Month: July 2021

  • DİN-də yeni TƏYİNAT

    Daxili işlər orqanlarında kadr təyinatı olub.

    Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Fikrət Rzayev Yevlax Rayon Polis Şöbəsində (RPŞ) şəxsi heyət işləri üzrə köməkçi təyin edilib.

    Qeyd edək ki, o, bundan əvvəl Sabirabad RPŞ-nin əməkdaşı olub.

  • AZƏRTAC-ın keçmiş baş direktoru vəfat etdi – FOTO

    Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş baş direktoru, tanınmış jurnalist Şamil Şahməmmədov vəfat edib.

    “Report”un xəbərinə görə, o, 87 yaşında dünyasını dəyişib.

    Ş.Şahməmmədov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

    O, bu gün Biləcəri qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, Şamil Məmməd oğlu Şahməmmədov 1934-cü ildə Gəncə şəhərində anadan olub. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsinin tələbəsi olduğu illərdən məşğul olmağa başlayıb.

    O, əvvəl radio ilə əməkdaşlıq edib, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti “Bakı”ya işə götürülüb. Burada Ş.Şahməmmədov 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçib. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləyib və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlib.

    “Kommunist” (“Xalq qəzeti”) qəzetində Baş redaktor müavini və Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Baş direktor vəzifəsində çalışıb.

  • “Azəriqaz”da yeni TƏYİNAT – FOTO

    Bu gün “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.

    Bu barədə Birliyinin baş direktoru Ruslan Əliyev məlumat verib.

    O bildirib ki, uzun illər televiziyada fəaliyyət göstərmiş Eldəniz Vəliyev baş direktorun imzaladığı əmrə əsasən, İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib:

    “İnanıram ki, bu təyinat “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələrinə bir qədər də təsir etmiş olacaq. İctimaiyyətə daim açıq olan “Azəriqaz” İstehsalat Birliyi bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və qurumla vətəndaş arasında birbaşa təmasın maksimum reallaşmasına çalışacaq. Bugünkü təyinat bizi hədəfimizə bir qədər də yaxınlaşdıracaq”.

    Xatırladaq ki, ötən gün “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.

  • Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu yekunlaşır

    İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır.

    Nazirlikdən bildirilib ki, müraciətlər bu gün saat 16:00-dək qəbul edilir.

    Müraciət üçün müvafiq linkə daxil ola bilərsiniz: https://cutt.ly/bm7oBje. Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.

    Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək.

    Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

  • “Yuventus” 19 yaşlı braziliyalı hücumçunu transfer edəcək

    “Yuventus” Braziliyanın “Santos” klubunun 19 yaşlı hücumçusu Kayo Jorjeni Turinə gətirməyə yaxındır.

    Bu barədə idman jurnalisti Djanluidji Lonqari öz “Twitter” hesabında yazıb.

    Mənbə iddia edir ki, “Yuventus” artıq həm futbolçunun özü, həm də agenti ilə müqavilə ilə bağlı razılığa gəlib.

    Turin klubu “Santos”a rəsmi müraciət ünvanlayaraq müqaviləsi bu ilin dekabrında bitəcək futbolçunun transferi ilə bağlı danışıqlara hazır olduqlarını bildir.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке выросла на 0,23 доллара (0,31%) и составила 74,16 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşır

    Azərbaycan neftinin qiyməti bir qədər artıb.

    “Azeri Light” markalı neftin bir bareli 0,23 ABŞ dolları və ya 0,31 faiz bahalaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 74,16 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • В Лянкяране задержаны девять человек, подозреваемые в продаже метамфетамина

    Сотрудники Лянкяранского РОП задержали девятерых местных жителей, подозреваемых в продаже “пати” – метамфетамина.

    Об этом сообщили в лянкяранской региональной группе пресс-службы МВД.

    У Зохраба Ибадова, Рамина Абдуллаева, Азера Рустамова, Сабира Велиева, Рамала Зейналлы, Фугана Гулизаде, Бахруза Керимова, Эльшада Сафарова и Халида Мамедли были обнаружены пакетики героина и метамфетамина, а также электронные весы (в количестве 5 штук).

    Кроме того, выяснилось, что С.Велиев украл мобильный телефон в одном из домов на территории города.

    По данным фактам ведется расследование.

  • Lənkəranda “patı” satan doqquz nəfər saxlanıldı

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə “patı” və “şüşə” (metamfetamin) kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan doqquz nəfər rayon sakini saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıb.

    Onlardan satış üçün nəzərdə tutulan hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

    S.Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar.

    Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, dörd ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • 2000-dən çox qonaq “COVID-19” pasportu olmadığına üçün toya buraxılmayıb

    İyulun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə dörd nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.

    Qeyd edilib ki, 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

    Eləcə də bir nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib.

    2 218 nəfər isə “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.