Month: August 2021

  • Bakıda avtobus dayanacağında qadına hücum edən şəxs saxlanılıb – VİDEO

    Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir qadın Daxili İşlər Nazirliyinin “102″ Xidməti Zəng Mərkəzinə məlumat verərək 27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. Zərərçəkən həmin şəxsin onun boğaz nahiyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını bildirib. Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əməkhaqqı kartının olduğunu bildirib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.

    Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.

    Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir. Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

  • Судья Бакинского суда по тяжким преступлениям заразилась коронавирусом

    Судья Бакинского суда по тяжким преступлениям Ирада Гасанзаде заразилась коронавирусом.

    В связи с этим уголовные дела, находящиеся в ее производстве, отложены. Кроме того, такое же решение было принято в отношении дел, рассматриваемых судьями Азером Пашаевым и Ахмедом Гулиевым, которые являются членами той же коллегии, что и И.Гасанзаде.

    Отметим, что уголовные дела экс-главы Исполнительной власти Имишлинского района Вильяма Гаджиева и бывшего исполнительного директора ныне упраздненного Фонда государственной поддержки СМИ Вюгара Сафарли находятся в производстве судьи Азера Пашаева. По вышеуказанной причине их судебные процессы, которые должны были состояться 3 сентября, также отложены.

    //АПА

  • Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxdu

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

    Hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

    Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb. Bundan başqa, İ.Həsənzadə ilə eyni kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri təxirə salınıb.

    Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.

    //APA

  • Задержан мужчина, пытавшийся пронести в тюрьму наркотик

    Была предотвращена попытка проноса наркотика в исправительное учреждение № 1.

    Как сообщили в пенитенциарной службе, после личного досмотра жителя Шамахинского района Рафаэля Мирзоева, пришедшего на непродолжительное свидание к своему родственнику Садыгу Гусейнову, приговоренному по статьям 29,120.2.1 и 29,120.2.4 УК АР к 6 годам и 6 месяцам лишения свободы, у него в кармане было обнаружено наркосодержащее вещество.

    В бумажном свертке находилась марихуана весом 0,363 г.

    По данному факту ведется расследование.

  • Cibində narkotiklə həbsxanaya gələn şəxs saxlanıldı

    1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

    Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Telman oğlu Hüseynovla qısamüddətli görüşə gəlmiş qohumu, Şamaxı rayon sakini Rəfael Mahir oğlu Mirzəyevin əşyalarına və üzərinə baxış keçirilib.

    Bu zaman cibində gizlətdiyi kağız bükülünün içərisində ümumi çəkisi 0,363 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Бахрам Багирзаде: Генетика – сильная вещь, и с ней не поспоришь! – ВИДЕО

    Заслуженный артист Азербайджана Бахрам Багирзаде в своем посте в Facebook затронул животрепещущую и никогда не теряющую своей актуальности проблему бытовых отходов.

    По его словам, буквально сегодня, возвращаясь с дачи, он увидел как из окна машины, едущей впереди него, вылетел мусор.

    “Нет, не жалкий окурок, не блестящий фантик и даже не пустая бутылка. Это был целый кулек!” – написал артист.

    Далее в публикации он попытался раскрыть причину такого безответственного и хамского отношения к окружающей среде и пришел к выводу, что в этом виновата генетика.

    “Поймал себя на мысли – выбрасывал ли я что-нибудь из машины за двадцать лет вождения? Подумал, повспоминал и дал себе честный ответ – нет. Мысли понеслись дальше – а почему нет, ты что, какой-то особенный, не такой, как все? Нет, я обычный человек, у которого свои плюсы и минусы, но манией мусорного хамства я не страдаю. И не потому что, особенный! Особенными были мои бабушки и дедушки, мама и папа, которые никогда не позволяли себе мусорить ни дома, ни на улице, вообще нигде, а дети всегда подсознательно повторяют то, что видят дома. Генетика – сильная вещь, и с ней не поспоришь! И не помусоришь! Тот водитель давно уже восседает на своем рабочем месте в чистом, комфортабельном кабинете. А где-то там, у дороги лежит и разлагается его мусор. Жаль, что на обратном пути, когда он почувствует мерзкий душок, он даже не вспомнит о том, что это его рук дело. И дело его генетики”, – написал Б.Багирзаде.

  • Bəhram Bağırzadə: “Genetika güclü bir şeydir və bununla mübahisə etmək olmaz!” – VİDEO

    Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə özünün “Facebook” səhifəsində Xəzər dənizinin sahilindəki zibil tullantılarını videoya çəkərək ictimaiyyətə müraciət edib.

    “Dənizi zibilləməyin. Axı, bu dəniz bizim sərvətimizdir”, – deyə tanınmış aktyor videoda bildirib.

    Bəhram Bağırzadə həmçinin bu gün avtomobili ilə bağdan şəhərə doğru hərəkət edərkən sürücülərdən birinin mənfi davranışını təsvir edib:

    “Qarşımdakı maşının pəncərəsindən zibil atıldığını gördüm. Xeyr, bu nə siqaret kötüyü, nə konfet kağızı, nə də boş bir şüşə butulkası idi. Bu, zibil dolu bir sellofan idi!”, – B.Bağırzadə vurğulayıb.

    Fikrinin davamında aktyor özünə nə zamansa belə bir davranışa yol verib-vermədiyini sual edib.

    “Düşündüm, xatırlamağa çalışdım və özümə vicdanlı bir cavab verdim – xeyr. Düşüncələrim daha da uzağa getdi – niyə yox, sən məgər xüsusi bir insansan, hamıdan fərqlisən? Xeyr, mən bütün mənfi və müsbət cəhətlərimlə adi bir insanam, amma kənara zibil atmaq mədəniyyətsizliyindən əziyyət çəkmirəm. Və ona görə yox ki, mən xüsusiyəm! Ona görə ki, mənim nənəm və babam, anam və atam xüsusi insanlar idilər. Onlar bizə nə evi, nə küçəni, nə də başqa yeri zibilləməyə icazə verirdilər və uşaqlar həmişə şüuraltında evdə gördüklərini təkrarlayırlar. Genetika güclü bir şeydir və bununla mübahisə etmək olmaz!” – Bəhram Bağırzadə gördüyü neqativ mənzərəni təsvir edərkən yazıb.

  • МВД РФ признало пожизненно нежелательным пребывание в России Мирзализаде

    МВД решило признать пожизненно нежелательным пребывание в России гражданина Беларуси стендап-комика Идрака Мирзализаде. Об этом сообщается на сайте ведомства.

    “В своем публичном выступлении Идрак Мирзализаде допустил выражения, возбуждающие ненависть и вражду по отношению к лицам русской национальности, унижающие их человеческое достоинство. В связи с этим его нахождение на территории Российской Федерации признано угрожающим общественному порядку, правам и законным интересам других лиц”, – говорится в сообщении.

    В ведомстве добавили, что в ближайшее время Мирзализаде уведомят о принятом решении.

    В последние годы стендапер не раз приезжал в Россию, а в марте этого года получил вид на жительство.

    В начале августа Таганский суд Москвы приговорил его к десяти суткам административного ареста по статье КоАП “Возбуждение ненависти либо вражды, а равно унижение человеческого достоинства”.

    Поводом для дела стало распространившееся в Сети видео, на котором комик шутит о “русских и фекалиях”.

    По словам Мирзализаде, фрагмент “вырвали из контекста”, тогда как сам монолог, наоборот, высмеивал ксенофобию.

    В суде комик извинился перед теми, кого эта шутка могла обидеть, но вину в разжигании межнациональной ненависти не признал.

    //РИА Новости

  • Rusiyada Azərbaycan əsilli gülüş ustası barədə qərar verildi

    Rusiya Daxili İşlər Nazirliyi Azərbaycan əsilli gülüş ustası, Belarus vətəndaşı İdrak Mirzəlizadənin Rusiyada qalmasını ömürlük arzuolunmaz hesab edib.

    “Özünün ictimaiyyət qarşısında çıxışında İdrak Mirzəlizadə rus millətindən olan şəxslərə qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bu baxımdan, onun Rusiya Federasiyası ərazisində olması ictimai asayişə, başqalarının hüquqları və qanuni maraqlarına təhdid kimi qəbul olunub”, – deyə nazirliyin məlumatında bildirilir.

    Nazirlikdən əlavə edilib ki, yaxın vaxtlarda qərar barədə Mirzəlizadəyə məlumat veriləcək.

    Son illərdə stendapçı bir neçə dəfə Rusiyaya gedib və bu ilin mart ayında orada yaşamaq icazəsi alıb.

    Avqustun əvvəlində Moskvanın Taqanski Məhkəməsi onu “Nifrət və ya düşmənçiliyə təhrik etmək, habelə insan ləyaqətini alçaltmaq” maddəsi ilə on günlük inzibati həbs cəzasına məhkum edib.

    Səbəb isə komediya ustasının “ruslar və nəcis” haqqında internetdə yayılan videosu olub.

    Mirzəlizadənin sözlərinə görə, onun sözləri kontekstdən çıxarılıb və monoloqun özü isə əksinə, ksenofobiyanı lağa qoyub.

    Məhkəmədə komediya ustası bu zarafatın incidə biləcəyi insanlardan üzr istəyib, lakin etnik nifrəti qızışdırmaqda günahkar olduğunu qəbul etməyib.

    //“RİA Novosti”

  • Сотрудник МЧС арестован по обвинению в мошенничестве

    По итогам расследования, проведенного на основании обращения гражданина в связи с мошенничеством сотрудника Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана, возбуждено уголовное дело. Об этом сообщили в Бардинской районной прокуратуре.

    Следствием было установлено, что инспектор отряда пожарной охраны нефтеперерабатывающих предприятий Эльвин Гулиев пообещал своему знакомому Фикрету Гусейнову устроить его сына Руфата пожарным и потребовал 10 000 манатов. Э.Гулиев получил эту сумму 15 февраля 2021 года, однако обещание не выполнил.

    Э.Гулиеву были предъявлены обвинения по статьям 178.2.3 (мошенничество, совершенное лицом с использованием своего служебного положения), 178.2.4 (мошенничество, совершенное с причинением значительного ущерба) и 32.4,312.1 (подстрекательство к даче взятки) Уголовного кодекса АР. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

    Следствие по уголовному делу продолжается.