Month: August 2021

  • Atlantik okeanında “Keyt” tropik qasırğası meydana gəlib

    Atlantik Okeanında “Keyt” tropik qasırğası meydana gəlib.

    Trend-in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

    Onun sözlərinə görə, fırtına zamanı küləyin sürəti təxminən 21 m/s olub. “Keyt”, Karib dənizindəki Livard Adalarından 1.245 km şimal-şərqdə yerləşir və 3.6 m/s sürətlə şimala doğru irəliləyir.

  • “Eurovision” təmsilçimiz özünü bu hala saldı – VİDEO

    “Eurovision” təmsilçilərimizdən olan müğənni Elnur Hüseynov görünüşü ilə diqqət çəkib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, o, başını keçəl qırxdırıb. Digər diqqət çəkən məqam isə Elnurun tatuları olub.

    İfaçı başına da tatu etdirib. O, başına “Yaşam ağacı” çəkdirib.

  • Sabah Bakının bu ərazilərində su kəsiləcək

    Bakının bəzi ərazilərində suyun verilişdə fasilələr olacaq.

    Bu barədə ölkə.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, Nəsimi rayonu Rəşid Behbudov küçəsindən keçən və istismar müddətini başa vurmuş 500 mm diametrli magistral su kəmərinin qəzalı hissəsi dəyişdiriləcək.

    Bununla əlaqədar Nəsimi və Səbail rayonlarının mərkəzi hissələrinin bəzi ərazilərində (R.Behbudov, Bülbül, Z.Əliyeva, Ü.Hacıbəyov, Nizami, Füzuli, Xəqani, Vidadi, S.Rəhimov, Ş.Bədəlbəyli, D.Əliyeva, Ə.Əliyev küçələrinin bir hissəsi) suyun verilişində bu gün axşamdan 31 avqust 2021-ci il tarixində günün birinci yarısında içməli suyun verilişində fasilələr olacaq.

  • Совбез ООН принял резолюцию по Афганистану

    Совет Безопасности ООН принял резолюцию по Афганистану, в которой содержится призыв к движению “Талибан” обеспечить безопасный выезд афганцев и иностранных граждан.

    Как передает Report со ссылкой на ТАСС, за документ проголосовали 13 членов, Россия и Китай воздержались.

    Резолюция также предусматривает активизацию усилий по предоставлению гуманитарной помощи.

  • BMT Əfqanıstanla bağlı qətnamə qəbul edib

    BMT Təhlükəsizlik Şurası Əfqanıstandan yerli sakinlərin və əcnəbi vətəndaşların maneəsiz çıxışla bağlı qətnamə qəbul edib.

    Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

    Sənədə 13 üzv səs verib, Rusiya və Çin bitərəf qalıb.

    Qətnamə, həmçinin Əfqanıstana humanitar yardımın göstərilməsi üçün səylərin gücləndirilməsini tələb edir.

  • Bakı Beynəlxalq Avtovağzal Kompleksindən haqqında yayılan iddialara RƏSMİ AÇIQLAMA

    Bakı Beynəlxalq Avtovağzal Kompleksi sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

    Ölkə.az xəbər verir ki, qurumdan bildirilib ki, son vaxtlar müxtəlif sosial şəbəkələrdə vətəndaşların Bakı Beynəlxalq Avtovağzalından İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikasının ərazisindən keçməklə Türkiyə Cümhuriyyətinə – İstanbul şəhərinə avtobus vasitəsilə aparılmasına dair xəbərlərə – elanlara rast gəlinir:

    “Rəsmi qaydada bildiririk ki, Bakı Beynəlxalq Avtovağzalından Türkiyənin İstanbul şəhərinə sərnişindaşıma haqda yazılanların heç bir hüquqi əsası yoxdur. Bakı-İstanbul-Bakı marşrutu digər beynəlxalq marşrutlar kimi hazırda fəaliyyət göstərmir. Vətəndaşlardan xahiş olunur ki, bu tipli yalan məlumatlara inanmamaqla özlərini və yaxınlarını bu kimi səyahətlərdən yayındırsınlar. Hazırda avtovağzaldan respublikanın regionlarına sərnişindaşıma fəaliyyəti ilə məşğul olan marşrutlar haqqında ətraflı məlumatı (Onlayn bilet sifarişi də daxil olmaqla) avtovagzal.az saytından ala bilərsiniz”.

  • Ermənistanın taleyi barədə məlumat vermədiyi 7 itkin hərbçimiz… -FOTOLAR

    Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (İtkin düşmüş şəsxlər) Günüdür. İtkin düşmə, Azərbaycanda təxminən otuz ildir ki, minlərlə insanın qarşılaşdığı problemdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycandan 3890 nəfər (3171 hərbçi, 719 mülki şəxs) hələ də itkin düşmüş hesab olunur.

    Bundan başqa, Ermənistan indiyədək İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 hərbçimizin taleyi barədə məlumat vermir.

    Median.Az qafqazinfo-ya istinadla xəbər verir ki, itkin düşənlərdən biri leytenant, biri gizir, biri MAXE, qalan 4-ü isə əsgərdir.

    Əsgər Feyzullayev Aydın Zakir oğlu sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər.


    25 yaşlı əsgərimizin atası Zakir Feyzullayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb:

    “Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”.

    Gizir İlqar İxtiyaroğlu 1994-cü ildə Goranboyun Goranlı kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məlumata görə, İlqar İxtiyaroğlu sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində “951” zirvəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin gündən sonra Aprel döyüşlərinin də iştirakçısı olan hərbçimizdən xəbər yoxdur.


    25 yaşlı əsgərimizin atası Zakir Feyzullayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb:

    “Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”.

    Gizir İlqar İxtiyaroğlu 1994-cü ildə Goranboyun Goranlı kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məlumata görə, İlqar İxtiyaroğlu sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində “951” zirvəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin gündən sonra Aprel döyüşlərinin də iştirakçısı olan hərbçimizdən xəbər yoxdur.


    Qədirli Elnur Rəcəb oğlu 1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.


    1996-cı il təvəllüdlü Salamov Qorxmaz Bayram oğlu Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonrada əsgərdən xəbər alınmayıb.


    1991-ci il təvəllüdlü Səfərli Xəqani İlqar oğlu Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir.


    Leytenant Vəlizadə İbrahim Səməd oğlu 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub.

    Müharibədən əvvəl Şəmkirdə “N” saylı hərbi hissədə xidmət edib.


    Sonuncu dəfə ailəsi ilə sentyabrın 26-da əlaqə saxlayıb. Onun sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi bildirilir.

  • Qənirə Paşayevanın bacısının İstanbulda toyu oldu – FOTOLAR

    Milli Məclisin deputatı Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva ailə həyatı qurub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Türkiyə vətəndaşı Hasan adlı şəxslə evlənib.

    Cütlüyün oğlan toyu ötən gün İstanbulda baş tutub. Məclisdə Qənirə Paşayeva da iştirak edib.

    Qeyd edək ki, cütlüyün qız toyu iyulda Binə Atçılıq Mərkəzində keçirilib.

  • Gəncədə tanınmış ibtidai sinif müəlliməsi COVİD-19-dan vəfat etdi

    Gəncə şəhərində ibtidai sinif müəlliməsi koronavirusdan vəfat edib.

    Baku.ws-in yerli bürosunun verdiyi məlumata görə, 13 nömrəli orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən 1957-ci il təvəllüdlü Əsədova Ramidə Hidayət qızı COVID-19 infeksiyasına yoluxub və dünyasını dəyişib.

    Məlumat üçün bildirək ki, 64 yaşlı R.Əsədova Gəncə şəhərində tanınmış ibtidai sinif müəllimlərindən olub. Pedaqoq uzun illər idi ki, sözügedən məktəbdə çalışırdı.

  • Rusiyada nazal sprey tipli vaksinin istehsal olunacağı vaxt açıqlanıb

    Rusiyada COVID-19 əleyhinə nazal sprey şəklində vaksinin istehsalı 2022-ci ilin payızında başlaya bilər.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu “Vektor” elmi mərkəzinin direktoru Rinat Maksyutov deyib.

    O bildirib ki, bu müddət ərzində yeni tip vaksininin kliniki sınaqları keçiriləcək.

    Direktor əlavə edib ki, hazırda bir çox ölkədə nazal sprey tipli vaksinlərin sınaqları keçirilir. Hələlik bu cür sınaqlar heyvanlar üzərndə aparılır.