Month: August 2021

  • Bakıda dibi bağlanan ağaclarla bağlı açıqlama – YENİLƏNİB + FOTO

    Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

    Bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

    “Əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidəki ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib”.

    V.Cavadov analoji halların təkrarlanmaması üçün yerli icra hakimiyyətlərinə müraciət edib:

    “Belə halların baş verməməsi üçün, çox istərdik ki, yerli icra orqanları öz xidməti ərazilərində olan yaşıllıq sahələrinə, ağaclara həssaslıqla yanaşsınlar, bu cür halların təkrarlanmaması üçün nəzarəti gücləndirsinlər”.

    Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkür edib.

    * * * * *

    Bakı şəhərində tikinti şirkəti ağacların dibini betonlayıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Azadlıq prospekti ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində tikinti şirkəti ağacları budayıb, dibini isə betonlayıb.

    Həmin görüntüləri təqdim edirik:







    //oxu.az

  • За минувший день 23 человека не были допущены на свадьбы из-за отсутствия ковид-паспортов

    30 августа сотрудники МВД, Агентства продовольственной безопасности и Государственной налоговой службы при Министерстве экономики АР провели мониторинги девяти свадеб, организованных в Баку и регионах страны.

    Они проходили в четырех домах торжеств и во дворах пяти частных домов.

    Об этом сообщили в пресс-службе МВД.

    По результатам проверок за нарушение правил особого карантинного режима при проведении свадеб пять человек были оштрафованы в соответствии со статьей 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) КоАП АР;

    23 гражданина не были допущены на торжества из-за отсутствия ковид-паспортов.

  • Ötən gün 23 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb

    Avqustun 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 9 toy şənliyinin monitorinqini həyata keçirib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 4 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

    – 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

    – 23 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  • В Баку задержали наркоторговку и ее сообщника – ФОТО/ВИДЕО

    Сотрудники 13-го отделения полиции Сабунчинского РУП Баку задержали жительницу столицы Нармин Айдынову по подозрению в причастности к незаконному обороту наркотиков.

    Об этом сообщили в МВД.

    При личном досмотре у нее обнаружили 9 г героина и 8 г метамфетамина.

    Н.Айдынова призналась, что купила их у знакомого по имени Айхан для реализации.

    Житель Сабунчинского района, ранее судимый Айхан Гулиев также был задержан оперативниками. При личном досмотре у него были найдены героин и метамфетамин.

    А.Гулиев признался, что продавал наркотики Н.Айдыновой.

    В ходе дальнейшего расследования выяснилось, что он приобрел наркотические вещества онлайн у гражданина одной из зарубежных стран, с которым познакомился в соцсетях.

    Собранные в 13-м отделении полиции материалы направлены в РУП.

    Расследование по данным фактам продолжается.

  • Bakıda qadın narkotacir və tanışı saxlanılıb – FOTO/VİDEO

    Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini Nərmin Aydınova saxlanılıb.

    Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

    Şəxsi axtarış zamanı onun üzərindən 9 qram heroin və 8 qram psixotrop maddə metamfetamin aşkar edilib.

    Nərmin Aydınova ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və heroinlə metamfetamini tanışı Ayxan adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

    Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Nərmin Aydınovaya narkotik vasitələri satan Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Ayxan Quliyev də saxlanılıb. Onun da üzərində şəxsi axtarış aparılan zaman heroin və metamfetamin aşkar edilib. Bu şəxs ifadəsində narkotik vasitələri Nərmin Aydınovaya satdığını etiraf edib. Araşdırma zamanı Ayxan Quliyevin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə onlayn yolla aldığı məlum olub.

    Qeyd edilən faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • DYP-dən heyvanların vurulması ilə bağlı sürücülərə MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

    BDYPİ-dən daxil olan müraciətdə deyilir:

    “Yollarda, dəmiryol keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulması yol-nəqliyyat hadisəsi hesab olunur və məsuliyyət yaradır. Təsadüfi deyildir ki, “Yol hərəkəti haqqında” qanunun bir neçə müddəası məhz bu sahədə hüquq və vəzifələrin müəyyən edilməsinə həsr olunub. Məsələn, qanunun 39-cu maddəsi mal-qara ötürənlərin vəzifələrini, 47-ci maddəsi isə bu sahədə mövcud olan tələbləri özündə ehtiva edir.

    Göründüyü kimi, sadalanan hallarda əsasən ev heyvanlarına münasibətdə yaranan hüquq və vəzifələrdən bəhs edilir, bu da təbiidir, çünki onların sahibləri, başqa sözlə desək, cavabdeh şəxslər və ya subyektlər var.

    Bizim diqqət çəkmək istədiyimiz məqam isə məhz hüquq norma və qaydaları ilə tənzimlənməsi müşkül, lakin təhlükə ehtimalı yüksək olan bir reallıq – yollarda sahibsiz ev və ya vəhşi heyvanların yaratdığı təhlükədir ki, burada məsuliyyət birtərəflidir.

    Çoxları təsdiq edər ki, qəfil yola çıxan sahibsiz ev və ya vəhşi heyvanın yaratdığı təhlükədən yayınmaq heç də asan olmur. Əksər hallarda belə vəziyyət sürücünün, sərnişinlərin, yolun kənarındakı piyadaların həyat və sağlamlıqlarının təhlükə altında qalması, ciddi maddi ziyan və hətta bəzən ölümlə nəticələnir.

    Təkcə cari ilin aprel-avqust ayları ərzində respublikanın Quba, Göygöl, Şabran, Kürdəmir, Masallı və Qəbələ rayonları ərazisində sürücülər tərəfindən sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində bir neçə şəxs xəsarət almış, Balakəndə isə yolun hərəkət hissəsinə çıxmış atı vuran sürücünün idarəetməni itirərək çaya düşməsi onun həyatı bahasına başa gəlib. Avqust ayının 25-də Quba rayonunda beş nəfər gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi də ehtimal olundu ki, sahibsiz itin qəfil yola çıxması səbəbindən baş verib.

    Müşahidə və təhlillər deməyə əsas verir ki, sürücülük təcrübəsinə, idarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına güvənən istənilən intizamlı sürücü belə, sahibsiz ev və ya vəhşi heyvanın qəfil yola çıxdığı anda təlaş hissi keçirir, hadisələrin sürətli axınında vəziyyəti dərk edənədək vaxt itkisinə məruz qalır və qəzadan yayınmaq çətin olur.

    Hava şəraitini nəzərə almayan, yolda nəzərdə tutulmuş sürət həddini aşan və idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyəti qənaətbəxş olmayan, eləcə də təcrübəsiz sürücülərdə belə məqamlar adətən faciə ilə müşahidə olunur. Gecə vaxtı, işıqlandırılmayan ərazilərdə, habelə məhdudiyyətli görünmə və əlverişsiz hava şəraitində isə qəzadan qaçmaq, demək olar ki, mümkün olmur.

    Yaz-yay aylarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan hallar içərisində sahibsiz ev və ya vəhşi heyvanın qəfil yolun hərəkət hissəsinə çıxması amilinin tez-tez səslənməsi mövzunun aktual olmasından xəbər verir, eyni zamanda sürücülərimizdən yuxarıda sadaladığımız şərtləri nəzərə alaraq son dərəcə diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağı tələb edir.

    Bununla yanaşı, yollarda qayda pozuntularını qeydə alan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (radarların) mövcudluğundan yaxud ərazidə dövlət yol polisi əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, sürücülər bütün hallarda yol hərəkəti qaydalarına, xüsusən də müəyyən olunmuş sürət rejiminə dəqiqliklə əməl etməlidirlər ki, təhlükəsizlik təmin olunsun”.

  • Арендатор дома торжеств во второй раз нарушил правила карантина: возбуждено уголовное дело

    Сотрудники Балакенского РОП выявили нарушения правил карантинного режима на свадебной церемонии в доме торжеств Karvan в селе Талалар.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, в ходе проверки выяснилось, что информация о свадьбе не была введена на портал icaze.e-gov.az.

    В отношении арендатора объекта Сабира Мамедова возбуждено уголовное дело по статье 139-1.1 (нарушение противоэпидемического, санитарно-гигиенического или карантинного режимов) УК АР.

    Отметим, что ранее в отношении С.Мамедова уже были приняты меры в соответствии с законодательством.

  • Şadlıq sarayının icarədarı ikinci dəfə qaydaları pozdu: Cinayət işi açıldı

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Talalar kəndində yerləşən “Karvan” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

    İnfeksiyanın kütləvi yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən karantin rejiminin tələblərinə biganə yanaşan obyektin icarədarı Sabir Mamedov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

    Qeyd edək ki, əvvəllər də həmin şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonaq iştirak etdiyi üçün S.Mamedov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

  • Evdə olmayan vətəndaşlara nə üçün artıq su sərfiyyatı yazılır? – AÇIQLAMA

    Yay mövsümündə istirahətlə əlaqədar bölgələrə və ya xaricə üz tutan vətəndaşlar istirahətdən qayıtdıqda artıq su sərfiyyatı yazıldığı ilə qarşılaşırlar. Belə olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında mübahisə yaranır.

    Bu barədə açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib.

    Bildirib ki, sudan istifadə qaydalarına əsasən mexaniki su sayğacları evin içində olan abonentlərə, vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda və ya sayğac məlumatları göndərilmədikdə, orta aylıq sərfiyyata uyğun hesabat yazılır:

    “Orta aylıq sərfiyyat son 12 ayın sərfiyyatı əsasında çıxarılır. Amma növbəti ay həmin ünvana gedib sayğac göstəricisini oxuyanda, proqramsal olaraq informasiya sistemləri üzərindən insan amili olmadan dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyyat 15 kubmetrdirsə, deməli 5 kub artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda proqram onu avtomatik olaraq 10 kub kimi nəzərə alır”.

    Qurum rəsmisi bildirib ki, bu istiqamətdə vətəndaşlar mütəmadi məlumatlandırılırlar:

    “Hazırda yay mövsümü ilə əlaqədar insanlar müxtəlif yerlərə gedirlər. Evdə olmadıqlarından və ya az müddət qaldıqlarından, yazılan orta sərfiyyat real sərfiyyatdan yüksək ola bilər. Vətəndaşlar bilsinlər ki, dediyim kimi sonradan proqramsal olaraq avtomatik qaydada dürüstləşmə aparılır. Proqram təminatı elə qurulub ki, 1 kubmetr belə artıq və əskik sərfiyyat hesablana bilməz.

    Bizim mexaniki sayğac göstəricilərinin təqdim olunması və hesab bildirişinin alınması ilə bağlı elektron xidmətimiz də var. Vətəndaşlar öz sayğaclarının şəklini çəkib, sayğac nömrəsini yazmaqla, “Azərsu” ASC-nin saytından, elektron hökumət portalından, elektron xidmətlərimizdən, həmçinin “Azərsu” ASC-nin “Facebook” səhifəsinin messencer bölməsindən də göstəriciləri rahatlıqla təqdim edə bilərlər ki, kənarlaşmalar olmasın”.

    //Trend.az

  • В Азербайджане задержали браконьеров

    В ходе очередных мониторингов, проведенных сотрудниками Государственной службы экологической безопасности с целью предотвращения незаконной ловли рыбы, на территории охотничьего хозяйства Махмудчала были задержаны браконьеры.

    Как сообщил представитель службы Бахруз Мухаммедов, были установлены личности нарушителей. Ими оказались жители Билясуварского района – Парвиз Абдуллаев, Самир и Халид Азимовы.

    К браконьерам были применены соответствующие меры.

    Б.Мухаммедов также отметил, что в результате мероприятий по предотвращению незаконного рыболовства из Шамкирского водохранилища, реки Куры и Верхне-Карабахского канала было извлечено 640 м синтетических сетей.