Month: July 2021

  • Bakıda “BMW” “Range Rover”ə çırpıldı, dava düşdü – Hadisənin görüntüləri

    Bakının Nərimanov rayonunda yol nəqliyyat-hadisəsi baş verib.

    Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət etdiyi deyilən 99-SD-698 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi qarşıda hərəkət edən 10-CF-005 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

    Şahidlərin verdiyi məlumata görə, sonra tərəflər arasında dava düşüb. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Əraziyə gələn yol patrul xidmətinin əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar. Faktla bağlı araşdırma aparılır. (manset.az)

  • Nigar Camal qəza törətdi – Hadisə yerindən qaçdı

    “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal avtomobil qəzası törədib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, sənətçi idarə etdiyi avtomobillə iki gün öncə “28 May” metrosu yaxınlığında “Toyota Prius” markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

    Zərərçəkən sürücünün polisə müraciətindən sonra N.Camal onun avtomobilini təmir edəcəyinə söz verib.

  • Həkimdən xəbərdarlıq: “Yoluxma artsa, karantin tətbiq edilə bilər”

    “Koronavirusa yoluxma artarsa, yenidən karantin qaydalarını tətbiq etmək olar”.

    Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Ramin Nəriman deyib.

    “Karantin tədbirləri epidemioloji vəziyyətdən irəli gələn tədbirlər olmalıdır. Əgər yoluxma artırsa, kritik vəziyyət yaranırsa, yenə də koronavirus əleyhinə nəzərdə tutulmuş karantin qaydalarını tətbiq etmək olar. Lakin ən azı yüngülləşmə şəraitindən istifadə edib müəyyən işləri həyata keçirtmək, o cümlədən də toy mərasimlərini reallaşdırmaq yaxşı olardı”, – deyə o bildirib.

  • Şuşaya mərkəzi istilik sistemi və isti su bu ilin sonunda veriləcək

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iyirminci iclası keçirilib.

    İclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilib. Ərazilərin enerji təminatına dair planlaşdırılan tədbirlər, həlli vacib məsələlər müzakirə edilib, həmçinin, elektroenergetika infrastrukturu, ötürücü və paylayıcı şəbəkələr, yarımstansiyalar, istilik təchizatı üzrə görüləcək işlər və atılacaq növbəti addımlar haqqında müvafiq qurumların nümayəndələri tərəfindən təqdim edilmiş məlumatlar dinlənilib. İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib.

    Müvafiq ərazilərdə enerji infrastrukturunun bərpası ilə bağlı sahə işləri zamanı texniki təhlükəsizlik qaydalarına, xüsusi ilə yanğın təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsinin, müvafiq sahədə məlumatlılığın artırılmasının zəruriliyi vurğulanıb.

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrasının gedişi barədə müzakirələr aparılıb. “Yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması ilə əlaqədar Yaponiyanın “TEPSCO” şirkətinin təqdimatı dinlənilib.

    Şuşa şəhərində müəyyənləşdirilmiş obtyektlərin növbəti istilik mövsümündə isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların tikintisi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr, atılacaq növbəti addımlar və planlar haqqında məlumat verilib.

    Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı, həmçinin Qız qalası hidroqovşağının su ilə doldurulması üzrə görülən işlərə dair məlumat verilib, suallar cavablandırılıb.

    İclasda həmçinin işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli, habelə Birləşmiş Krallıq və İsrail şirkətlərindən daxil olmuş təkliflər, avtomobil yolunun keçdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili və s. kimi bir sıra məsələlər müzakirə edilib.

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

  • Xaricdəki Azərbaycan məktəbləri diaspor siyasətinin mühüm uğurlarından biridir

    Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyllərinin güclənməsi diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasətinin mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirmək və diasporun potensialından faydalanmaq, eyni zamanda xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

    Azərbaycan bu məqsədlərə çatmaq üçün xeyli yol qət edib. Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də, məhz bu hədəfə doğru irəliləyir.

    Diasporla əlaqələrin möhkəmləndirilməsi və xaricdə yaşayan soydaşlarımızla etibarlı körpülər qurulmasının mühüm həlqələrindan biri də müxtəlif ölkələrdə Azərbaycan dili məktəblərinin açılmasıdır. Bu məktəblər dilimizi, milli-mənəvi dəyərlərimizi yaşadır və təbliğ edir. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilini unutmaması, soydaşlarımız arasında dilimizin yaşaması üçün davamlı işlər görür.

    Bu gün xaricdə böyüyən nəslin Azərbaycana daha da bağlı olması məqsədilə müxtəlif ölkələrdə 60-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir.

    Eyni zamanda, dünyanın İsveçrə, İsveç, Polşa, Fransa və s. ölkələrində Qarabağ adlı Azərbaycan məktəbləri fəaliyyət göstərir. Hansı ki, bu məktəblər yalnız dilimizin, mədəniyyətimizin qorunması və təbliği ilə deyil, həm də Qarabağın qədim Azərbaycan torpağı olduğunu dünyaya çatdırmaqla məşğuldur.

    Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərində uşaqlara Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tədris olunur. Komitənin dəstəyi ilə çapdan çıxmış “Azərbaycan dili” kitabı xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə dəstək məqsədilə hazırlanıb.

    Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olaraq ərsəyə gəlmiş bu kitab xaricdə yaşayan 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında azyaşlı soydaşlarımızın yaş səviyyəsi, dünyagörüşü, maraq dairəsi, Azərbaycan dilində ünsiyyət qurmaq üçün zəruri ehtiyacları nəzərə alınıb. 37 bölmədən ibarət olan kitabın hər bölməsində həm qrammatik, həm də danışıq üçün müxtəlif səpkili tapşırıqlardan təşkil edilib. Kitabın sonunda, artıq müəyyən qədər dil bacarıqları qazanmış şagirdlər üçün əlavə oxu mətnlərinə də yer verilib. Eyni zamanda, müxtəlif sahələrə aid söz və ifadələrin 4 dildə tərcüməsi təqdim olunub. Mövzuların təqdimatında Azərbaycanın milli dəyərlərinə aid materiallara üstünlük verilib və kitabda heç bir yardımçı dildən (xarici dildən) istifadə edilməyib. Kitabı elektron qeydiyyatdan keçməklə Komitənin saytından da yükləmək mümkündür (http://diaspor.gov.az/xeberler2020/x1169.php).

    Xaricdə fəaliyyət göstərən Azərbaycan dilli məktəblərin müasir mənzərəsinə gəldikdə, qonşu Türkiyədə Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyinin, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin, Azərbaycan Təhsil və Kültür Dərnəyinin nəzdində Azərbaycan məktəbləri fəaliyyət göstərir.

    Bununla yanaşı hazırda Qazaxıstanda 7, Özbəkistanda 1, Qırğızıstan da 2 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. ABŞ və bəzi başqa ölkələrə nəzər saldıqda isə, Floridada 2, Nyu-Yorkda 1, Bruklində 1, Kaliforniyada 1, Torontoda 1, Ottavada 1, Londonda 1 Azərbaycan dilli məktəbi həmvətənlərimizə doğma dilini, tarix və mədəniyyətini öyrədir. Qeyd etməliyik ki, bəzi ölkələrdəki həftəsonu Azərbaycan dili məktəbləri də uğurla işlərini davam etdirir. Danimarka, İsveçrə, Niderland, Fransa, Estoniya, Litva, Niderland Krallığı da Azərbaycan dili məktəblərinin fəaliyyət göstərdiyi ölkələr sırasındadır. Qonşu Gürcüstanda isə bu məktəblərin sayı daha çoxdur və 80-i ötüb.

    Hazırda Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin Odessa, Nikolayev, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdəki regional bölməsinin nəzdində də Azərbaycan dili üzrə şənbə-bazar sinifləri fəaliyyət göstərir ki, bu siniflərdə də dilimiz, mədəniyyətimiz və tariximiz haqqında məlumatlar verilir.

    Daha çox sayda azərbaycanlının yaşadığı qonşu Rusiya Federasiyasına gəldikdə isə, ölkədə fəaliyyət göstərən bir çox Azərbaycan diaspor təşkilatlarının nəzdində həftəsonu məktəbləri var. Moskva, Sankt-Peterburq, Kursk, Krasnoyarsk, Vladivostok, Voronej, Tambov, Tula, Kalininqrad, Çuvaşiya, Perm, Tomsk, Novosibirsk, Çita, Orenburq, Stavropol, İvanovo, Tümen, Arxangelsk, Çelyabinsk, Amur, Murmanskda Azərbaycan dili və mədəniyyətini öyrədən məktəblər vardır.

    Ümumilikdə Rusiya Federasiyasının 53 regionunda Azərbaycan dili, tarixi, mədəniyyətini tədris edən həftəsonu məktəbləri fəaliyyət göstərir.

    Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır.

    Bu istiqamətdə görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə müvafiq kurslar da var. Davamlı olaraq, fəaliyyət göstərən kurslar Azərbaycan dilinin, mədəniyyətinin incəliklərini nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda xarici ölkə vətəndaşlarına da öyrədir. Kursların, eləcə də məktəblərin məqsədi həm də miqrasiya etmiş soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir. Bütün bunlar, həm də azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydalıdır.

    Beləliklə də, Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Bütün bunlarla yanaşı, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətləri, Qarabağla bağlı həqiqi informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biridir.

    “Vətən uzaqda deyil” devizi ilə fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi məktəblərin, kursların, təşkilatların sayının daha da çoxaldılmasını təqdir etməklə, hər bir soydaşımızın yanında olmağı hədəf seçib, onların arxasında güclü və müstəqil Azərbaycan dövlətinin dayandığını və ona azərbaycanlı olması ilə qürur duymağı aşılayır.

    Son olaraq bildirək ki, artıq dünyada diaspor anlayışına yeni yanaşma ortaya qoyulur. Modern diasporların son önəmli parametri təşkilati-mobillikdir. Dil birliyi, əməl birliyi mobilliyin mühüm elementidir. Buna nail olmaqla yeni platformalarda irəliləmək mümkündür və Komitənin fəaliyyətinin əsas sütunu olan Strateji Yol Xəritəsinin də mahiyyəti məhz buna xidmət edir.

  • Sürücülərin NƏZƏRİNƏ: “Texpasport”la bağlı yenilik – FOTO

    Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texpasport) yenilənib.

    Belə ki, artıq həmin sənəd daha kiçik ölçüyə sahib olmaqla yanaşı, funksionallığı artırılıb.

    Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq bir neçə gündür ki, sürücülərə yeni qeydiyyat şəhadətnaməsi təqdim olunur:

    “Müasir standartlara uyğun olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin görünüşü dəyişib, ölçüləri kiçilib. Şəhadətnamə kiçik ölçülü olduğu üçün sürücünün onu üzərində daşıması daha rahatdır.

    Hər iki səthində qoruyucu elementlər var, saxtalaşdırılması qeyri-mümkündür. Əvvəl qeydiyyat şəhadətnamələrində hər hansı bir qeydiyyatın aparılması mümkün idisə, yeni versiyada buna ehtiyac yoxdur”.

    “Qeydiyyatla bağlı dəyişiklik olursa, yeni şəhadətnamə alınmalıdır. Üzərində elektron daşıyıcı var ki, nəqliyyat vasitəsinə dair bütün məlumatlar burada öz əksini tapır”, – deyə N.Piriyev qeyd edib.

  • Kəlbəcərə köçən fermerlərə mina təhlükəsizliyi qaydaları öyrədilir

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyi pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus arı ailələrinin köçürülməsini həyata keçirib.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə olaraq 2500 arı ailəsinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılıb. Arıçılıq təsərrüfatlarının yaylaqlara köçündən əvvəl seçilmiş ərazi, sahələr üzrə bir daha monitorinq aparılıb, risklər qiymətləndirilib. Hazırda mərhələli şəkildə arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi prosesi davam edir.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında Göygöl Regional Mərkəzində Kəlbəcər və Laçın rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirilib. Təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib.

    Eyni zamanda, vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib, fermerlərə bukletlər, broşürlar verilib.

    Fermerlərə təhlükəsizlik qaydalarına riayət edilməsi, dislokasiya yerlərini tərk etməmələri bildirilib.

  • İşğaldan azad edilmiş Şotlanlı kəndi – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Şotlanlı kəndindən videogörüntülər yayımlayıb.

    Həmin kadrları təqdim edirik:

  • В Баку 28-летний мужчина совершил суицид

    В Хатаинском районе Баку произошло самоубийство.

    Сообщается, что 28-летний Азер Багиров бросился с 16-го этажа жилого комплекса “Хатаи-парк” на проспекте Гянджи.

    По данному факту ведется расследование.

  • 28 yaşlı gənc yaşayış kompleksində intihar edib

    Bakı Xətai rayonunda intihar hadisəsi baş verib.

    Hadisə gecə saatlarında baş verib.

    28 yaşlı Azər Bağırov Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksindəki binanın İ blokunun 16-ci mərtəbəsindən özünü atıb.

    Faktla bağlı araşdırma aparılır.