Month: August 2021

  • Danimarka ölkəyə giriş qaydaları istisna olmaqla, bütün koronavirus məhdudiyyətlərindən imtina edir

    Danimarka ölkəyə giriş qaydaları istisna olmaqla, bütün koronavirus məhdudiyyətlərindən imtina edir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə hökumətin yaydığı məlumatda deyilir.

    Danimarka Səhiyyə naziri Magnus Xoinikenin sözlərinə görə, ölkə əhalisinin əksəriyyətinin peyvəndlənməsi pandemiyanın hazırda nəzarət altında olduğunu və artıq cəmiyyət üçün ciddi bir təhlükə törətmədiyini göstərir.

    Hökumətin məhdudiyyətlərdən imtina qərarı danimarkalıları koronavirus sertifikatı təqdim etmək tələbindən azad edir.

    2020-ci ilin mart ayından etibarən Danimarka COVID-19-u cəmiyyət üçün ciddi təhlükə yaradan təhlükəli bir xəstəlik kimi təsnif etməyə başlayıb. Bu təsnifat hökumətə insanların gündəlik həyatına ciddi məhdudiyyətlər qoyma səlahiyyətini verib. Buna görə də, hakimiyyət məktəbləri, uşaq bağçalarını, universitetləri və bir çox dövlət müəssisələrini bağlı saxlayıb.

    Hakimiyyət habelə, virusun yayılmasını dayandırmaq üçün uzun müddətdir ki, digər əhəmiyyətli məhdudiyyətlərdən də istifadə edib.

  • Əfqanıstanda zəlzələ oldu

    Əfqanıstanın Kunduz şəhərində zəlzələ olub.

    Yeraltı təkanların gücü 4.2 bal təşkil edib.

    Zəlzələnin paytaxt Kabildə də hiss edildiyi bildirlib.

    Dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.

    Mənbə: “Yeni Şafak”

  • Mingəçevirdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub

    “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Xilasetmə əməliyyatı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.

  • Mexikoda kranın düşməsi nəticəsində ölənlər və yaralananlar var

    Meksikanın paytaxtı Mexikoda yol təmiri aparılan ərazidə kranın aşması nəticəsində 5 fəhlə ölüb.

    “Report”un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Ecatepec bələdiyyəsi məlumat yayıb.

    Məlumata görə, hadisə nəticəsində daha ikisi yaralanıb.

    Bədbəxt hadisə iki qonşu bələdiyyəni birləşdirən prospektdə yerüstü keçidin inşası zamanı baş verib.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə koronavirusla bağlı avqustun 30-na olan vəziyyət açıqlanıb.

    Sutka ərzində ölkədə 283 250 nəfərin COVID-19 testi yoxlanıb.

    Günlük yoluxma sayı 19 557 nəfər təşkil edib.

    245 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 13 401 nəfərə çatdığı bildirilib.

    Mənbə: “Haber Global”

  • Hacıqabulda ağır qəza – bir ölü, beş yaralı – FOTO

    Hacıqabulda yol qəzasında ölən və yaralananların adları məlum olub.

    Median.Az APA-ya istinadən bildirir ki, qəzada xəsarət alan sərnişinlərdən biri – Saatlı sakini, 1959-cu il təvəllüdlü Ağayev Güləhməd Xanaəhməd oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.

    Qəzada digər xəsarət alan, İmişli rayonu, Boççalılr kənd sakinləri, 1986-cı il təvəllüdlü Quliyeva Esmira Nadir qızı, 2016-cı il təvəllüdlü Bayramov Hüseyn Mövsüm oğlu, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu (əməliyyata götürülüb), İmişli rayonunun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Hacıbala Polad oğlu və Saatı rayonunun Potubəyli kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılov Rzalı İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    ***

    Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, iki “Mercedes” markalı avtomobil toqquşub.

    Nətcədə bir nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Вице-президент Афганистана потребовал признать сопротивление талибам

    Вице-президент Афганистана Амрулла Салех, объявивший себя исполняющим обязанности президента, написал письмо в немецкую газету Spiegel, в котором потребовал поддержать фронт сопротивления движению “Талибан” в Панджшере и раскритиковал действия бывшего президента Ашрафа Гани.

    Как передает Median.Az со ссылкой на РИА Новости, после взятия войсками талибов Кабула Салех бежал в единственную неподконтрольную им провинцию Панджшер к северо-востоку от Кабула и заявил, что теперь, согласно конституции, он становится главой государства, и призвал к вооруженному сопротивлению. Лидером действующего в Панджшере Фронта сопротивления Афганистана является Ахмад Масуд – сын покойного главы “Северного альянса” Ахмад Шаха Масуда.

    “Решение ситуации в Афганистане все еще есть. Пригрозить Пакистану конкретными санкциями, потребовать политического урегулирования, признать и политически поддержать Национальное сопротивление в Панджшере”, – написал Салех в письме.

    Он раскритиковал действия бывшего президента Афганистана Ашрафа Гани, покинувшего страну после взятия талибами Кабула, чтобы, по его словам, “предотвратить бойню”.

    “Бывший президент Гани мог бы остаться и ответить на зов земли. Даже если бы талибы захватили его, его тело было бы в тюрьме, а душа свободна. Теперь его тело свободно. Его душа навсегда прикована цепями до самого конца”, – заявил афганский вице-президент.

  • Əfqanıstanın vitse-prezidenti “Taliban”a qarşı müqavimət göstərməyə çağırıb

    Əfqanıstanda prezidentin səlahiyyətlərini icra etdiyini elan edən vitse-prezident Əmrullah Saleh “Taliban” hərəkatına qarşı müqavimət göstərməyə çağırıb.

    Report Rusiya mətbuatına istinadən xəbər verir ki, Saleh Almaniyanın “Spiegel” qəzetinə məktub yazaraq Pəncşirdəki müqavimət cəbhəsinə dəstək istəyib.

    Qeyd edək ki, avqustun 15-də “Taliban” Kabili tutduqdan sonra Saleh ölkənin şimal-şərqindəki Pəncşir əyalətinə sığınıb və konstitusiyanı əsas gətirərək özünü prezidentin səlahiyyətlərinin icraçısı elan edib.

    “Əfqanıstandakı vəziyyətin həlli hələ də var. Pəncşirdəki Milli Müqaviməti tanıyın və dəstəkləyin”, – Saleh məktubunda yazıb.

    Saleh, həmçinin keçmiş prezident Əşrəf Qaninin hərəkətlərini tənqid edib:

    “Keçmiş prezident Qani Əfqanıstanda qala və dünyanın çağırışına cavab verə bilərdi. “Taliban” onu ələ keçirsə belə, meyiti həbsxanada olardı və ruhu azad olardı. İndi isə onun təkcə bədəni azaddır. Ruhu sona qədər zəncirlənəcək”.

  • Özbəkistana Rusiyadan 90 min doza “Sputnik V” vaksini gətirilib

    Özbəkistana Rusiyadan daha 90 min doza “Sputnik V” vaksini gətirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla da ölkəyə gətirilən vaksinlərin sayı 17 milyon 946 min 540 dozaya çatıb.

    Hazırda ölkədə Özbəkistanın da həmmüəllifi olduğu “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V” və “Moderna” peyvəndlərindən istifadə olunur. Bu günədək Özbəkistan əhalisinin 1,7 milyon nəfəri peyvənd edilib.

    İlin sonunadək 7 milyon nəfərin peyvənd olunması nəzərdə tutulur.

  • Göygöldə bağda kişi meyiti tapılıb

    Göygöldə meyit tapılıb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

    1957-ci il təvəllüdlü Nürəddin Məmmədovun işlədiyi bağda meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

    64 yaşlı kişinin hansı səbəbdən ölməsi məlum deyil. İlkin ehtimala görə, N.Məmmədov bağda mühafizəçi işləyirmiş.

    Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.