Month: July 2021

  • Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

    A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib.

    Bu barədə TASS xəbər yayıb.

    “Sevgi üzərində qurulan dünya” musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evinin səhnəsində canladırılacaq.

  • Назначен новый представитель ООН в Азербайджане – ФОТО

    Генсек ООН Антониу Гутерриш назначил Владанку Андрееву из Северной Македонии новым резидентом-координатором организации в Азербайджане.

    Правительство АР одобрило это назначение, сообщили в ООН.

    В.Андреева работала на различных должностях в организации и обладает 21-летним опытом в сферах международного развития, координации гуманитарной деятельности, адвокатуры и налаживания партнерства.

    До последнего назначения она возглавляла Объединенную программу ООН по ВИЧ/СПИДу (ЮНЭЙДС) в Камбодже, а также группу по обеспечению готовности к пандемии COVID-19 и реагированию на нее.

    Кроме того, Андреева работала советником по стратегическому вмешательству Регионального отделения ЮНЭЙДС для Азиатско-Тихоокеанского региона в целях повышения эффективности реализации программ, руководителем команды мониторинга и оценки в офисе ЮНЭЙДС во Вьетнаме, советником Программы развития ООН (ПРООН) по Европе и СНГ, а также резидентом-координатором организации в Северной Македонии.

    Ранее она также занимала посты во Всемирной организации здравоохранения (ВОЗ) и Управлении ООН по координации гуманитарных вопросов, работала в некоммерческой организации Pharmaciens Sans Frontières, координировала оказание гуманитарной помощи беженцам.

    Окончила Университет Св. Кирилла и Мефодия в Северной Македонии, имеет степени бакалавра и магистра общественного здравоохранения.

  • BMT-dən Azərbaycana yeni TƏYİNAT – FOTO

    BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

    Bu barədə BMT-dən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan hökuməti təyinata razılıq verib.

    Xanım Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva eyni zamanda BMT-nin həmin ölkədəki İdarə Heyətinin COVID-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə cavabdeh olan qrupuna başçılıq edib.

    O, həmçinin dəlillərə və insan hüquqlarına əsaslanan, eləcə də gender məsələlərinə həssas proqramların icrasını gücləndirmək üçün UNAİDS-in Asiya-Sakit Okean regional ofisində strateji müdaxilə üzrə müşavir, UNAİDS-in Vyetnamdakı nümayəndəliyində monitorinq və qiymətləndirmə komandasının rəhbəri, BMT-nin İnkişaf Proqramında (BMTİP) Avropa və MDB ölkələri üzrə müşavir, habelə BMT-nin Şimali Makedoniyadakı rezident əlaqələndiricisinin müşaviri olub. Bundan öncə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Humanitar Fəaliyyətlərin Əlaqələndirilməsi Ofisində (OCHA) çalışıb.

    BMT-dən əvvəl Pharmaciens Sans Frontières qeyri-kommersiya təşkilatında çalışan xanım Andreyeva qaçqınlara humanitar yardımların göstərilməsini əlaqələndirib.

    Şimali Makedoniyanın Müqəddəs Kiril və Mefodiy Universitetində təhsil almış Vladanka Andreyeva stomatologiya sahəsində bakalavr, ictimai səhiyyə sahəsində isə magistr dərəcələrinə yiyələnib.

  • Amerikalı milyarder yeni pandemiya barədə proqnoz verdi

    “Omaxalı orakul”, sərmayəçi və “Berkshire Hathaway” şirkətinin baş direktoru Uorren Baffet iqtisadiyyat və pandemiya barədə proqnozlarını paylaşıb.

    Bu barədə CNBC xəbər verib.

    O, kiçik biznesə daha güclü təsir göstərən pandemiyanın əsas xüsusiyyətinin – onun barədə qabaqcadan nəsə deməyin mümkünsüzlüyünü göstərdi.

    “Bu hələ son deyil. Gözlənilməzliyini nəzərdə tuturam. Hamı üçün çox gözlənilməz oldu, lakin əksər insanlar və şirkətlər gözlədiklərindən daha yaxşı işlədi”, – deyə Baffett bildirib. Nümunə olaraq avtomobil satış sektorunu göstərdi.

    Milyarder pandemiyadan öyrənilən ən böyük dərsin dünyanın qaçılmaz olaraq baş verəcək fövqəladə vəziyyətlərə nə qədər zəif hazır ola biləcəyini dərk etməyi adlandırdı.

    “Anladım ki, insanlar düşündükləri qədər bilmirlər. Ancaq öyrənəcəyiniz ən vacib şey, bir pandemiyanın baş verməli olmasıdır və bu təsəvvür edilə biləcək ən pis şey deyil”, – deyə investor bildirib.

    O, cəmiyyətin hələ mövcud olmayan şeylərə çox uzun müddət hazırlaşmalı olduğunu, lakin bunların gec-tez baş verəcəyini vurğuladı. Məsələn, o başqa bir pandemiyanın olacağına əminliyini bildirib.

    “Biz nüvə, kimyəvi, bioloji və kiber təhlükə olduğunu bilirik. Hər birinin dəhşətli fürsətləri var”, – deyən milyarder cəmiyyətin gələcəyin problemlərinin öhdəsindən tam gələ biləcəyinə inanmadığını vurğulayıb.

  • “Delta” ştammı Qazaxıstanın bütün bölgələrinə yayılıb

    Koronavirusun “Delta” ştammı Qazaxıstanın bütün bölgələrdə alınan nümunələrdə aşkar edilib.

    Bu barədə “Vestnik Kavkaza” xəbər yayıb.

    “48,3 faiz nəticələrə görə, bütün vilayətərdə və Nur-Sultan, Alma-Ata, Çimkəntdə şəhərlərində “Hindistan” ştammı tapılıb”, – deyə respublikanın Səhiyyə Nazirliyi məlumat verib.

  • Rusiyada koronavirusdan rekord sayda ölüm

    Rusiyada koronavirusdan sutkalıq ölüm hallarının sayında rekord qeydə alınıb.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Sutka ərzində Rusiyada 679 nəfər koronavirusdan ölüb. Ümumi ölüm hallarının sayı isə 136 565-ə çatıb.

  • 29 illik qaçış rekordu təzələndi – VİDEO

    Norveçli atlet Karsten Varholm 400 metrlik maneələrlə qaçışda dünya rekordunu yeniləyib.

    Bu barədə “eurosport” saytında məlumat verilib.

    Oslodakı turnir zamanı Varholm məsafəni 46.70 saniyəyə qət edib.

    Əvvəlki 46.78 saniyəlik rekord 29 il əvvəl – 1992-ci ildə Amerikalı Kevin Yang tərəfindən qırılıb.

    25 yaşlı Varholm 400 metr maneələrlə qaçışda iki qat dünya çempionu (2017, 2019) və eyni məsafədə Avropa çempionudur (2018). Norveç çempionatında da 9 qələbəsi var.

  • В Канаде лесные пожары уничтожили деревню

    В канадской провинции Британская Колумбия природные пожары практически полностью уничтожили небольшой населенный пункт Луттон.

    На этой неделе там был зафиксирован абсолютный температурный рекорд в истории Канады – плюс 49,6 градуса, сообщает RT со ссылкой на телеканал CBS.

    Свыше тысячи человек были вынуждены покинуть данные территории без предварительного уведомления.

    Как сообщает противопожарная служба региона, огонь уничтожил 90% всех строений деревни, в том числе медпункт и полицейский участок.

    По данным полиции, часть жителей до сих пор не вышла на связь.

    О жертвах и пострадавших информации нет.

  • Meşə yanğınları bir kəndi tamamilə məhv edib – VİDEO

    Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Lutton yaşayış məntəqəsi meşə yanğınları nəticəsində tamamilə məhv olub.

    CBS telekanalı məlumat verir ki, bu həftə sözügedən əyalətdə Kanada tarixinin ən isti hava temperaturu(49,6 dərəcə) qeydə alınıb.

    Mindən çox insan hökumət qurumlarının göstərişini gözləmədən yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalıb.

    Bölgənin yanğınsöndürmə xidmətindən verilən məlumata görə, alov kənddəki binaların 90 faizini tamamilə yararsız hala salıb.

    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bəzi sakinlər hələ də onlarla əlaqəyə çıxmayıblar.

    Ölən və xəsarət alanlardan barədə hələlik məlumat verilir.

  • Niderland və Belçika futbol liqaları birləşməyə qərar verdi

    Avropanın ən nüfuzlu 7-ci futbol liqası olan Niderland və 9-cu olan Belçika liqası daha güclü layihə yaratmaq üçün birləşməyə qərar verib.

    “SkySports” xəbər verir ki, ilk görüşlərdə iki liqa təmsilçiləri prinsipial razılığa gəliblər.

    UEFA sıralamasında ilk 5 ən prestijli liqalar arasında yer alaraq həm yayım gəlirlərini, həm də futbol keyfiyyətini artırmağı hədəfləyən layihənin adı “BeNeLiga” olacaq.

    Belçika və Niderland futbol federasiyaları əvvəllər bu layihəni qadın liqalarında həyata keçirib və uğurlu nəticələr əldə ediblər. 2012-ci ildə başlayan “BeNe” Liqasında Belçika və Niderlanddakı qadın futbol komandaları vahid bir liqa qurdular və eyni platformada mübarizə apardılar.