Month: August 2021

  • Qanunsuz ov edən şəxslər cəzalandırıldı

    Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Pərviz Abdullayev, Samir və Xalid Əzimovlar olduğu müəyyən edilib.

    “Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb”.

    B.Məhəmmədov onu da qeyd edib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı isə Şəmkir su anbarından, Kür çayından və Yuxarı Qarabağ kanalından ümumilikdə 640 metr uzunluğunda sintetik tor yığışdırılıb.

  • В Гяндже на улице найден брошенный ребенок – ФОТО

    В Гяндже возле школы №18 на улице А.Зиядханова в сумке найден четырехмесячный ребенок.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Девочка госпитализирована в детскую больницу №2. Состояние ее удовлетворительное.

    Отметим, что ранее оставленные на улице младенцы были найдены в Сумгайыте и Уджаре.



  • Azərbaycanda daha bir körpə küçəyə atıldı – FOTO

    Gəncədə dörd aylıq körpə küçəyə atılıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

    Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

    Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi.



  • В Мингячевире задержаны подозреваемые в незаконном обороте наркотиков – ФОТО

    Сотрудники Мингячевирского РОП задержали ранее судимого местного жителя Гачая Абдулазимова, подозреваемого в хранении наркотиков.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    При личном досмотре у него была обнаружена марихуана, еще 470 г указанного наркотического вещества правоохранители нашли во дворе его дома.

    Полицейские задержали сообщника Г.Абдулазимова – Самеда Исаева. Он подозревается в незаконном обороте наркотических средств и психотропных веществ. При нем был обнаружен метамфетамин.

    В ходе очередной операции сотрудники Мингячевирского РОП задержали жителя города Сеймура Байрамова. У него изъяли более шести граммов марихуаны. Также выяснилось, что он спрятал наркотики (455 г марихуаны) в кустарниках на берегу реки Куры.

    По данным фактам проводится расследование.










  • Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər SAXLANILDI – FOTO

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı yaşadığı ünvanda narkotik vasitə gizlətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Qaçay Abduləzimov saxlanılıb.

    Şəxsi axtarış zamanı həmin şəxsdən siqaret qutusunda narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun evinə də baxış keçirilib və nəticədə həyətyanı sahədəki tikilidə saxladığı 470 qram qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.

    Polis əməkdaşları tərəfindən Q.Abduləzimovun yaşadığı ünvana baxış keçirilən zaman, orada olan və onunla iş birliyi quran Səməd İsayev də narkotiklərin, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən isə metamfetamin aşkarlanıb.

    Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı şəhər sakini Seymur Bayramov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan altı qramdan artıq marixuana aşkarlanıb.

    Saxlanılan şəxsin ətrafında aparılan araşdırma zamanı onun Kür çayı sahilindəki kolluq ərazidə də narkotik vasitə gizlətdiyi müəyyən olunub. Həmin yerə baxış keçirilən zaman oradan sellofan torbada 455 qram qurudulmuş marixuana aşkar edilib və qablaşdırılaraq maddi sübut kimi götürülüb.

    Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.










  • Представитель “Талибана”: Мы хотим хороших отношений с США

    Представитель движения “Талибан” Забиулла Муджахид заявил, что США потерпели поражение и не достигли своих целей в Афганистане. Однако он добавил, что движение намерено установить хорошие отношения с Соединенными Штатами.

    “Мы хотим хороших отношений с США”, – сказал Муджахид.

    В начале августа движение “Талибан” активизировало наступление на правительственные силы в Афганистане. Талибы 15 августа вошли в столицу и взяли под контроль президентский дворец, а 16 августа заявили, что война в Афганистане окончена и форма правления в государстве прояснится в ближайшее время. Единственной неподконтрольной им провинцией остается Панджшер к северо-востоку от Кабула.

    В ночь на вторник Пентагон заявил о завершении вывода войск США из Афганистана и окончании 20-летней миссии. Аэропорт в Кабуле, откуда осуществлялась эвакуация иностранцев и союзников, перешел под полный контроль движения “Талибан”.

    Источник: РИА Новости

  • Zabihullah Mücahid: “ABŞ-la yaxşı münasibətlər qurmaq istəyirik”

    “Taliban” sözçüsü Zabihullah Mücahid Amerika Birləşmiş Ştatlarının Əfqanıstanda məğlub olduğunu və məqsədlərinə çata bilmədiyini açıqlayıb.

    “Taliban” rəsmisinin çıxışını 1TV News telekanalı yayımlayıb.

    Bununla yanaşı, Zabihullah Mücahid hərəkatın ABŞ-la yaxşı münasibətlər qurmaq niyyətində olduğunu da əlavə edib.

  • Dünyanın ən “bahalı” tennisçilərinin adı açıqlanıb

    “Forbes” jurnalı 2021-ci ildə ən çox qazanan tennisçilərin adlarını açıqlayıb.

    Siyahının tərtib olunmasında ABŞ Açıq Çempionatından başlayaraq tennisçilərin son 12 aydakı gəlirləri nəzərə alınıb.

    Reytinqdə ilk pilləni isveçrəli Rocer Federer tutub. O, son 12 ayda 90.6 milyon dollar qazanıb ki, bunun da yalnız 600 mini turnirlərin mükafat fondundan əldə edilib.

    İkinci yeri 60.1 milyon dollarla Naomi Osaka, üçüncü pilləni isə 41.8 milyon dollar qazanan Serena Uilyams tutub. Onların gəlirlərinin, müvafiq olaraq 55 və 40 milyon dollarını kortxarici qazanc təşkil edib.

    Həmçinin ilk “beşliy”ə Novak Cokoviç (38 milyon dollar) və Rafael Nadal (27 milyon dollar) daxil olub.

  • Gürcüstanda altı yaşlı uşaq koronavirusun qurbanı olub

    Gürcüstanda altı yaşlı uşaq koronavirusun qurbanı olub.

    Bu barədə İ.Tsisişvili adına Tiflis uşaq xəstəxanasının rəhbəri Mayya Çxeidze məlumat verib.

    Onun sözlərinə görə, azyaşlı serebral iflic, epilepsiya kimi xəstəliklərdən əziyyət çəkib. Koronavirus isə onu septik şoka salıb. Uşaq xəstəxanaya çatdırılan kimi süni nəfəs cihazına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 diaqnozu ilə artıq üçüncü uşaq ölümüdür.

  • Parisdə avtomobillərə 30 km/saatlıq sürət limiti tətbiq olunub

    Parisin əksər hissəsində avtomobillərin hərəkət sürəti 30km/saatla məhdudlaşdırılıb.

    Müvafiq qayda bugündən etibarən qüvvəyə minib. Onun tətbiqində məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılması və piyadaların rahatlığının artırılmasıdır.

    Sürət limitinin şəhərətrafı dairəvi yola, eləcə də başlıca magistrallara şamil edilmədiyi bildirilib. Bu yollarda sürət həddi 50-70 km olaraq qalır.

    Qeyd edək ki, saat 7:00-dan 21:00-dək şəhərdə faktiki orta sürət 11.9 km/saat, magistrallarda isə 30.9 km/saat təşkil edir. Bu səbəbdən də bəzi sakinlər velosipedlərdən istifadəni tərcih edirlər.