Month: July 2021

  • Polisə tabe olmayaraq qaçan “KamAZ” sürcüsü qəza törətdi

    Salyan rayonunda polisin “Saxla” əmrinə tabe olmayan “KamAZ” qəza törədib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisində yerləşən daimi postunda üzərində dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomobilə “Saxla” işarəsi verilib.

    Lakin sürücü tabesizlik göstərərək nəqliyyat vasitəsini KİA markalı xidməti avtomobilin arxa qanadına vurub.

    Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə sürücü saxlanılıb. Onun Dayıkənd kənd sakini E.Cəbrayılov olduğu müəyyən edilib.

    E.Cəbrayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.3-cü, 332.1-ci, 332.1-ci, 332.2-ci, 341.2.1-ci və 342.7-ci maddələri ilə protokol tərtib edilərək Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

    Avtomobil müvəqqəti duracağa yerləşdirilib.

    Araşdırma aparılır.

  • Qazaxda bir ay öncə təmir olunan yol çökdü

    Qazax rayonunda bir ay öncə təmir edilən avtomobil yolu çöküb.

    Hadisə rayonun əsas mərkəzi hissəsində, xəstəxananın qarşısında baş verib. Hazırda yolun yenidən təmiri ilə bağlı işlər aparılır.

    Məlumat üçün bildirək ki, Qazax rayonunda su və kanalizasiya xəttinin çəklişi həyata keçirilib və çökən yol yeni təmir olunmuşdu.

  • За минувшие сутки смертельных исходов от COVID-19 в Азербайджане не зафиксировано – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 95 новых случаев инфицирования коронавирусом, 42 человека вылечились и были выписаны домой.

    Об этом 3 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа скончавшихся от COVID-19 не зарегистрировано.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 336 318 человек, 4 977 – скончались, 330 380 – вылечились, 961 – находится в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 3 778 410 тестов на COVID-19 (за последние 24 часа – 10 428).

  • Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 336 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 380 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 961 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 428, bu günə qədər isə ümumilikdə 3 778 410 test icra olunub.

  • Aralıq dənizində faciə: 43 miqrant boğularaq öldü

    Tunis sahillərində miqrantlarla dolu gəmi batıb.

    “TRT Haber” bu barədə Tunis Qırmızı Xaç cəmiyyətinin açıqlamasına istinadla xəbər yayıb.

    Bildirilir ki, İtaliyaya getmək istəyən 130 nəfərin 43-ü boğularaq ölüb, 84 nəfər xilas edilib.

  • Neftçalada 3 min manatlıq dəniz məhsulları oğurlandı: Həbs edilən var

    Neftçala rayonu ərazisində yerləşən yardımçı təsərrüfatların birindən oğurluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də qeyd olunan oğurluq hadisəsini törədərək zərərçəkmişə məxsus yardımçı təsərrüfatdan 2 000 manat pul və 3 000 manat dəyərində dəniz məhsulları oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini Hüseynbala Hüseynov saxlanılıb.

    Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq hadisəsini etiraf edib.

    Faktla əlaqədar Neftçala RPŞ-də cinayət içi açılıb, araşdırmalar aparılır.

  • Türkiyədə 25 terrorçu məhv edildi

    Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi antiterror əməliyyatları nəticəsində iyun ayında 92 terrorçu zərərsizləşdirilib.

    Bu barədə Türkiyə DİN-in sözçüsü İsmayıl Çataklı bildirib.

    Onun sözlərinə görə, 92 terrorçudan 25-i məhv edilib, 46-sı sağ olaraq ələ keçirilib, 21-i isə könüllü şəkildə polisə təslim olub:

    “Terrorçu PKK-nın 601, FETÖ-nun 1 709, İŞİD-in 307, sol ideologiyalı terror qruplaşmasının 44 üzvü olmaqla iyunda 2 661 şübhəli tutulub. Onların 401-i barəsində məhkəmə həbs qətimkan tədbiri seçib”.

  • Gömrük generalının məşhur marketlər şəbəkəsi əlindən alındı – FOTO

    Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayevə və onun yaxınlarına məxsus olan “Sarı market”lər şəbəkəsi əlindən alınıb.

    Məlumatda bildirilir ki, “Sarı market”lər şəbəkəsi DGK-nin sədr müavini İ.Babayevə məxsus olan biznes sahələrinbdən biri idi və onun yaxın qohumları idarə edirdi.

    Bir müddət öncə isə İ.Babayev marketlər şəbəkəsindən imtina etməli olub.

    “Sarı market”lər şəbəkəsini İ.Babayevin əlindən kimlərin aldığı hələki bizə bəlli deyil. Ancaq bu məsələnin ictimailəşdirilməsi İ.Babayevin maraq dairəsində olduğu görünür.

  • Bakıda pasiyentin oğlu xəstəxanada həkimi BIÇAQLADI – Vəziyyəti ağırdır – FOTO

    Bakıda xəstəxanada bıçaqlanma hadisəsi baş verib.

    Median.Az manset.az-a istinadən bildirir ki, hadisə 5 nömrəli xəstəxanada qeydə alınıb. Belə ki, əlillik arayışı almaq istəyən pasiyentin oğlu həmin xəstəxanada çalışan Zöhrab Şamxalovu bıçaqlayıb. İlkin məlumata görə, həkimin vəziyyəti ağırdır, o komaya düşüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstana səyahət etmək istəyənlərin NƏZƏRİNƏ

    Gürcüstan hökuməti bütün sərnişinlər tərəfindən icbari şəkildə koronavirusa dair PCR testi arayışının təqdim olunması qərarını ləğv edib.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəki törəməsi – “Buta Airways” şirkətinin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, uçuşlar öncəki qaydalara əsasən həyata keçiriləcək.