Month: August 2021

  • Tələbələrin gəlişi kirayə bazarında qiymətlərə necə təsir edir? – AÇIQLAMA

    “Məktəblərin əyani, yoxsa onlayn formada keçiriləcəyi ilə bağlı konkret məlumat gec olmadan açıqlanmalıdır. Prosesin uzanması tələbələrin kirayə mənzil tapmalarında problem yaradır”.

    Bunu əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, hazırda tələbələr və onların valideynləri çıxılmaz vəziyyətdə qalıblar:

    “Onlar bilmək istəyirlər ki, dərslər əyani başlayacaq, ya yox. Operativ Qərargah məlumat verdi ki, dərslər başlayacaq, ancaq daha dəqiq məlumat sentyabrda deyiləcək. Normal şərtlərdə tələbələr avqustun sonunda artıq evə yerləşir və dərslərin açılmasını gözləyir. Dərslərin onlayn yox, əyani olacağı ilə bağlı məlumat tədrisin başlamasına 3-5 gün qalmış verilsə, bu, tələbələr üçün böyük problem olacaq. Çünki şəhərə gələn tələbələrin sayı on minlərlədir və paytaxtda da ucuz kirayə mənzillər məhdud saydadır. Müvafiq qurumlar bilməlidir ki, tələbə şəhərə gələndə, yalnız özü gəlmir, əşyalarını da gətirir. Məsələnin digər tərəfi isə odur ki, tələbə gəlib ev tutsa, sonra yenə dərslər onlayn keçirilsə, necə olacaq?! Artıq bir çox tələbə ev pulunu belə verib. Belə olsa, tələbənin ev üçün ödədiyi pul, gəlib-qayıtmaq üçün yol xərci hədər gedəcək”.

    Ekspert onu da bildirib ki, tələbələrə evini verənlər də dərslər dayanarsa, müştəri qıtlığı ilə üzləşəcəklər. Yəni, bu problem kökündən həll olunmalı, konkret dərslərin əyani olub-olmayacağı ilə bağlı qısa zamanda məlumat verməlidirlər:

    “Ev sahibləri gözləntidədirlər ki, bu gün evi tələbəyə versə və o tələbə sabah çıxıb rayona getsə, evi boş qalacaq. Bu baxımdan bir çox ev sahibi tələbəyə ev vermək istəmir. Daha uzun müddət qalması üçün əsasən ailəli şəxslərə üstünlük verilir”.

    Elnur Fərzəliyev paytaxtda tələbələrin əsas marağında olan yerlərdən və mövcud kirayə qiymətlərindən də danışıb:

    “Tələbələr ən çox kirayə qaldıqları yerlər Yasamal və Nərimanov rayonlarıdır. Çünki burada təhsil müəssisələrinin sayı digər rayonlarla müqayisədə daha çoxdur. Normalda hər il yay aylarında qiymətlərdə 20 faizə qədər endirim olur, avqust-sentyabrda isə yenidən stabilləşir. Bu gün şəhərdə birotaqlı mənzillərin kirayə qiyməti 250-300, maksimum 350 manat arasında dəyişir. 350 manat olanların çoxu da sonradan ikiotaqlıya çevrilən evlərdir. İkiotaqlı mənzillərin qiyməti 350-450 manatdır. Üçotaqlı və dördotaqlı mənzillərin qiyməti isə müvafiq olaraq arta-arta gedir. İllərdir ki, qiymətlər stabil olaraq qalıb. Bu il də artacağı gözlənilmir. Lakin zamanla şəhərdə ucuz kirayə mənzillər qalmayacaq. Çünki köhnə tikililər sürətlə yeniləri ilə əvəzlənir”.

    Ekspert oğlan tələbələrin problemlərindən də danışıb. Bildirib ki, qız tələbələrlə müqayisədə oğlanlar ev tapmaqda daha çox çətinlik çəkir:

    “Çünki ev sahiblərinin əksəriyyəti oğlan tələbələrə ev vermək istəmir. Bu, pandemiyadan əvvəl də belə olub. Əgər eyni ev qızlara 200-250 manata verilirdisə, oğlanlara 300-350 manata verilirdi. Dünya təcrübəsinə baxsaq, görərik ki, orda bütün müqavilələr notarial qaydada bağlanılır. Bu səbəbdən ev sahibi vergi verir və bütün mənzillər yanğın, subasma və digər hadisələrə görə sığortalanır. Amma sığorta olmadığı, müqavilələr notarial qaydada bağlanmadığı üçün oğlan tələbələrə ev verilmir. Belə bir düşüncə formalaşıb ki, oğlanlar evi təmiz saxlamayacaq və ya hər hansısa dava-dalaş hadisəsi baş verəcək. Bu məsələ oğlan tələbələr üçün böyük problem yaradır. Belə problemlərin olmaması üçün yataqxanalar tikilməlidir. Köhnə yataqxanaların yerində yeniləri tikilsə, tələbələrin ev problemi aradan qalxmış olar”.

    //Trend

  • Армения до сих пор не сообщила о судьбе семерых пропавших без вести в период Отечественной войны

    Армяне жестоко пытали взятых в плен и заложники азербайджанцев. А шаги, предпринимаемые Азербайджаном для улучшения состояния здоровья армянских военнопленных, основаны на принципах гуманизма.

    Об этом заявила омбудсман АР Сабина Алиева на конференции, посвященной азербайджанцам, пропавшим без вести в результате армянской агрессии.

    По ее словам, Армения до сих пор не сообщила о судьбе семерых человек, пропавших без вести в период Отечественной войны.

    С.Алиева также отметила, что азербайджанцы, находившиеся в армянском плену, получили серьезные увечья.

  • Ermənistan Vətən müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir

    Ermənistan əsir və girov götürdüyü azərbaycanlılara ağır işgəncələr verib. Azərbaycanın isə erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün atdığı addımlar humanizm prinsipinə əsaslanıb.

    Bunu Ermənistanın təcavüzü nəticəsində itkin düşən azərbaycanlılarla bağlı keçirilən konfransda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.

    O qeyd edib ki, Ermənistan indiyədək Vətən müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.

    S.Əliyeva erməni əsirliyində qayıtmış azərbaycanlıların ağır travmalar aldığını da vurğulayıb.

  • Представитель Госкомиссии: Армения использовала некоторых взятых в заложники азербайджанцев в качестве доноров

    Армянская сторона отказывается предоставить информацию о гражданах Азербайджана, пропавших без вести и ставших заложниками.

    Об этом на пресс-конференции заявил секретарь Государственной комиссии АР по делам военнопленных, заложников и без вести пропавших граждан Исмайыл Ахундов.

    По его словам, Армения с большой вероятностью использовала взятых в заложники подростков в качестве доноров или для продажи на органы.

    И.Ахундов отметил, что Международный комитет Красного Креста посетил 54 пленных и заложников.

    Тела 17 из них, которые впоследствии были убиты в местах содержания, переданы семьям, судьба остальных до сих пор неизвестна, добавил он.

  • Ermənistan girov götürdüyü bəzi azərbaycanlılardan donor kimi istifadə edib – AÇIQLAMA

    Ermənistan tərəfi itkin və girovlarla bağlı məlumatlar verməkdən imtina edir.

    Bunu Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılarla bağlı keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

    O bildirib ki, Ermənistan girov götürdüyü yeniyetmələrdən böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə edib.

    İsmayıl Axundov qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib.

    O bildirib ki, onlardan 17-si saxlanıldığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur.

    Aqşin Kərimov

  • Названо число граждан, которым были назначены пенсии с начала текущего года

    В январе-июле текущего года 16 493 гражданам с применением проактивного механизма были назначены пенсии по возрасту, инвалидности и в связи с потерей кормильца.

    Об этом сообщили в Государственном фонде социальной защиты при Минтруда.

    Согласно обнародованным данным, 56,2% граждан, которым были назначены пенсии, – мужчины, а 43,8% – женщины.

  • Bu il üçün aparılan pensiya təyinatlarının sayı açıqlandı

    Bu ilin yanvar-iyul ayları ərzində 16 493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd olunub ki, pensiya təyinatı aparılanların 56,2 %-ni kişilər, 43,8 %-ni isə qadınlar təşkil edib.

    Bizimlə əlaqə saxlayın

  • Известный азербайджанский спортсмен завершил карьеру в 29 лет

    Азербайджанский каратист Айхан Мамаев, которому 29 лет, завершил карьеру.

    Согласно другой информации, он также покинул полк полиции быстрого реагирования, где служил в звании сержанта.

    А.Мамаев прославился после победы на первых Европейских играх в Баку в 2015 году. Он является трехкратным победителем Игр исламской солидарности (выиграл золотую медаль как индивидуальном, так и в командном зачете в Палембанге, Индонезия, в 2013 году, и в Баку в 2017-м).

    Спортсмен – шестикратный призер Европы в весовой категории 84 кг.

    В составе сборной Азербайджана стал чемпионом континентального первенства в 2014 году в Тампере, Финляндия.

  • Məşhur idmançımız 29 yaşında karyerasını bitirdi

    Azərbaycanlı karateçi Ayxan Mamayev karyerasını bitirib.

    O, 29 yaşında buna qərar verib. Əldə etdiyimiz digər məlumata görə, o, serjant olduğu Çevik Polis Alayından da ayrılıb.

    Qeyd edək ki, Ayxan Mamayev daha çox 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olduqdan sonra məşhurluq qazanıb. O, İslam Həmrəyliyi Oyunlarının üçqat qalibidir (2013-cü ildə İndoneziyanın Palembanq şəhərində həm fərdi, həm də komanda şəklində, 2017-ci ildə Bakıda fərdi şəkildə qızıl medal qazanıb – S.M.).

    Altıqat Avropa mükafatçısı olan və 84 kq çəki dərəcəsində çıxış edən Ayxan 2014-cü ildə Finlandiyanın Tampere şəhərində keçirilmiş qitə birinciliyində çempion olan komandamızın tərkibində yer alıb.

  • 115 человек не были допущены на свадьбы из-за отсутствия ковид-паспортов

    28 и 29 августа сотрудники МВД, Агентства продовольственной безопасности и Государственной налоговой службы при Министерстве экономики АР провели мониторинги 14 свадеб, организованных в Баку и регионах страны.

    Они проходили в четырех домах торжеств и во дворах 10 частных домов.

    Об этом сообщили в пресс-службе МВД.

    По результатам проверок за нарушение правил особого карантинного режима при проведении свадеб в отношении одного человека возбуждено уголовное дело по статье 139-1.1 (нарушение противоэпидемического, санитарно-гигиенического или карантинного режимов) УК АР;

    15 человек оштрафованы в соответствии со статьей 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) КоАП АР;

    115 граждан не были допущены на торжества из-за отсутствия ковид-паспортов.