Month: July 2021

  • Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb

    Xaçmaz rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib.

    Gecə saatlarından başlayaraq yağan yağış elektrik və içməli su təsərrüfatına ciddi zərər vurub.

    Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov “Report”un yerli bürosuna bildirib ki, gecə saatlarından etibarən rayonun 15-ə yaxın kəndində işıq kəsilib.

    “Bəzi xətlərin köhnə olması səbəbindən hava dəyişən kimi qırılmalar, izolyasiya islanması və digər texniki problemlər səbəbindən açılmalar baş verir. Hazırda “Azərişıq “ASC-nin Xaçmaz rayon şöbəsinin qəza briqadaları təbii hadisələrin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işləri davam etdirir. Bəzi kəndlərdə elektrik enerjisi təchizatı təmin olunub”, – o qeyd edib.

    Xaçmaz Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Adil İbrahimov isə elektrik enerjisinin təchizatında heç bir problem yaşanmadığını, bir neçə xətdə açılma olsa da, məsələnin aradan qaldırıldığını vurğulayıb.

  • Füzulidə daha iki erməni hərbçisinin qalıqları aşkar olunub

    Qarabağda hərbi əməliyyatların gedişində daha iki erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

    Bu barədə erməni KİV məlumat yayıb.

    Cəsədlərin qalıqları Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

    Qalıqların kimlərə məxsus olmasının məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcəyi bildirilib.

    Qeyd edək ki, bununla da, indiyədək Qarabağ və ətraf ərazilərdə tapılan erməni hərbçilərinə məxsus cəsədlərin sayı 1618-ə çatıb.

  • Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb – FAKTİKİ HAVA

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enib. Yağan leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

    Düşən yağışın miqdarı: Ləzədə 27 mm (Qusar, aylıq normanın 91 %-i), Qrızda 12 mm, Kişçayda (Şəki) 11 mm, Gəncədə 10 mm, Xınalıq, Quba, Tovuz, Qusarda 9 mm, Balakən, Oğuzda 8 mm, Nabranda 7 mm, Zaqatalada 6 mm, Mingəçevirdə 4 mm, Çeyrançöldə 3 mm, Qəbələ, Sarıbaş (Qax), Şabran, Yevlax, Şəki, Şəmkir, Göygöl, Bərdədə 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Naftalan, Ağstafa, Gədəbəy, Balakən, Qobustan, Altıağac, Xaltan, Salyan, Kürdəmir, Zərdab, Göyçay, Sumqayıt, Bakı, Maştağada 1 mm-dək olub.

    Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plankəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağıb.

    Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Naftalan, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Salyan, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvanda 18 m/s, Şabran, Şirvanda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.0 metrə çatıb.

  • Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb

    Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

    Daha 23 dəst medal 3X3 basketbol, idman gimnastikası, velosiped, suya tullanma, atçılıq, qılıncoynatma, cüdo, avarçəkmə, reqbi, üzgüçülük və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 95 dəst medala 62 ölkənin idmançıları yiyələnib.

    Yaponiya 22 (13 qızıl, 4 gümüş, 5 bürünc) medalla keyfiyyətcə birinci pillədəki mövqeyini qoruyub.

    27 (12 qızıl, 6 gümüş, 9 bürünc) medal qazanan Çin 2-ci sıraya yüksəlib. Medal əyarında 3-cü yeri isə 11 “qızıl”, 11 “gümüş” və 9 “bürünc”lə ABŞ tutur.

    İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 53-cü pillədə qərarlaşıb.

  • İraqda 14 İŞİD silahlısı saxlanılıb

    İraqın Terrorizmlə mübarizə idarəsinin əməkdaşları ölkənin müxtəlif vilayətlərində “İslam dövləti” terror qruplaşmasının 14 silahlısını, o cümlədən ekstremistlərin rəhbərlərini saxlayıb.

    Bu barədə respublikanın silahlı qüvvələr komandanının nümayəndəsi Yəhya Rəsul bildirib.

    Onun sözlərinə görə, paytaxtda İŞİD dəstələrindən birinin Əbu Muaz ləqəbli rəhbəri ələ keçirilib. Onun həbsi hüquq-mühafizə orqanlarını terror şəbəkəsinin partlayıcı maddələr hazırlayan daha bir neçə üzvünə çıxarıb.

    Daha 6 radikal Ənbar vilayətində ələ keçirilib. Yüksək gərginlikli xətləri partlatmağı planlaşdıran daha bir silahlı Salah-əd-Dində saxlanılıb. Yerli terror qruplaşmasının iki rəhbəri Süleymaniyyə vilayətində tutulub.

    Hüquq-mühafizə orqanları ölkənin müxtəlif rayonlarında terrorçuların məhv edilməsi üçün reydlər aparırlar.

  • Zəncirvari narkotik şəbəkəsi ifşa edildi

    Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qasımov saxlanılaraq Baş Polsi İdarəsinə gətirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 35 manata İlkin adlı şəxsdən aldığını bildirib.

    Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlkin Mahmudov saxlanılıb.

    Saxlanılan şəxs İ.Qasımova narkotik maddə satdığını, özü isə həmin maddəni Hüseyn adlı şəxsdən aldığını etiraf edib.

    Polis əməkdaşları narkotik maddə satmaqda şübhəli bilinən Hüseyn Fərman oğlunun yerini müəyyən edərək Şəhər Baş Polis İdarəsinə gətirib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    Bundan başqa Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ramiz Musayev saxlanılıb.

    Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

    Faktlar üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başladılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Türkiyədə 4,3 bal gücündə zəlzələ olub

    Türkiyənin Bingöl əyalətinin Kiğı rayonunda yerli vaxtla saat 15.27-də 4,3 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi yayıb.

    Təbii fəlakət nəticəsində itki və dağıntının olub-olmaması barədə məlumat yayılmayıb.

  • Rusiya Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki hadisələri müzakirə edib

    Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

    Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, V.Putinin sədrliyi ilə keçirilən toplantıda Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

    Şuranın iclasında eyni zamanda, Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələr, Əfqanıstandakı durum və beynəlxalq gündəmin digər aktual məsələləri müzakirə edilib.

  • Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşdi

    “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Dəyişikliyə əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

    – Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə

    – Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və 2 vətəndaşlığı olmayan şəxslərə, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları)

    – ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında

    – yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilərə və vətəndaşlığı
    olmayan şəxslərə, o cümlədən onların ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

  • В Азербайджане суточный прирост инфицированных коронавирусом резко вырос – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 750 (27 июля – 468) новых случаев инфицирования коронавирусом, 134 человека вылечились и были выписаны домой.

    Об этом 28 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались трое.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 341 933 человека, 5 014 – скончались, 332 393 – вылечились, 4 526 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 4 003 650 тестов на COVID-19 (за последние 24 часа – 11 058).