Month: July 2021

  • “Mitsubishi Electric”in rəhbəri sənədlərin saxtalaşdırılması fonunda qalmaqala görə istefa verdi

    Yaponiyanın “Mitsubishi Electric” korporasiyasının prezidenti Takesi Sugiyama kondisioner yoxlamaları ilə bağlı sənədlərin uzunmüddətli saxtalaşdırılması ilə bağlı qalmaqal fonunda vəzifəsindən istefa etmək qərarına gəlib.

    TASS-ın məlumatına görə, bu barədə o, Tokioda mətbuat konfransında açıqlayıb.

    “Yeni rəhbərliklə şirkətin inamı bərpa etməsi üçün istefa etməyim lazım olduğu qənaətinə gəldim”, – deyə Sugiyama bildirib.

    “Mitsubishi Electric” artıq saxtakarlığı tam etiraf edib. Daxili araşdırmaya görə, korporasiyanın Naqasakidəki zavodu ən azı 1985-ci ildən bəri sistematik yoxlama barədə yalan məlumatlar verir.

    Eyni zamanda, “Mitsubishi Electric” şirkət tərəfindən satılan bütün kondisionerlərin və digər avadanlıqların dövlət təhlükəsizlik standartlarına tam uyğun olduğunu və normal işlədiyini iddia edir.

    Şirkət artıq istehlakçılardan və bütün maraqlı tərəflərdən üzr istəyib.

  • İranda məmur övladlarının əyləncə görüntüləri yayıldı – VİDEO

    İranda rəsmi şəxslərin övladlarının əyləncə görüntüləri yayılıb.

    “Azad İran” “Telegram” kanalı xəbər verir ki, tez-tez ölkə daxilindən yayılan görüntülərdə məmur uşaqlarının və ya ağazadələrin “dini dəyərlərlə idarə olunan İranda” istədiklərini kimi əyləncə məclisləri qurub əyləndikləri görünür.

    Bu videoda da İranın vəzifəli şəxslərinin övladlarının paytaxt Tehranda bir evdə təşkil etdikləri ziyafətdən görüntüləri əks olunub.

  • Braziliyada qadına psixoloji təcavüz cinayət kimi qəbul ediləcək

    Braziliya parlamentinin yuxarı palatası qadına psixoloji təcavüzü cinayət olaraq qəbul edib.

    “G1” portalı xəbər verir ki, sənəd artıq prezident tərəfindən imzalanma mərhələsindədir.

    Layihənin mətninə görə təhdid, təhqir, manipulyasiya, təcrid, şantaj, istehza ilə qadının hərəkət azadlığının məhdudlaşdırılması, psixoloji sağlamlığına və öz müqəddəratını təyinetmə halına zərər verənlər altı ildən iki ilədək həbs cəzası və cərimə ilə qarşılaşacaqlar.

    Eyni zamanda, millət vəkilləri qadınlara bədən xəsarəti yetirənlərin maksimum həbs müddətini dörd ilə qədər artırıblar.

  • Bakıda kişi qonşusu tərəfindən bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, Keşlə qəsəbəsində 1967-ci il təvəllüdlü Əhmədov Mirzə Şəmil oğlu qonşusu tərəfindən bıçaqlanıb.

    O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ yanaq nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

    Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Lökbatan”, “Astara”, “Şüvəlan”, “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən yeddi nəfər xilas olunub.

  • Bayden ölüm hökmünün ləğvini istəyir

    ABŞ prezidenti Co Bayden ölkədə ölüm hökmünün ləğvini dəstəkləyir və onun icrası üzrə elan olunmuş maratoriumu irəliyə doğru addım hesab edir.

    “RİA Novosti” xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

    “Prezident edamların dayandırılmasını istədiyini açıq şəkildə ifadə edib. O, Baş prokurorun irəliyə addım atdığını gördüyü üçün sevinir”- deyə Psaki qeyd edib.

    Xatırladaq ki, ABŞ Baş prokuroru Merrik Harland Ədliyyə Nazirliyinin müvafiq prosedurlarının yoxlanışı müddəti ərzində ölüm hökmlərinin federal səviyyədə icrasını dayandırıb.

  • В Гейгеле экскаватор упал на дорогу, образовалась большая пробка

    В Гейгельском районе экскаватор упал с эвакуатора на дорогу.

    Как сообщает Report, происшествие зарегистрировано на трассе в Гаджикенд.

    В результате аварии на автомагистрали образовалась пробка. Большое количество граждан, возвращающихся с отдыха, застряли в пути на своих автомобилях.

  • Göygöldə ekskavator yola aşıb, böyük tıxac yaranıb

    Göygöl rayonunda evakuatorun yük yerindəki ekskavator yola aşıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb.

    Qəza nəticəsində avtomobil yolunda uzun tıxac yaranıb. Nəticədə istirahətdən qayıdan çox sayda insan öz avtomobili ilə yolda qalıb.

  • Şəhidin xatirəsinə bulaq istifadəyə verildi

    Abşeron rayonu Masazır qəsəbəsində şəhidin xatirəsini əbədiləşdirən abidə-bulaq kompleksi istifadəyə verilib.

    Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid Həmidzadə Hüseyn Akif oğlunun adına bulağın açılışı olub.

    Bulaq şəhidin böyüyüb boya-başa çatdığı məhəllədə tikilib.

    Açılışda şəhidin qohumları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, şəhid Həmidzadə Hüseyn Akif oglu ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunub.

  • Hansı xəstəliyi olanlar koronavirusa daha az yoluxur?

    Allergiyalı xəstələr COVID-19-a daha az yoluxur.

    Bu barədə rusiyalı immunoloq Musa Haitov “RİA Novosti” yə müsahibəsində deyib:

    “Pandemiya başlayandan il yarım keçib, lap əvvəldən allergiyası olanların xəstəliyə az yoluxmaları barədə məlumatlar ortaya çıxmışdı”.

    O əlavə edib ki, xarici araşdırmalara görə, koronavirus allergik bronxial astma xəstələrində xəstəliyin ağır gedişat riskini artıran amil deyil.

    Mütəxəssis bildirib ki, bunun nə ilə əlaqədar olması barədə müxtəlif fikirlər mövcud olsa da, hələ dəqiq məlumat yoxdur.