Month: July 2021

  • Последнее заседание внеочередной сессии Милли Меджлиса отложено

    Изменилась дата проведения заключительного пленарного заседания внеочередной сессии Милли Меджлиса (парламент) Азербайджана, сообщили в пресс-службе ММ.

    Время заседания отложено на неопределенный срок.

    Причина его переноса не разглашается.

    Ранее парламентарии планировали собраться 6 июля.

  • Milli Məclisin iclası təxirə salındı

    Milli Məclisin növbədənkənar sessiyasının iyulun 6-na tutulan sonuncu iclası təxirə salınıb.

    Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

    İclasın nə vaxt keçiriləcəyi hələ müəyyənləşməyib.

    Parlament iclasın təxirə salınmasının səbəbini açıqlamayıb.

  • В Азербайджане женщина ранила полицейского

    В Агдамскую прокуратуру поступила информация о применении насилия в отношении следователя отдела дознания районного отдела полиции Ахлиата Гасымова.

    Об этом сообщает надзорный орган.

    Установлено, что при исполнении обязанностей А.Гасымов получил увечья от жительницы поселка Бахарлы I Ирады Атаевой.

    По данному факту возбуждено уголовное дело по статье 315 (сопротивление или применение насилия в отношении представителя власти) УК АР.

    Расследование продолжается.

  • Azərbaycanda qadın polisə xəsarət yetirdi – RƏSMİ

    İyulun 1-də Ağdam Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İradə Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib.

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə istintaq davam edir.

  • Aclıq və səfalət içində, atasız böyüdü, şəhid oldu, indi “qan puluna” göz dikən imansız ortaya çıxdı…

    Vətən müharibəsinin şəhidi, ötən ilin noyabrın 5-də Hadrud istiqamətində gedən döyüşlərdə həlak olmuş 29 yaşlı Teymur Əliyevin anası Aypara Mövlayevanın dərdinin üstünə dərd gəlib. Belə ki, illər əvvəl onu və iki körpə balasını atıb gedən keçmiş həyat yoldaşı İman Əliyev rəsmi orqanlara müraciət edərək dövlət tərəfindən şəhid anasına verilən sığorta pulunu ələ keçirmək istəyir. Şəhid anası isə mübahisənin qanuni yolla həll olunması üçün Göygöl Rayon Məhkəməsinə müraciət edib. Amma məhkəmə onun iddiasını təmin etməyib.

    Göygöl rayonunun Göyçəkənd kəndində yaşayan A.Mövlayeva virtualaz.org-a bildirib ki, İman Əliyevlə 1994-cü ildə, Teymurun 3 yaşı olanda ayrılıblar və iki azyaşlı övladı ilə ata yurduna qayıdıb. Keçmiş həyat yoldaşı bu illər ərzində övladlarına aliment ödəməyib, onlara heç bir maddi-mənəvi dəstək göstərməyib.

    “Bir müddət qohumlarımın köməyi ilə dolandıq. Yaşadığımız ev sözün həqiqi mənasında daxmadır. Teymur üçüncü sinifdə oxuyanda meşədən çırpı yığırdı, evi onunla isidirdik. Həmin vaxtlar atası meşədən odun qırıb satmaqla dolanırdı. Körpə oğlumun necə əziyyət çəkdiyini görürdü, amma bircə dəfə də olsun bizə kömək əlini uzatmırdı. Elə gün olurdu ki, yeməyə yavan çörək də tapmırdıq”,- dərdli ana deyir.

    və iki körpəsi, 1994-cü il…

    Lakin indi, Teymurun vətən yolunda şəhid olmasından sonra İman onun atası olduğunu “yada salıb” və şəhidin “qan pulunu” ələ keçirmək istəyir. İddia irəli sürür ki, Teymur onun soyadını daşıyır, buna görə də şəhidin sığorta pulundan pay almağa haqqı var.

    Atasız böyüyən, körpə yaşlarından hər cür məhrumiyyətlərlə üzləşən Teymur müharibənin ilk günlərində cəbhəyə yola düşüb, Murovun, Füzulinin, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ölümündən sonra “Xocavəndin azad olunmasına görə, “Vətən uğrunda” medalları ilə təltif olunub.


    “Teymur müharibədən əvvəl fəhlə işləyirdi, yük daşımaqdan taqətdən düşürdü, axşam evə gələndə qollarında taqət qalmırdı. Qardaşımın evində yaşayırıq. Evsiz-eşiksiz olduğundan ailə həyatı da qurmadı. Bəs oğlum bu məhrumiyyətləri yaşayanda, aclıq, yoxsulluq çəkəndə atası harada idi, niyə ona kömək etmirdi? İndi nə haqla mənim şəhidimin qan puluna göz dikib? ”-göz yaşlarına boğulan ana deyir.

    Aypara Mövlayeva deyir ki, keçmiş həyat yoldaşı ikinci dəfə ailə qurub, bu nikahdan iki öğlu da var. Teymurun müharibəyə getməsindən, şəhid olmasından atasının xəbəri belə olmayıb. Dekabrın 14-dək Teymur itkin kimi axtarılıb, amma ata övladının taleyi ilə maraqlanmayıb, dəfnində, hüzr mərasimində iştirak etməyib. Hətta Teymur şəhid olandan iki ay sonra digər nikahdan olan oğlu üçün qız qaçırıb, şadlıq məclisi qurub.




    Şəhid anasının Göygöl rayonu, Göyçəkənd kəndində hazırda yaşadığı yarıuçuq daxmadan fotolar. Şəhid Teymur bu daxmada, aclıq və səfalət içində böyüyüb, fəhləlik etməklə anasına və özünə gündəlik çörəkpulu qazanıb və Vətən uğrunda canından keçib. Amma 27 il əvvəl , cəmi 3 yaşı olanda onu atıb getmiş biri indi “ata” adına iddia edir və şəhidin “qan pulunu” ələ keçirmək istəyir…

    Aypara Mövlayeva dövlətin şəhid ailələrinə verdiyi 11 min manat sığorta pulunu almaq üçün müraciət edəndə bəlli olub ki, imansız İman ondan əvvəl pula sahib çıxmaq istəyib: “Dedilər ki, atası müraciət edib, pulun bölünməsini istəyir. Mən də məhkəməyə müraciət etdim. Məhkəmədə az qala kəndin yarısı şahid kimi çıxış etdi, dedilər ki, bu adam ata kimi ailəsinə köməklik etməyib, övladına ata qayğısı göstərməyib. Uşaqlar balaca olanda əmisi Teymurun ağır işdə çalışdığını görüb, bunu danlayıb ki, get uşaqlarına kömək elə. Qardaşının təkidi ilə bizə 6 “məmməd” (90-cı illərdə dövriyyədə olan əskinaza xalq arasında qoyulan ləqəb, 6 “məmmədə” o zamanlar təxminən iki kisə un almaq olardı-red) göndərmişdi. Bizim bu illər ərzində ondan aldığımız tək yardım bu olub. Məhkəmədə isə deyir ki, o vaxt 60 min manat yardım etmişəm”.


    Bu hökmü çıxaran hakimin İmandan fərqi nədir?

    Məhkəmə isə İmandan daha imansız olub, şəhid anasının iddiasını rədd edib. Mövlayeva deyib ki, qərardan əvvəl yaşadıqları evə baş çəkmək lazım idi. Çünki torpaq döşəmə, uçub-dağılmış divarlar, şüşəsi olmayan pəncərələr onun vəziyyətinin necə olduğunu göstərir.

    “Məni düzgün anlayın, pul davası etmirəm. Yarıuçuq daxmada tək yaşayıram, oğlumdan sonra heç bir arzum, ümidim qalmayıb. Həmin pulla Teymurun adının əbədiləşdirilməsi üçün bulaq tikdirmək istəyirdim. Amma o, həmin pulla yeni evləndirdiyi oğluna şərait qurmaq, gəlininə bazarlıq etmək, yeyib-içmək istəyir. Teymur cəbhədə olanda bir dəfə də olsa, axtarıb-arasaydı məni bu qədər ağrıtmaz, bu qədər yandırmazdı. Oğlumun ruhunu sakit buraxsın”,-şəhid anası bildirir.

    Şəhid anasının iddiasına Göygöl Rayon Məhkəməsində hakim Qələmdar Abbasovun sədrliyi ilə baxılıb və iddia təmin edilməyib. İndi min-bir əziyyətlə övlad böyütmüş məhkəmə qapılarında haqqını tələb etmək məcburiyyətində qalıb, yuxarı instansiyaya şikayət verməyə hazırlaşır…

    //Virtualaz.org

  • Мировые цены на нефть снижаются

    Мировые цены на нефть снижаются, передает Bloomberg.

    Фьючерсы на марку WTI уменьшились на 0,09%, составив 75,16 доллара за баррель.

    Фьючерсы на нефть Brent снизились на 0,44% – до 75,17 доллара за баррель.

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiyməti azalıb.

    “Bloomberg” xəbər verir ki, WTI markalı neftin fyuçersləri 0.09 % azalaraq, bir bareli 75.16 dollar olub.

    “Brent” markalı neftin fyuçersləri 0.44 % artaraq, bir bareli 76.17 dollar təşkil edib.

  • В Баку малолетний попрошайка помещен в приют

    На одной из улиц Баку попрошайничал 3-4-летний ребенок.

    Об этом сообщила председатель общественного объединения “Дети Азербайджана” Кямаля Агазаде.

    “Полиция доставила его в приют”, – сказал она.

    К.Агазаде призвала соответствующие органы положить конец детскому попрошайничеству.

  • Bakıda diləndirilən azyaşlı nəzarətə götürüldü

    Bakıda 3-4 yaşlı uşaq diləndirilib.

    Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

    O bildirib ki, ötən gün axşam saatlarında 3-4 yaşlarında uşaq diləndirilərkən aşkarlanıb:

    “Azyaşlı küçələrin birində aşkarlanıb. O, polis əməkdaşları tərəfindən sığınacağına yerləşdirilib”.

    K.Ağazadə uşaqların diləndirilməsi hallarına son qoyulması ilə aidiyyəti qurumlara çağırış edib.

  • Азербайджанский мугам прозвучит на Чеховском фестивале в Москве

    XV Международный театральный фестиваль имени А. П. Чехова привез на гастроли в Москву ансамбль народного артиста Азербайджана Алима Гасымова из Баку, который познакомит российских зрителей с искусством мугама. Музыкальную композицию “Мир воздвигнут на любви” можно будет услышать на сцене Московского международного Дома музыки 3 и 4 июля, сообщили ТАСС в пресс-службе смотра.

    “Мугам – это традиционная духовная музыка Азербайджана, написанная на ортодоксальные стихи XVII века, воспевающие божественную всеобъемлющую любовь. На русском языке эти тексты можно прочесть в переводах Риммы Казаковой и Евгения Евтушенко”, – рассказала представитель пресс-службы фестиваля.

    Она отметила, что в 2008 году мугам внесен ЮНЕСКО в список шедевров нематериального культурного наследия человечества.

    “Сегодня самым известным в мире исполнителем мугама признан ансамбль Алима Гасымова из Баку. Его исполнительский стиль уникален, в нем глубокое знание многовековых правил мугама сочетается со сложными инновациями и другими музыкальными жанрами, такими как джаз и современная композиция. Вот такой замечательный коллектив выступит в рамках Чеховского фестиваля в Москве, который продолжает знакомить российских зрителей с лучшими достижениями мирового искусства”, – подчеркнула собеседница агентства.

    Сам Алим Гасымов сообщил, что объехал с гастролями почти весь мир. “Мугам – это момент, мгновение, миг, – пояснил артист. – Это музыка счастья, которой мы хотим поделиться с московским зрителем”.