Month: August 2021

  • Türkiyədə ilin sonunadək insansız hərbi qayıqlar istehsal olunacaq

    Türkiyədə insansız silahlı hərbi qayıq və insansız sualtı mühafizə qayığın hazırlanmasının bu ilin sonunadək başa çatması planlaşdırılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, həmin qayıqlar Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanır.

    Qeyd olunur ki, qayıqlar saatda 74 kilometr sürətlə hərəkət edə biləcək.

    600 dəniz mili məsafə qət etmək gücündə olacaq qayıqlar əlavə yanacağa ehtiyac duymadan 4 günə yaxın xidmət göstərə biləcək.

    Silahlı hərbi qayıq ASELSAN və ROKETSAN-ın istehsalı olan raket sistemləri ilə təchiz olunacaq.

  • Ceyhun Bayramov İqor Xovayevi qəbul edib – FOTO

    30 avqust 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nazir Ceyhun Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.

    İqor Xovayev cari səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib.

    Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.

    Tərəflər, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.

  • Xarici İşlər Nazirliyi “Məcburi Yoxaçıxma Qurbanları” günü ilə bağlı məlumat yayıb

    Bu gün Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (İtkin düşmüş şəsxlər) Günüdür. İtkin düşmə, Azərbaycanda təxminən otuz ildir ki, minlərlə insanın qarşılaşdığı problemdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycandan 3890 nəfər (3171 hərbçi, 719 mülki şəxs) hələ də itkin düşmüş hesab olunur. Ermənistan 1990-cı illərin əvvəllərindən etibarən azərbaycanlıların girov götürülməsi, uzun illər girovluqda saxlanılması, onlarla pis rəftar və qətlə yetirilməsi təcrübəsini həyata keçirmişdir. Girov götürülmənin beynəlxalq humanitar hüquqda açıq şəkildə qadağan edilməsinə baxmayaraq, 267 azərbaycanlı mülki şəxs (o cümlədən 29 uşaq; 98 qadın; 112 qoca) Ermənistan tərəfindən girov götürülmüş və indiyədək azad edilməmişdir. Bundan əlavə, 1102 azərbaycanlı (o cümlədən 224 uşaq; 357 qadın; 225 qoca) erməni girovluğundan azad edilmişdir. Ötən il baş vermiş müharibə nəticəsində 7 Azərbaycan hərbçisi hələ də itkindir.

    Bu qanunsuz hərəkətlərlə Ermənistan 1949-cu il Cenevrə Konvensiyalarının və onların birinci əlavə protokolunun müharibə əsirlərinə və müharibə zamanı mülki şəxslərə münasibətə dair müvafiq müddəalarını ciddi şəkildə pozub. Beynəlxalq humanitar hüququn müvafiq normaları ilə yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələlər beynəlxalq səviyyədə qorunan insan hüquqları, xüsusən də özbaşına həbsdən qorunma hüququ, bütün məhkəmə zəmanətləri olan ədalətli mühakimə hüququ, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi, məcburi yoxaçıxmanın qadağan edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları və s. kontekstində nəzərdən keçirilir. Azərbaycan əhalisi arasında itkin düşənlərin aqibəti, Ermənistan silahlı qüvvələrinin münaqişə zamanı geniş şəkildə həyata keçirdikləri vəhşilikləri nəzərə alaraq, ciddi narahatlıq doğurur. Digər beynəlxalq humanitar hüquq pozuntuları ilə yanaşı, girov və əsirlərin qanunsuz olaraq həbs edilməsi, onlara işgəncə verilməsi və ləyaqətinin təhqir edilməsi, azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilən cəzalandırma və ayrı -seçkilik siyasətinin bir hissəsi olub.

    Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müəyyən edib ki, beynəlxalq humanitar hüquq normalarının əksinə olaraq azərbaycanlı girovlar dözülməz şəraitdə əsirlərlə birlikdə saxlanılıb, həm Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində, mütəmadi olaraq həm də Ermənistan ərazisində bir həbs yerindən digərinə köçürülüb. 1990-cı illərdə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əsir və girov götürülmüş şəxslərin kütləvi şəkildə məhv edilməsi həyata keçirilir. Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla bir çox girovlar qəddarcasına öldürülüb, bəziləri daha sonra işgəncə, dözülməz şərait və xəstəliklər nəticəsində ölüb. Ölənlərin qalıqları Azərbaycana təhvil verilmədiyindən bu şəxslər hələ də itkin düşmüş hesab olunur.

    Dövlət Komissiyasının dəfələrlə müraciət etməsinə baxmayaraq, yalnız bir neçə il əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən qeydiyyata alınmış və müxtəlif vaxtlarda BQXK nümayəndələri tərəfindən ziyarət edilmiş 6-sı qadın olmaqla 54 azərbaycanlı əsir və girov haqqında məlumat əldə etmək mümkün olub.

    25 ildən artıqdır ki, Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı səmərəli araşdırma aparmaqla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmir. Bunun əvəzinə, Ermənistan törətdiyi təcavüzə və insanlara verdiyi saysız əzablara görə məsuliyyətini inkar edir, hərbi cinayətkarları və terrorçuları qəhrəmanlaşdırır, nifrət və Azərbaycanafobiyanı təbliğ edir. Azərbaycan bu ağır cinayətləri törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün məhkəmə işlərinə başlamışdır. Cavabdehlik və zərərin ödənilməsi qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etməklə yanaşı, effektiv qabaqlayıcı vasitə və həqiqi sülh yolunda vacib şərtlərdən biridir.

  • İşğaldan sonra Şuşada hansı işlər görülüb? – VİDEO

    “Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü”

    Bu sözləri Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edərkən deyib.

    Prezident bildirib ki, ilk növbədə Şuşaya yol çəkilib:

    “İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma – üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir.

    Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi.

    Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur”, – deyə prezident qeyd edib.

  • Bakıda qadına qarşı soyğunçuluq edilib

    Bakıda qadına qarşı zor tətbiq edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları Bakı şəhər sakini olan bir qadına zor tətbiq edərək içərisində 60 manat və sənəd olan pul kisəsini almaqda şübhəli bilinən şəxsi müəyyən edib.

    Keçirilən əməliyyatla paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Mirzəyev saxlanılıb.

  • Azərbaycan klublarının son 10 il ərzində transferlərə xərclədiyi məbləğ AÇIQLANDI

    FIFA son 10 ilin (2011-20) transfer hesabatını açıqlayıb.

    Bu müddətdə Azərbaycan klubları 582 beynəlxalq transfer gerçəkləşdirib.

    Təmsilçilərimiz bu oyunçu keçidlərinə 12,9 milyon dollar xərcləyib.

    Ümumi transfer sayı isə 840-a bərabər olub. Bütün bu transferlərə ümumilikdə 13,7 milyon dollar xərclənib.

    Siyahıya İngiltərə başçılıq edir. Futbolun yaradıcıları 6470 beynəlxalq transferə 12 milyard 417,6 milyon dollar xərcləyib.

  • BMT avqustun 15-dən bəri Əfqanıstana ilk yardım göndərib

    BMT-nin Dünya Ərzaq Proqramının (WFP) tibbi yardımla yüklənmiş ilk təyyarəsi Əfqanıstana enib.

    BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib ki, bu, “Taliban” Kabilə daxil olandan bəri (avqustun 15-dən-red) Əfqanıstana çatdırılan ilk yükdür.

    Təyyarə vasitəsilə dərman və digər tibbi ləvazimatlar Kabilə çatdırılıb.

  • Госкомитет: В Шуше будет проложено 17,6 км дорог

    В Шуше будет восстановлено 36,2 км дорожного полотна и проложено еще 17,6 км дороги.

    Об этом на странице в Facebook написал глава Государственного комитета градостроительства и архитектуры Азербайджана Анар Гулиев.

    По его словам, в рамках работы над Генпланом было проведено функциональное зонирование города, на основе которого были подготовлены предложения по обновлению транспортной инфраструктуры, категоризации улиц, организации работы общественного транспорта и т.д.

  • Игорь Коротченко: Де-факто Пашинян признал суверенитет Азербайджана

    Факт нападения армянских военнослужащих на азербайджанского солдата доказывает, что агрессивность этой страны никуда не делась. Осуществляемые провокации имеют место и могут повторяться в самых разных местах.

    Об этом заявил военный эксперт, главный редактор журнала «Национальная оборона» Игорь Коротченко, передает Report.

    По словам эксперта, перекрытие дороги стало успешной военно-политической акцией: «Де-факто Пашинян признал суверенитет Азербайджана. Произошла своего рода демаркация границы. Совершенно понятно, что Лачынский коридор функционирует. Теперь должен быть открыт Зангезурский транспортный коридор, что также является одним из месседжей, которые Азербайджан посылает Армении».

    Как отметил Коротченко, с учетом прохождения ряда участков дороги Горус-Гафан по территории Азербайджана, официальный Баку продемонстрировал необходимость не забывать существующие реалии: «Азербайджан показал, что в любой момент будет дан отпор на любые провокации и неконструктивные действия армянской стороны».

    «Необходимо пресекать подобные действия армянской стороны, так как сегодня отсутствуют ответные реакции на логику мирных инициатив Баку в сторону Еревана», – сказал Коротченко.

    По его мнению, избежание напряженности находится в интересах всех сторон: «Логика событий, в том числе и политика Азербайджана, направлена на то, чтобы Армения смирилась с существующими реалиями. Москва исключительно заинтересована в полном и четком соблюдении Ереваном всех тех пунктов, которые он взял на себя в рамках трехсторонних заявлений».

  • ЕС окажет поддержку соседним с Афганистаном странам для приема беженцев

    Евросоюз окажет финансовую поддержку соседним с Афганистаном странам для размещения беженцев. Об этом в понедельник в интервью газете Corriere della Sera заявил верховный представитель ЕС по иностранным делам и политике безопасности Жозеп Боррель, передает ТАСС.

    «Способности Европы имеют свои пределы, без тесного сотрудничества ничего нельзя сделать. Соседние страны будут вовлечены в процесс больше и раньше, чем Европа. Так что, да – это также означает предоставление этим странам финансовой поддержки, как это было с Турцией», – заявил глава европейской дипломатии.

    По его мнению, Европа должна извлечь уроки из ситуации в Афганистане, чтобы укрепить «трансатлантические отношения и сделать их более сбалансированными». Боррель подчеркнул, что ЕС необходимо «научиться работать сообща и укрепить идею стратегической автономии». «В [стратегической внешнеполитической концепции] «Стратегическом компасе ЕС» мы предлагаем создать европейское подразделение сил быстрого реагирования (Initial Entry Force), которое сможет быстро действовать в чрезвычайных ситуациях. ЕС должен иметь возможность вмешиваться для защиты собственных интересов, когда американцы не хотят вмешиваться», – подчеркнул он.