, ən yaxşı dost və ən yaxşı insansan”- deyə Emin Ağalarov bildirib.