Month: July 2021

  • Goranboyda toy sahibləri məsuliyyətə cəlb olundu

    Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayonun Tapqaraqoyunlu və Borsunlu kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hər iki ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

    Polis əməkdaşları mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

  • Завершилось следствие по делу о взяточничестве экс-завотделом Бакинского славянского университета

    Завершилось предварительное следствие по уголовному делу экс-заведующей отделом дополнительного и заочного образования Бакинского славянского университета (БСУ) Дурданы Алиевой, передает АПА.

    Собранные материалы направлены в Бакинский суд по тяжким преступлениям на рассмотрение.

    Уголовное дело передано в производство судьи Али Мамедова.

    В качестве потерпевшего был признан БСУ.

    Отметим, что в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре на основе многочисленных жалоб было проведено расследование незаконных действий бывшей завотделом БСУ, доцента Дурданы Алиевой.

    В ее отношении возбуждено уголовное дело по статьям 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба), 32.4, 312.2 (подстрекательство к даче взятки), 311.1 (получение взятки) УК АР.

  • Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

    Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

    İş üzrə zərərçəkən şəxs qismində Bakı Slavyan Universiteti tanınıb.

    Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

    Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi çoxsaylı şikayətlər əsasında araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

  • DYP-dən sürücülərə MÜRACİƏT

    Hava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət etdi.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edir.

    Sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsindən və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

    Həmçinin, piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yolları və küçələri yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, xüsusilə yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

  • Мировые цены на нефть растут

    Мировые цены на нефть растут в ходе торгов во вторник, 27 июля, передает RT.

    Сентябрьские фьючерсы на нефть WTI выросли на 0,33%, составив 72,15 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в сентябре увеличились на 0,44% – до 74,83 доллара за баррель.

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft bahalaşıb.

    RT-nin məlumatına görə, WTI markalı neftin sentyabr fyuçersləri 0,33 faiz bahalaşıb və bir bareli 72,15 ABŞ dolları olub.

    “Brent” markalı neftin sentyabr fyuçersləri 0,44 faiz ucuzlaşıb və bir bareli 74,83 dollar təşkil edib.

  • В Саатлинском районе оштрафовали организаторов свадеб

    Сотрудники Саатлинского РОП выявили, что при проведении свадеб во дворе частных домов нарушены правила карантинного режима.

    Как сообщили в ширванской региональной группе пресс-службы МВД, житель села Фаталикенд Исмаил Байрамов и Рахман Шакиров, проживающий в селе Ширинбей, устроили торжество с числом гостей, превышающим установленный лимит.

    В связи с выявленными нарушениями с ними проведена профилактическая беседа и приняты предусмотренные законом меры.

  • Evdə toy məclisi keçirən şəxslər CƏRİMƏLƏNDİ

    Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində fərdi yaşayış evinin həyətində təyin olunan qaydaları pozaraq toy məclisinin keçirildiyi müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Fətəlikənd sakini İsmayıl Bayramovun və Şirinbəy kənd sakini Rəhman Şakirovun normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi aşkarlanıb.

    Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibləri ilə profilaktik söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

  • В Сумгайыте и Геранбое сгорели автомобили

    В Сумгайыте сгорели салон и двигатель легкового автомобиля ВАЗ, а в Геранбойском районе огонь уничтожил двигатель машины Opel. 

    Оба пожара потушены, сообщили в МЧС Азербайджана.

  • Sumqayıt və Goranboyda avtomobillər yanıb

    Sumqayıt və Goranboyda iki avtomobil yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıtda “VAZ” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Bundan başqa Goranboy rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.