Month: July 2021

  • Azərbaycan badmintonçusu Tokio olimpiadası ilə vidalaşıb

    Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

    L qrupunda yer alan idmançı ikinci qarşılaşmada danimarkalı Anders Antonsenlə üz-üzə gəlib.

    Rəqibinə 0:2 hesabı (16:21; 15:21) ilə uduzan Dviçayo qrupda qalaraq, olimpiada ilə vidalaşıb. Bununla da Tokio-2020-də mübarizəni dayandıran Azərbaycan təmsilçilərinin sayı 19-a çatıb.

  • Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR

    Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yeni görüşü planlaşdırılır. 

    Median.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Moskvada keçirilməsi planlaşdırılan görüşdə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan bir sıra məsələləri müzakirə edəcək.
     
    Bu məsələlər arasında Rusiya qoşunlarının Zod kəndindən başlayaraq Xoznacar kəndinə qədər olan sərhəd zolağında yerləşdirilməsi, Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələrinin qarşısını almaq üçün rəsmi demarkasiya və delimitasiya proseslərinin keçirilməsi, həmçinin, Naxçıvanla Azərbaycanın qalan ərazisi arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə erməni tərəfinin yazılı zəmanəti və s. var.
     
    Görüşün keçiriləcəyi tarixlə bağlı müzakirələr davam edir.
     
    Azərbaycan, Erməniatan və Ermənistan liderləri Qarabağda hərbi əməliyyatları dayandıran 10 noybar 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə yanaşı, 2021-ci il yanvarın 11-də Moskvada üçtərəfli görüş keçiriblər. // Modern.az

  • Ukraynada təyyarə evin üstünə düşdü, 4 nəfər öldü

    Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Dövlət Xidməti yayıb.

    Hadisə iyulun 28-də günorta saatlarında vilayətin Kolomıy rayonunun Şeparovs kəndi yaxınlığında baş verib.

    Qəzadan sonra yanğın başlayıb. Yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda polis bu şəxsi axtarır – FOTO

    Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyul ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub.

    M.Vəliyevin əlamətləri belədir: Boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Restoran sahibləri qaydaları heçə saydı

    Sumqayıt şəhərinin İ. Qayıbov küçəsində (17-ci mkr) fəaliyyət göstərən “Dan ulduzu” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

    Bundan əlavə agentlik əməkdaşları tərəfindən Yevlax rayonu, N.Gəncəvi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Bəylərov Şahin Rüştü oğluna məxsus “Xəmsə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

    Belə ki, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

    Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisələri ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

  • Azərbaycanda iki uşaq anası “patı”dan öldü

    Bakı şəhərində 24 yaşlı qadın metamfetamin – “patı”dən vəfat edib.

    Oxu.az-a bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İsmayıl Əfəndiyev bildirib.

    Onun sözlərinə görə, ölən qadın iki uşaq anasıdır.

    İ.Əfəndiyev qeyd edib ki, Azərbaycanda “patı”nın qiyməti çox ucuzdur:

    “O ölkə daxilində qeyri-leqal şəkildə hazırlanır. Qiyməti isə 10 manatdan başlayır”.

  • Раскрыто число лиц, получивших гражданство Азербайджана – ОФИЦИАЛЬНО

    За первое полугодие текущего года 257 человек получили гражданство Азербайджана.

    Об этом сообщил начальник Государственной миграционной службы (ГМС), советник ГМС III ранга Вюсал Гусейнов на онлайн пресс-конференции по итогам шести месяцев 2021 года.

    По его словам, за указанный период наблюдалось увеличение числа обращений на принадлежность к гражданству, что связано с ослаблением карантинных мер.

    “За последние шесть месяцев реадмиссирован 201 человек. Все были доставлены в страну чартерными рейсами”, – отметил он.

  • Azərbaycan vətəndaşlığına qəbul olunan şəxslərin sayı AÇIQLANDI – RƏSMİ

    “2021-ci ilin altı ayında 257 nəfər Azərbaycan vətəndaşlığlına qəbul olunub”.

    Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin altı ayının yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bu dövrdə vətəndaşlığa mənsubiyyətlə bağlı müraciətlərdə artma mövcuddur ki, bu da karantin tədbirlərinin yumşalması ilə bağlıdı:

    “Son 6 ayda 201 şəxs readmissiya olunub. Onlar müxtəlif vaxtlarda çarter reysləri ölkəyə gətirilib”.

  • Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol tikintisinə 10 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə Prezident.az məlumat yayıb.

    Sərəncama əsasən Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılıb.

  • Erməni casuslarına 15 il cəza verildi

    Casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verir və iş üzrə olan sənədlər tədqiq edilib.

    Şahid qismində Vidadi Orucəliyev ifadə verib.

    O bildirib ki, “N” saylı hərbi hissədə xidmət edib. “11 noyabr 2020-ci ildə Şuşa istiqamətində xidmət aparırdıq. Bu zaman gördük ki, iki nəfər Şuşa istiqamətində mövqelərimizi müşahidə edir. Biz onları saxladıq, sorğu-sual etdik. Bildik ki, onlar Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Biz onları müvafiq dövlət qurumlarına təhvil verdik”.

    Şahid qeyd edib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlarda humanitar yardım aşkar olunmayıb: “Onların saxlandığı yerdən Xankəndi şəhərinə yol yox idi”.

    Bu gün ifadə verməli olan digər şahid prosesdə iştirak etməyib. Həmin şahidlə bağlı Müdafiə Nazirliyin arayışı məhkəməyə daxil olub. Arayışda qeyd olunub ki, şahid qismində ifadə verməli olan zabit – polkovnik -leytenant Vüqar Abdullayev xüsusi tapşırıqla bağlı xidmətdə olduğundan yaxın müddətdə məhkəmədə iştirak edə bilməcəyək. Şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini, məhkəmədə onun ifadəsinin elan olunmasını istəyib.

    Məhkəmə V. Abdullayevin istintaqa verdiyi ifadəsini elan edib.

    Şahid istintaqa verdiyi ifadəsində bildirib ki, 11 noyabr 2020-ci ildə Şuşa şəhərində hərbçi yoldaşı Vidadi Orucəliyevlə xidmət aparan zaman iki nəfərin onların mövqelərini müşahidə etdikləri aşkar ediblər:

    “Biz onlara “dayan” əmri verdik. Onlar bizi başa düşmədilər. Onları sorğu-sual etdik, bizə rus dilində cavab verdilər. Şəxsiyyət vəsiqələri, pasportlarından aşkar etdik ki, onlar Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Biz onları saxladıq, müvafiq dövlət qurumlarına verdik”.

    Bundan sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə keçirilib.

    Daha sonra Sujyan Gevorg Rubenoviç çıxış edək peşman olduğunu deyib: “Hamınızdan üzr istəyirik, xahiş edirəm məni bağışlayasınız”.

    Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib: “Nə etmişəmsə, Allah mənim cəzamı versin”.

    Hakimlər məhkəmə istintaqının tamamlandığı elan ediblər.

    İttiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.

    Prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxslərin hər birinə 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Prokuror həmçinin təqsirləndirilən şəxslərin cəzalarının başa çatandan sonra Azərbaycan hüdudlarından çıxarılmasını istəyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

    Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

    Onlar son sözlərində məhkəmədən bağışlanmalarını istəyiblər: “Məhkəmədə və istintaqda olan işçilərin hamısına təşəkkür edirik. Onlar bizə yaxşı münasibət göstərdilər”.

    Prosesdə hökm oxunub. Hökmə əsasən, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar.

    Onlar cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

    Bununla da casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq edib.

    Belə ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Təqsirləndirilən həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanların ötürülüblər.

    2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.

    Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq)
    279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.