Month: August 2021

  • Texniki baxış şöbəsində vətəndaşdan rüşvət alınıb? – DİN-dən AÇIQLAMA

    Vətəndaş Xırdalanda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsində ondan rüşvət alındığını iddia edib.

    Bu barədə vətəndaş Rüfət Mədətli Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb.

    O iddia edib ki, tanışının avtomobilini alqı-satqı əməliyyatı üçün şöbəyə gətiriblər. Bu zaman onlardan pul tələb edilib:

    “İlkin olaraq ərizə çapı üçün 10 manat istənildi, vermədik və ərizəni özümüz doldurduq. Daha sonra hansısa inspektor heç bir səbəb olmadan 10 manat istədi, onu da vermədik. Qanunla maşının 50-60 manatlıq dövlət rüsumuna görə, guya nəsə texniki səhv taparaq bizdən 130 manat pul aldılar”.

    Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

    Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırılma aparılır:

    “Bildirmək istəyirəm ki, vətəndaş məlumatı dəqiqləşdirmədən informasiya yayır. Vətəndaşın özü yox, tanışı maşını alqı-satqı edib. Çox güman ki, iddia etdiyi 130 manat pul rüsumun məbləğidir. Vətəndaş şikayət ünvanlayanda nəqliyyat vasitəsinin buraxılış ili, mühərrikinin həcmi və s. barədə məlumatları təqdim etməyib.

    Çünki rüsum hər maşının mühərrikinin həcmindən, istehsal ilindən asılı olaraq dəyişir. Dövlət qeydiyyatı zamanı konkret bir rüsumun alınması deyə bir şey yoxdur. Avtomobil var ki, qeydiyyat zamanı rüsumu 1 500 manatdır. Vətəndaşın dediyi məsələ ilə bağlı araşdırma aparılır”.

  • Миграционная служба предупредила проживающих в Азербайджане иностранцев

    Государственная миграционная служба (ГМС) обратилась к временно проживающим в стране иностранцам и лицам без гражданства в связи с продлением особого карантинного режима в Азербайджане.

    В сообщении Госслужбы отмечается, что, согласно постановлению Кабмина от 28 августа 2021 года, особый карантинный режим на территории страны был продлен до 06:00 1 ноября 2021 года.

    “В течение этого времени деятельность Государственной миграционной службы будет осуществляться на основе действующих правил. Кол-центр Службы (012) 919 будет работать в выходные (4 и 5, 11 и 12, 18 и 19, 25 и 26 сентября, 2 и 3, 9 и 10, 16 и 17, 23 и 24, 30 и 31 октября) с ограниченным количеством сотрудников. Поэтому в указанные даты заявки могут быть адресованы онлайн посредством официальной страницы службы, а также через мобильное приложение MigAz”, – говорится в информации.

    ГМС напоминает, что пребывание в стране иностранцев, срок временного пребывания которых (срок визы или 90 дней) продлен на 60 дней (тех, кто платит госпошлину), считается законным без дополнительного заявления и уплаты госпошлины до отмены ограничений на передвижение на государственной границе.

  • Dövlət Miqrasiya xidmətindən əcnəbilərə MÜRACİƏT

    Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan, yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

    DMX-dən verilən məlumata görə, Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli, 248 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılıb:

    “Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək. Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (sentyabr ayı üzrə 4 və 5, 11 və 12, 18 və 19, 25 və 26 tarixlərində oktyabr ayı üzrə 2 və 3, 9 və 10, 16 və 17, 23 və 24, 30 və 31 tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər”.

    “Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyən) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur”, – deyə məlumatda bildirilib.

  • Прогноз погоды в Азербайджане на 31 августа

    31 августа в Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, северо-восточный ветер днем сменится юго-восточным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 23-26, днем – 32-36, в столице ночью – 24-26, днем – 34-36 градусов тепла.

    Атмосферное давление – 756 мм ртутного столба, относительная влажность воздуха ночью – 60-70%, днем – 40-45%.

    Температура морской воды на пляжах в Сумгайыте и бакинских поселках Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба составит 26-27, Тюркан, Говсан, Сахиль, Шых – 27-28 градусов выше нуля.

    Завтра в некоторых горных районах Азербайджана ожидаются грозы, кратковременные дожди, на остальной территории страны – погода без осадков, ветер восточный.

    Температура воздуха ночью – 20-25, днем – 34-39, в горах ночью – 14-19, днем – 24-29 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 31 августа на Абшеронском полуострове ожидаются слабые и умеренные колебания метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Azərbaycanda avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26, gündüz 32-36, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə avqustun 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə olacaq.

  • Prezident: “Şuşalılar Şuşaya qayıdırlar”

    Dünən təməl daşı qoyulan yaşayış kompleksi Şuşanın Baş Planı əsasında inşa ediləcək. Şuşanın Baş Planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır.

    Bu sözləri Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edərkən deyib.

    Onun sözlərinə görə, birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar:

    “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.

  • Ильхам Алиев сфотографировался на том же месте в Шуше, где 39 лет назад был запечатлен Гейдар Алиев

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева поделилась в Instagram интересным коллажем.

    Он состоит из двух фотографий, сделанных у бюста азербайджанского поэта Моллы Панаха Вагифа в Шуше: на первом снимке, датируемом 1982 годом, – Гейдар Алиев, а на втором, который сделан минувшим днем, – Ильхам Алиев.

  • İlham Əliyev 39 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə

    Azərbaycan Prezidenti İlham Əliyevin 39 il əvvəl ulu öndər Heydər Əliyevin şəkil çəkdirdiyi fotosu yayılıb.

    Fotonu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabının “hekayə” bölümündə paylaşıb.

    Heydər Əliyev bu fotonu 1982-ci ilin iyulunda Şuşaya səfəri zamanı çəkdirmişdi.

    Dünən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində azadlığa qovuşan Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılış mərasiminə qatılıb.

    Prezident İlham Əliyev bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində bu fikirləri səsləndirib:

    “Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif poeziya günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”.

  • Тогрул Исмайыл: Существование армянской государственности зависит от Турции и Азербайджана – ВИДЕО

    YouTube-проект Caliber представил вторую часть обширного интервью с профессором университета Sütçü İmam (ТР) Тогрулом Исмайылом, который затрагивает вопросы регионального баланса сил, роли Турции и Азербайджана в сохранении армянской государственности, модели ведения боевых действий, ставших решающими во второй Карабахской войне, и …”мягкой силы” – технологии завоевания сердец и восстановления исторической справедливости, которую Анкара активно использует в своей внешней дипломатии.

  • “Caliber”: Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır – VİDEO

    “Caliber” layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub.

    Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlük müharibədə həlledici olan döyüş fəaliyyətlərinin aparılması modelləri və s. barədə danışıb.

    Ətraflı videoda: