Month: July 2021

  • Prezident seçkilərinə 35 gün qalıb, hakim partiyaların isə namizədi yoxdur

    Estoniyada maraqlı vəziyyət yaranıb.

    Sfera.az Pravda.ru-ya istinadən bildirir ki, ölkədə prezident seçkilərinə təxminən 35 gün qalır, amma hələ də hakim partiyalardan namizəd yoxdur. Çünki iki parlament fraksiyası kimin namizədliyini irəli sürəcəkləri ilə bağlı razılığa gələ bilmir. İki əsas partiya – Mərkəzçi və İslahatçı partiyaları hələ də kompromis variant tapa bilmir. Namizəd tapmaq cəhdləri edilir , amma bu günə qədər heç bir nəticə yoxdur.

    “Partiyalar arasında razılaşma olmadığı üçün hələ ki, konkret bir ad çəkə bilmərəm”, – deyə Mərkəzçi Partiyasının sədri Yuri Ratas bildirib və əlavə edib ki, özü də prezidentliyə namizəd olmayacaq.

    Estoniyada seçkilərin 30 avqustda keçirilməsi planlaşdırılır. Yeni prezident beş il müddətinə dövləti idarə edəcək. Hazırda ölkənin prezidenti Kersti Kalyulayddır.

  • Həftədə bu qədər alkoqol qəbul etmək infarkt və insultdan qoruyur – Alimlər açıqladı

    London Universitet Kollecinin alimləri ürək üçün xeyirli olan alkoqol dozasını müəyyən ediblər.

    Britaniyalı alimlər ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda gündəlik qəbul edilən alkoqol dozasına görə infarkt, insult, stenokardiya və ürək tutması nəticəsində ölüm riskini qiymətləndiriblər. Məlum olub ki, gündə yarım qədəh şərab içənlərin ölüm riski içməyənlərə nisbətən daha azdır, gün boyu bir qədəh şərab içənlərlə bir şüşə pivə içənlərin ölüm riski isə təxminən eynidir.

    Sfera.az-ın məlumatına görə, tədqiqatın nəticələri “BMC Medicine” jurnalında dərc edilib.

    London Universitet Kollecinin alimləri araşdırmalarında İngiltərə və Şotlandiya səhiyyə xidmətlərinin, Britaniyanın biobankının və əvvəlki 12 tədqiqatın nəticələrindən yararlanıblar.

    Ümumilikdə, son 20 ildə ürək-damar xəstəliklərindən əziyyət çəkən 48 mindən çox kişi və qadın haqda məlumat toplanıb. Söhbət infarkt, insult, stenokardiya və ya ürək tutması nəticəsində baş verən ölüm hallarından, eləcə də iştirakçıların istehlak etdiyi alkoqol dozasından gedir.

    Alimlər müəyyən ediblər ki, gündə altı qram alkoqol qəbul edənlərdə ürək-damar xəstəlikləri və ölüm riski minimum səviyyədədir. Gündəlik 15 qram spirtli içki qəbul edənlərin ölüm riski daha yüksək, amma heç içməyənlərdən daha aşağıdır. Nə qədər təəccüblü səslənsə də, hər gün bir şüşə pivə və ya yarım şüşə şərab içənlər içməyənlərlə eyni qrupa daxil edilib.

    “Nəticələrimiz göstərir ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların infarkt, insult və ya stenokardiyanın qarşısını almaq üçün içməyi tamamilə dayandırmağına ehtiyac yoxdur, amma alkoqol istehlakı digər xəstəliklərin inkişaf riski ilə əlaqəli olduğundan həftəlik alkoqol istehlakını azaltmaları məsləhətdir”, – deyə bildirilib.

    Məlumata görə, gündə altı qram alkoqol qəbul edənlər arasında yenidən infarkt və ya insult keçirmə riski, heç içməyənlərə nisbətən 50 faiz, hər hansı digər səbəbdən ölmə riski isə 21 faiz aşağıdır.

    Alimlər hesab edir ki, həftədə 105 qrama qədər spirtli içki qəbulu ürək üçün təhlükəsiz hesab edilə bilər, bu isə bir şüşə şərab və ya orta tündlükdə olan üç şüşə pivəyə bərabərdir. Bundan artıq içki qəbul edənlər üçün ağır ürək xəstəlikləri riski kəskin şəkildə artır.

    Tədqiqatçılar nəticələrin birbaşa müşahidəyə deyil, fərqli mənbələrdən və fərqli dövrlərdə əldə edilmiş məlumatların riyazi işlənməsinə əsaslandığını qeyd edirlər. Onlar yaşa, cinsi mənsubiyyətə və siqaretə münasibətə görə nəticələrə müəyyən düzəlişlər edib. Eyni zamanda uzun müddət spirtli içki qəbul edib, sorğu zamanı içməyənləri, yaxud yüngül formada içki qəbul edənləri içməyənlər və ya az içənlər qrupundan çıxarmağa çalışıblar.

  • Toyda COVID-19 pasportu olmayanların cəriməsini kim ödəməlidir?

    “COVID-19 pasportunun olmamasına görə cəriməni həm restoran sahibləri, həm də toy sahibləri ödəməlidir”.

    Bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

    O bildirib ki, çünki tərəflər arasında iltizam sənədi imzalanır:

    “İltizam sənədinə uyğun olaraq, müştərək hüquqi öhdəlik götürülür. Hüquqi və ya fiziki şəxslərin hər birinin hüquqi məsuliyyəti var və buna uyğun inzibati tənbeh tədbirləri görülür”.

  • Enerji içkiləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

    Qida Təhlükəsizliyi Agentliyi son zamanlar cəmiyyətdə, xüsusən idmançılar arasında daha çox istifadə edilən enerji içkiləri ilə bağlı açıqlama yayıb.

    Agentlik gəncləri, o cümlədən, idmançıları bu içkilərdən istifadə etməməyə çağırıb.

    Həmçinin, bəzi televiziya kanallarına da enerji içkilərini təşviq edən hər hansı reklamdan çəkinmək tövsiyə edilib.

    “Enerji içkisi istehlak etməklə, “Biz daha yaxşı fiziki gücə malikik” təəssüratı yaratmaq istehlakçıya verilmiş yanlış mesajdır.

    Tövsiyə edirik ki, tanınmış idmançılarımız bu tip enerji içkilərinin reklamında ehtiyatlı olsunlar.

    Televiziya kanallarına da tövsiyəmiz ondan ibarətdir ki, KİV, ümumiyyətlə, idman verilişlərində, idman tədbirlərində enerji içkilərinin istehlakını təşviq edən hər hansı reklamdan istifadə etməsinlər”, – AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov İctimai Televiziyaya açıqlamasında deyib.

  • Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı bəyannaməsi”ni imzalayıb

    Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysər imzalayıb.

    Sonda ailə fotosu çəkdirilib.

  • Oktay Şirəliyev vəzifəyə təyin olundu

    Sabiq səhiyyə naziri Oqtay Şirəliyev yeni vəzifəyə təyin olunub.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq nazir hazırda Respublika Diaqnostika Mərkəzində professor, tibb elmləri doktoru kimi öz fəaliyyətini davam etdirir. O, Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Direktor vəzifəsini isə Rəşid Vəzirov icra edir.

    Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycanın səhiyyə naziri vəzifəsindən azad edilib.

  • У подозреваемого в продаже наркотиков обнаружили гранату

    Сотрудники Гейчайского РОП задержали жителя села Чайархы Хаяла Мамедова, подозреваемого в продаже наркотических средств и психотропных веществ. У него был обнаружен и изъят “пати” – метамфетамин и ручная граната “Ф-1”.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    У другого задержанного ранее судимого Эльвина Гафурова был также найден метамфетамин. Было установлено, что он продал наркотики некоему Кямилю Гандалиеву, которого несколько дней назад задержали с метамфетамином и героином.

    По данным фактам ведется расследование.

  • “Patı” satan şəxsin üzərində qumbara aşkarlandı

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov saxlanılıb.

    Axtarış zamanı həmin şəxsdən “patı” (metamfetamin) və üzərində daşıdığı sellofan torbadan bir ədəd “F-1” əl qumbarası aşkarlanaraq götürülüb.

    Keçirilən daha bir əməliyyat–axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb.

    Araşdırma zamanı bir neçə gün öncə keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin məhz E.Qafurov olduğu müəyyən edilib.

    Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.

  • Кадры из села Гюнешли Кельбаджарского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Гюнешли Кельбаджарского района.

  • İşğaldan azad olunmuş Günəşli kəndi – VİDEO

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Günəşli kəndindən videogörüntülər yayımlayıb.

    Həmin kadrları təqdim edirik: