Month: July 2021

  • В Шамкире женщина выращивала коноплю

    Сотрудники Шамкирского РОП на территории района обнаружили наркосодержащие растения, выращенные путем культивирования.

    Об этом сообщили в гянджинской региональной группе пресс-службы МВД.

    Согласно информации, во дворе дома жительницы села Байрамлы Севиль Алиевой (1956 г.р.) были найдены и изъяты 60 кустов конопли общим весом 38 кг 300 г.

    В своих показаниях задержанная призналась, что посадила их с целью продажи.

    По данному факту ведется расследование.

  • Şəmkirdə narkotik yetişdirən 65 yaşlı qadın saxlanıldı

    Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşları kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Bayramlı kənd sakini, 1956-cı il təvəllüdlü Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – kannabis bitkiləri aşkarlanıb.

    Əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

    Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • В Азербайджане обнародовано число погибших в результате стихийных бедствий и техногенных катастроф

    За первую половину 2021 года в стране произошло 6 660 стихийных бедствий и техногенных катастроф.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС) АР, это на 1 613 случаев или 19% меньше по сравнению с первым полугодием 2020 года.

    В результате стихийных бедствий и техногенных катастроф 31 человек погиб, 129 получили ранения. Службами МЧС был спасен 31 и эвакуированы 296 человек.

  • Azərbaycanda təbii və texnogen mənşəli hadisələr nəticəsində ölənlərin sayı AÇIQLANDI

    2021-ci ilin birinci yarımilliyi ərzində respublika ərazisində 6660 təbii və texnogen mənşəli hadisə baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu da 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1 613 hadisə və ya 19 % azdır.

    Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.

  • Семья 15-летней девочки: Мы не выдали свою дочь замуж, а просто обручили – ФОТО

    Государственный комитет по проблемам семьи, женщин и детей прокомментировал брак 15-летней девочки с 29-летним мужчиной в Хачмазском районе.

    Как заявил Oxu.Az пресс-секретарь структуры Теймур Марданоглу, было проведено расследование по данному вопросу.

    “После появления в социальных сетях известных кадров, госкомитет незамедлительно отреагировал на этот случай. По поручению руководства структуры члены комиссии Исполнительной власти Хачмазского района по делам несовершеннолетних и защите их прав посетили семью девочки. По словам родителей, они не выдавали замуж дочь, а просто обручили ее. Причиной этому послужили опасения по поводу ужесточения особого карантинного режима. Свадьба состоится после окончания учебы девочки, когда ей исполнится 18 лет”, – сказал он.

    Т.Марданоглу также отметил, что данный вопрос под контролем госкомитета.

  • 15 yaşlı qızın ailəsi: “Övladımızı evləndirməmişik, karantindən qorxduğumuza görə nişanlamışıq” – FOTO

    Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xaçmaz rayonunda 15 yaşlı qızın 29 yaşlı oğlanla evləndirilməsinə münasibət bildirib.

    Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ araşdırılıb:

    “Sosial şəbəkələrdə görüntülər yayılan kimi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələyə reaksiya verdi. Komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar. Onlar əməkdaşlara bildirilib ki, 15 yaşlı qız ərə verilməyib, sadəcə nişan edilib.

    Ailə qeyd edib ki, pandemiya görə yenidən sərt karantinin olmasından qorxduqları üçün nişan ediblər. Qızın toyu təhsilini bitirdikdən sonra, 18 yaşı tamam olan zaman baş tutacaq”.

    O qeyd edib ki, məsələ komitənin nəzarətindədir.

  • Уголовное дело арестованного сотрудника Минкультуры направлено в суд

    Завершено предварительное следствие по уголовному делу экс-начальника Государственной службы по охране, развитию и восстановлению культурного наследия Министерства культуры Азербайджана Закира Султанова.

    Как сообщает Report, дело направлено в Бакинский суд по тяжким преступлениям в производство судьи Зейнала Агаева.

    Время проведения подготовительного заседания суда пока неизвестно.

    Согласно официальной информации, заместитель министра культуры Рафиг Байрамов и начальник Госслужбы по охране, развитию и восстановлению культурного наследия при Минкультуры Закир Султанов использовали свои должностные полномочия и совершили многочисленные противоправные действия, наносящие значительный ущерб интересам общества и государства, а также нарушающие права граждан.

    Во время осмотра, проведенного Службой госбезопасности на основании постановления суда 8 мая 2020 года, по служебным и домашним адресам Р.Байрамова и З.Султанова найдены различные записи с указанием объема денежных средств, принятых должностными лицами, денежные средства в различной валюте, а также другие документы и вещественные доказательства.

    В ходе расследования выявлены обоснованные подозрения в регулярном присвоении З.Султановым части средств, выделяемых из госбюджета.

    Расследуются полученные сведения, относительно предоставленных разрешений с использованием должностных полномочий на проведение работ по реконструкции в архитектурных зданиях.

    Также появились обоснованные подозрения в ежемесячном присвоении Р.Байрамовым через руководителей региональных управлений культуры средств от зарплаты учителей музыкальных школ, а также других средств различными незаконными путями.

    Получены сведения о регулярном обналичивании и присвоении Р.Байрамовым лично и через глав региональных управлений культуры части госсредств, выделяемых на строительство, текущий и капитальный ремонт музыкальных школ, домов культуры, библиотек, художественных школ, галерей, клубов, музеев и других культурных центров на территории республики.

  • DTX-nin həbs etdiyi xidmət rəisinin cinayət işi məhkəməyə göndərildi

    Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    “Report”un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

    Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

    Qeyd edək ki, rəsmi məlumata görə, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

    Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Rafiq Bayramovun cinayət işi ayrıca icraata ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

  • Baş Prokurorluq məhkəməyə göndərilən cinayət işlərinin sayını AÇIQLADI

    2021-ci ilin I yarımili ərzində prokurorluq orqanları tərəfindən məhkəməyə göndərilən işlərin sayı açıqlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, prokurorluq orqanları tərəfindən 444 cinayət işinin ittiham aktı ilə məhkəmələrə göndərilməsi təmin edilib.

  • Həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

    İyulun 27-i saat 02 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Oxu.Az-a Bərdə rayon prokurorluğundan məlumat verilib.

    Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Asəf Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.