Month: August 2021

  • İlon Mask beynəlxalq kosmik stansiyaya avakado, limon və dondurma göndərdi

    “Tesla” şirkətinin sahibi İlon Maskın “SpaceX” şirkəti beynəlxalq kosmik stansiyaya avakado, limon və dondurma göndərib.

    “SpaceX”in beynəlxalq kosmik stansiyaya canlı heyvan, meyvə-tərəvəz və müxtəlif təcrübə avadanlıqları daşıyan “Dragon” kapsulu “Falcon” raketi ilə göndərilib.

    Ümumi çəkisi 2170 kiloqram olan yükün bu günlərdə təhvil veriləcəyi qeyd olunub.

  • Çində uşaqlara üç saatdan artıq onlayn oyun oynamaq qadağan edildi

    Çində 18 yaşına çatmamış uşaqların həftədə ümumilikdə üç saatdan artıq onlayn oyun oynaması qadağan edilib.

    Sözügedən qərar uşaqlarda oyunlardan asılılığın aradan qaldırılmasına xidmət edəcək. Yeni qaydalara əsasən, 18 yaşına çatmayanlar cümə, şənbə və bazar günləri yalnız bir saat oyun oynaya biləcək.

    Uşaqlara, həmçinin tətil günlərində ancaq bir saat oyun oynamaq icazəsi verilib.

  • Ураган “Ида” изменил направление течения реки Миссисипи

    Штормовой нагон и сильный ветер, которые вызвал мощный ураган “Ида”, изменили направление течения реки Миссисипи возле города Новый Орлеан в американском штате Луизиана, сообщил ведущий гидролог Геологической службы США Скотт Перьен.

    Эксперт объяснил “чрезвычайно необычное” явление сильным ветром, скорость которого превышает 240 км/час, а также штормовым приливом в Мексиканском заливе, куда впадает крупнейшая река Северной Америки.

    “Течение реки замедлилось от примерно двух футов в секунду до полуфута в секунду в обратном направлении”, – пояснил Перьен.

    Он допустил, что на глубине реки, где нет датчиков, течение остается обычным.

    //news.ru

  • Qasırğa Missisipi çayının istiqamətini dəyişdi

    ABŞ-da güclü “İda” qasırğası Luiziana ştatının Yeni Orlean şəhəri yaxınlığında Missisipi çayının istiqamətini dəyişdirməsinə səbəb olub.

    Bu barədə ABŞ geoloji kəşfiyyat xidmətinin aparıcı hidroloqu Skott Perien açıqlayıb.

    Mütəxəssis qeyd edib ki, bu qeyri-adi fövqəladə hadisə sürəti saatda 240 kilometrdən çox olan güclü küləklərlə, həmçinin Şimali Amerikanın ən böyük çayının axdığı Meksika Körfəzində fırtına axını ilə əlaqədardır.

    “Çayın axını əks istiqamətdə saniyədə təxminən 2 futdan, saniyədə yarım futa qədər azalıb”, – deyə Perien izah edib.

    Çayın dərinliyində heç bir sensor olmayan yerdə cərəyan normal olaraq qalıb.

  • Peyvənddən əvvəl hansı qidaları qəbul etmək məsləhət deyil?

    Rusiyalı həkim-qastroenteroloq Nikita Xarlov yan təsirlərin ehtimalını azaltmaq üçün COVID-19 peyvəndindən əvvəl qida rasionunda hansı dəyişikliklərin edilməli olduğundan danışıb.

    Xarlov ilk növbədə rasiondan şirniyyatların müvəqqəti olaraq çıxarılmasını təklif edib. Həkimin sözlərinə görə, qan şəkərinin səviyyəsi yüksək olduqda peyvəndə dözmək daha çətindir.

    Bu, karbohidratları çox olan qidalara da aiddir:

    “Bu, bütün karbohidratlara aiddir, hətta şirin olmayanlara da: kartof, sıyıqlar, çörək də qan şəkərini yüksəldir”.

    Həkim həmçinin meyvə yeməyi yarıya qədər azaltmağı da məsləhət görüb. Mütəxəssis qeyd edib ki, peyvəndddən əvvəl ən çox zərəri banan, üzüm və yemiş vura bilər. Bu vəziyyətdə yeganə istisna sitrus meyvələridir.

    Xarlov məsləhət bilib ki, məhsul seçimində təcrübə edilməsin və yalnız “müəyyən bir kolbasa və ya süd markasına qədər” çoxdan istifadəsinə öyrəşilən qidalar qəbul edilsin.

    Bu yeməyə allergik reaksiya verməmək üçün edilir.

    Sonda həkim əlavə edib ki, peyvənddən əvvəl çox yemək olmaz. Bu, immun sisteminə zərər verə bilər.

  • Estoniya parlamenti ölkə prezidentini seçə bilmədi

    Estoniya parlamentinin növbədənkənar iclası zamanı ölkə prezidentinin seçilməsi ilə bağlı səsvermə uğursuz olub.

    Qanunverici orqanın mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifəyə yalnız bir namizəd var. Bu, Estoniya Milli Muzeyinin rəhbəri Alar Karisdir.

    Prosedura əsasən, onun prezident vəsifəsinə təsdiq olunması üçün deputatlardan 2/3-nin, yəni 101 millət vəkilindən 68-nin səsi tələb olunur. Dünənki iclasda isə cəmi 79 nəfər iştirak edib ki, onlardan da yalnız 63-ü Karisin namizədliyini dəstəkləyib.

    Səsvermə üzrə ikinci cəhdin bu gün baş tutacağı bildirilib.

    //ria.ru

  • Lənkəranda avtomobil fiziki məhdudiyyətli piyadanı vuraraq öldürüb

    Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Report” xəbər verir ki, hadisə Bürcəli kəndində baş verib.

    Kənd sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Z.Ağayevin fiziki məhdudiyyətli şəxs olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • ABŞ Əfqanıstanı tərk etdi: Kabil aeroportu “Taliban”nın nəzarətinə keçdi

    Pentaqon ABŞ hərbi qüvvələrinin Əfqanıstanı tərk etdiyini təsdiq edib.

    Qurumdan verilən məlumata görə, ABŞ-ın Əfqanıstan missiyası rəsmən başa çatıb.

    Bununla da, Kabil hava limanı tam olaraq “Taliban”ın nəzarətinə keçib.

  • Kabil hava limanına raket hücumu ilə bağlı İŞİD məsuliyyəti üzərinə götürdü

    Əfqanıstanın paytaxtı Kabil hava limanının raket atəşinə tutulması ilə bağlı İŞİD terror qruplaşması məsuliyyəti üzərinə götürüb.

    Terrorçuların yaydığı açıqlamada hava limanı ərazisinə altı raket zərbəsi endirildiyi qeyd olunub.

    Xatırladaq ki, avqustun 30-da ABŞ raket hücumundan müdafiə qüvvələri tərəfindən beş raketin zərərsizləşdirildiyini açıqlamışdı.

    //“Al Arabiya”

  • В Баку перевернулся грузовик: движение ограничено

    В Баку временно ограничено движение автотранспорта от пересечения Тбилисского проспекта и улицы Джавадхана в направлении транспортной развязки “20 Января”.

    Согласно информации, ночью в районе развязки перевернулся грузовик, из которого на дорогу вылилось масло, сообщили в транспортном агентстве столицы.

    “В настоящее время на место происшествия привлечена спецтехника соответствующих структур. Изменена схема движения автобусов, маршрут которых проходит по этому участку дороги”, – добавили в агентстве.