Month: August 2021

  • COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verildi – VİDEO

    Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.
    Dövlət Agentliyindən verilən məlumata görə, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.

    “CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyəti səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVID-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVID-19 pasportu aşağıdakı dörd sadə üsuldan biri ilə yoxlanıla bilər:
    1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

    2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

    3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

    4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

    Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya portal üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.
    Qeyd edək ki, yoxlama zamanı COVID-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVID-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsinin məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.

    COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün “myGov” mobil tətbiqini “Android” və “iOS”  yükləmək mümkündür.
    COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini portaldan yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür:

  • В Маштаге наблюдается огромная очередь на вакцинацию – ВИДЕО

    В азербайджанском сегменте Сети распространилось видео огромной очереди на вакцинацию перед городской поликлиникой №7 в поселке Маштага Сабунчинского района Баку.

    Представляем эти кадры.

  • Bakıda izdihamlı vaksin növbəsi – VİDEO

    Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində insanların peyvənd növbəsi zamanı izdiham yaşanıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Qəsəbədə yerləşən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesi zamanı karantin qaydaları pozulub.

    Vətəndaşlar sosial məsafə qorumayıblar.

    Həmin görüntüləri təqdim edirik:

  • DİN-dən narkotikə görə saxlanılanların azadlığa buraxılması iddiasına CAVAB – VİDEO

    “Cinayət Məcəlləsinin 234-cü maddəsinə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılarkən barəsində polis orqanlarında müvafiq araşdırmalar aparılır. Əgər həmin şəxsin əməlində hansısa formada şəxsi istehlak miqdarından artıq narkotik, yəni satış məqsədi olmasa, barəsində 234-cü maddəyə uyğun olaraq, digər qəti imkan tədbirləri görülür”.

    Bunu ARB24-ün “Gündəm” verilişinə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev narkotikə görə saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlı yayılan iddialar barədə danışarkən deyib.

    E.Hacıyev bildirib ki, bu şəxslər barəsində o zaman həbs qətimkan tədbiri seçilir ki, onun əvvəllər narkotik vasitələrə və Cinayət Məcəlləsinin digər cinayət hüquq normalarına görə məhkumluğu olub:

    “Bütün hallarda narkotik vasitələrin satışını həyata keçirən şəxslər birmənalı şəkildə həbs olunur. Satış yoxdursa və istifadə üçün üzərində narkotik gəzdirirsə, digər qətimkan tədbirləri seçilir. Yəni barəsində polis nəzarətində olma, yaşayış yerini tərk etməmək barədə iltizam tədbiri görülür. Bəzən onlar cəmiyyətdə fikir yaradırlar ki, polis saxlasa da, əməlləri təsdiq olunmadı deyə azadlığa buraxılırlar. Bu, belə deyil, əsassızdır. Həmin şəxslər barələrində aparılan cinayət hüquq icraatını gizlədirlər. Onların üzərinə yaşadıqları yeri tərk etməməsi ilə əlaqədar 24 saat nəzarət qoyulur. Əgər həmin şəxs növbəti dəfə bu təhlükəli əməli törədərsə barəsində digər ağır cinayət işi üzrə icraat tədbirləri həyata keçirilir”.

  • ABŞ Əfqanıstanda diplomatik missiyasını davam etdirəcək?

    ABŞ dövlət katibi Entoni Blinken “Taliban” tərəfindən nəzarət edilən Əfqanıstanda ABŞ-ın diplomatik missiyasının davam etməsi ehtimalının az olduğunu açıqlayıb.

    Eyni zamanda o bildirib ki, Əfqanıstanı tərk etmək istəyən və sentyabrın 1-nə qədər çıxmayan insanlara ABŞ-ın yardım göstərməyə davam etmək öhdəliyi qüvvədə qalacaq:

    “İnsanların Əfqanıstandan ayrılmağa qərar verdikləri təqdirdə ölkəni tərk etmələrini asanlaşdırmaq üçün yollarımız və mexanizmlərimiz var”.

    ABŞ dövlət departamentinin rəhbəri taliblərin 31 avqustdan sonra sərhədləri açıq saxlamaqla bağlı sözünü yerinə yetirəcəyinə ümid etdiyini bildirib.

    “İndi, əlbəttə ki, taliblərin sözünə inanmırıq. Onları əməllərinə görə qiymətləndiririk və müşahidə edirik”, – deyə Blinken vurğulayıb.

    //NBC

  • Ильхам Алиев поздравил кыргызского коллегу

    Президент Азербайджана Ильхам Алиев направил своему кыргызскому коллеге Садыру Жапарову поздравительное письмо по случаю 30-й годовщины независимости Кыргызстана.

    Текст послания опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev qırğızıstanlı həmkarını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Sadır Japarova təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Qardaş Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

    Ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə bağlı olan dostluq əlaqələrimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

    Əminəm ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimiz bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək birgə fəaliyyətimiz üçün möhkəm zəmin olacaqdır.

    Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Qırğız Respublikasına daim firavanlıq və əmin-amanlıq diləyirəm”.

  • Ильхам Алиев и Мехрибан Алиева посетили выставки, организованные в Шуше – ФОТО

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева посетили выставки “Карабах – жемчужина азербайджанской культуры” и “Снова в родном краю: жемчужины искусства Карабаха”, организованные Фондом Гейдара Алиева в рамках Дней поэзии Вагифа в Шуше.

    Об этом сообщает АЗЕРТАДЖ.

















  • İlham Əliyev və Mehriban Əliyeva Şuşada təşkil edilən sərgilərlə tanış olublar – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgi ilə tanış olublar.

    Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

    Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.

    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.

    Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.

    Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır. Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

    Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada “Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub.

    Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.

















  • Потребовали ли взятку у гражданина в отделе техосмотра? – ЗАЯВЛЕНИЕ МВД

    Гражданин Руфат Мадатли обратился в редакцию Oxu.Az и заявил, что у его знакомого потребовали взятку в отделе регистрации, экзамена и техосмотра на территории города Хырдалана.

    “Сначала в отделе попросили 10 манатов за распечатку заявления, мы не дали деньги и заполнили документ сами. Затем какой-то инспектор потребовал у нас 10 манатов, при этом не назвал причину. В итоге они якобы обнаружили какую-то техническую неполадку и взяли у нас 130 манатов, в то время как госпошлина составляет 50-60 манатов”, – отметил гражданин.

    В связи с этим начальник отдела по связям с общественностью Намидан Пириев сообщил Oxu.Az, что этот вопрос в настоящее время изучается.

    “Хочу отметить, что гражданин распространяет информацию без уточнения ситуации. Покупал и продавал машину не он сам, а его знакомый. Скорее всего, заявленная им сумма – 130 манатов – госпошлина. В своем обращении Р.Мадатли также не предоставил информацию о годе выпуска транспортного средства, объеме его двигателя и т.д.

    Потому что сумма госпошлины варьируется в зависимости от соответствующих данных автомобиля. Например, есть машина, пошлина при регистрации которой составляет 1 500 манатов. По данному вопросу проводится расследование”, – заключил Н.Пириев.