Month: July 2021

  • ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı – Nəsirov Bəhruz Tapdıq oğlunun Cəbrayıl rayonu ərazisində minaya düşməsi ilə bağlı məlumat yayıb.

    ANAMA-dan daxil olan məlumatda deyilir:

    “İyulun 27-də Agentliyin əməkdaşı 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş verib.

    Nəticədə Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb, ilkin tibbi müayinə edilərək evə buraxılıb”.

    “İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq”, – ANAMA-dan bildiirlib.

  • Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı

    Gürcüstanda koronavirusun “Delta+” ştammına rast gəlinib.

    “Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin milli xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

    Onun sözlərində görə iki nəfərdə “Delta+” ştammı tapılıb.

    Qeyd edilir ki, Gürcüstanda koronavirusa yoluxanların 50 %-də “Hindistan ştammı” müəyyən edilib.

    Xatırladaq ki, Gürcüstanda yoluxmanın artması ilə əlaqədar qadağaların yenidən tətbiq edilməsi qərara alınıb.

  • 17 mindən çox toy qeydiyyata alınıb

    İyulun 1-dən etibarən icazə.e-gov.az portalı sırf şənlik mərasimlərinin qeydiyyatı üçün istifadəyə verilib. Şadlıq evlərinin sahibləri tədbirlərin keçirilməsinə ən azı 5 gün qalmışdan 50 nəfərdən 150 nəfərə kimi olan qonaq sayı üçün qeydiyyat aparmalıdır.

    Burda zalı seçməlidir, əməkdaşlarının qeydiyyatı aparılmalıdır. Əməkdaşların 80 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçmiş olmalıdır.

    Bu günə qədər 17 mindən çox tədbir qeydiyyata alınıb.

    Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

    F.Cəfərovun sözlərinə görə, bu, təxminən avqustun 15-dək olan müddəti, 45 günlük dövrü əhatə edir. Bu günə qədər sistemlə bağlı heç bir şikayət daxil olmayıb. Sistem tam dayanıqlıdır.

  • Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib

    “Bu günədək 60 000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40 000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları iyulun 5-dən etibarən həyata keçirilir. Qaydalara uyğun olaraq hər bir imtahanın növbəti günü namizəd apellyasiyaya müraciət edə bilər. Apellyasiyada və sosial şəbəkələrdə ən çox narahatçılıq doğuran məsələləri nəzərə alaraq, ARTİ tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik təhlil çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib”.

    Bu fikirləri Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

    Onun sözlərinə görə, təhlillər zamanı suallarda səhvlər aşkar olunmayıb, yalnız sualların müxtəlif günlər (cəmi 3 seans) və cəmi 2 fənn üzrə çətinlik fərqi olduğu müəyyən edilib: “Elmi-statistik təhlillər göstərib ki, 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqları bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqlənir”.

    R.Əzizov deyib ki, sosial şəbəkələrdə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı yayılmış suallar təhrif olunmuş şəkildə göstərilib və keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur: “Bəzi fənlər üzrə, məsələn, riyaziyyat fənni üzrə də namizədlər sualların çətinlik dərəcəsi haqqında fikir bildiriblər. Nəzərinizə çatdıraq ki, ARTİ tərəfindən bütün fənlər üzrə təhlillər aparılıb və bildiririk ki, digər fənlər üzrə müxtəlif tarixlərdə keçirilən imtahan suallarının çətinlik dərəcəsində fərq ortaya çıxmayıb. Bununla da digər fənlər üzrə imtahan verən namizədlər üçün bərabər rəqabət mühiti yaradılıb. Bərabər və sağlam rəqabət mühitinin yaradılması bizim əsas prinsiplərimizdən biridir. Bütün qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, imtahanlar ləğv olunmur, yalnız 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi imtahanlarında iştirak etmiş namizədlərə əlavə imtahan imkanı yaradılır. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “Müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər”.

  • Kubanın Fransadakı səfirliyinə “molotov kokteyli” ilə hücum edilib

    Kubanın Fransadakı səfirliyinin binasına hücum olub.

    Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya öz “Twitter” səhifəsində məlumat yayıb.

    “Bizim Paris şəhərindəki səfirliyimizə “molotov kokteyli” vasitəsi ilə terror aktı təşkil edilib. Ölkəmizə qarşı zorakılığa həvəsləndirən belə davranış və çağırışlara görə ABŞ hökuməti məsuliyyət daşıyır”, – Kubanın xarici işlər naziri qeyd edib.

    Məlumat üçün qeyd edək ki, Kubanın Fransadakı səfirliyinə hücum gecə saatlarında təşkil edilib. Diplomatik nümayəndəliyin ərazisinə ümumilikdə üç “molotov kokteyli” atılıb. İnsident nəticəsində heç kimin xəsarət almadığı bildirilir.

  • Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıb

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə,tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

    Həmçinin, şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

    Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

  • Türkiyə ordusu daha 3 terrorçunu zərərsizləşdirib

    G

    Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyat zonasında daha 3 terrorçunu zərərsizləşdirib.

    Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Xatırladaq ki, ötən gün adıçəkilən bölgədə terrorçu qrupların hücumu nəticəsində 2 türk hərbçi həlak olub.

  • Baş Prokurorluq və DİN-dən Bakıda özünü partladaraq öldürən şəxslə bağlı birgə MƏLUMAT

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.

    Qurumun Mətbuat xidmətlərindən verilən birgə məlumatda deyilir:

    “İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov öldürüb.

    Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

    Partlayış zamanı dörd polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

    Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

  • Türkiyədə silahlı insident olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

    Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda silahlı atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

    Məlumatı “TRT Haber” yayıb.

    Bildirilib ki, bir qrup silahlı düşmən olduqları şəxslərə güllə ataraq hadisə yerindən qaçıb.

    Hadisə ilə bağlı polis araşdırma aparır.

  • Минобороны: Подверглись обстрелу позиции азербайджанской армии в направлении Кельбаджарского района

    27 июля в 16:00 подразделения армянских вооруженных сил с территории сел Юхары Шорджа и Зеркенд Басаркечярского района подвергли обстрелу из снайперских винтовок, автоматов и пулеметов позиции азербайджанской армии на территории сел Зейлик и Юхары Айрым Кельбаджарского района.

    Об этом сообщает Минобороны АР.

    “Ответными мерами огневая активность противника была подавлена.

    Потерь среди личного состава азербайджанской армии нет”, – добавили в оборонном ведомстве страны.