Month: August 2021

  • Под Муровдагом будет проложен 23-километровый автомобильный туннель

    На автодороге Тоганалы-Кельбаджар будет построен туннель. Об этом заявил замначальника Главного управления по эксплуатации и ремонту дорог Госагентства автодорог Азербайджана Идаят Рустамов на брифинге, посвященном итогам деятельности за первое полугодие 2021 года и предстоящим задачам.

    По его словам, в результате проведения соответствующих ремонтных работ на автодороге Тоганалы-Омарский перевал-Кельбаджар было обеспечено бесперебойное движение военного транспорта и транспортных средств гражданского населения.

    Рустамов отметил, что именно по этой дороге прибыли для проведения впервые за много лет рождественского богослужения в монастыре Худавенг в Кельбаджаре представители албано-удинской христианской религиозной общины.

    «Готовится проектная документация для реконструкции дороги в соответствии со II технической категорией, а под горой Муров планируется построить автомобильный туннель протяженностью 23,4 километра. Это поспособствует беспрерывной и безопасной эксплуатации трассы Тоганалы-Кельбаджар на протяжении всего года», – приводит Trend его слова.

  • Bakıda ağacları kəsən şirkət cəzalandırılıb

    Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

    Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

  • Azərbaycanda istirahət mərkəzinin rəhbəri həbs olundu

    Qaradağ rayonu Sahil qəsəbəsində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq müştərilərə qəlyan təklif edən obyekt aşkar edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı Sahil qəsəbəsində yerləşən “Nur” istirahət mərkəzində karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi məlum olub. Həmin obyektin sahibi Hüseyn Mənsimov qaydaları pozduğu üçün polislər tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

    O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib. Obyektdə qəlyandan istifadə edən 2 müştəri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimə ediliblər.

    Qaradağ rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunması nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

  • Emin Ağalarov fanatlarını sevindirəcək

    Xalq artisti Emin Ağalarov pərəstişkarlarına yeni albom təqdim edəcək.

    Sənətçi uzun müddətdir “LOVE IS” adlı albom üzərində çalışır.

    İfaçı albomunu yaxın zamanlarda təqdim edəcəyini bildirib. Ağalarov bu haqda sosial şəbəkədə məlumat verib.

    “Yeni mahnılar təqdim edəcəyik. Bu albomu ən qısa zamanda dinləməyi səbirsizliklə gözləyirəm. İçində romantika, yeni ritmlər və maraqlı qeyri-adi melodiyalar yer alıb. Ümid edirəm bəyənəcəksiniz”, – deyə o bildirib.

    Qeyd edək ki, Xalq artistinin “LOVE IS” alobomunun ilk sinqlı “Kruqami” adlı mahnıdır.

    //Baku.ws

  • Nazirlik toy məclislərində sənədləri yoxlanılan qonaqların sayını AÇIQLADI

    Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları bu günədək 1 850 obyektdə keçirilən şənlik mərasimlərində monitorinqlər aparıb.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, monitorinqlər zamanı bəzi obyektlərdə sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

    İndiyədək keçirilən monitorinqlər zamanı şənliklərdə iştirak edən 225 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onlardan 23 min nəfərdə nöqsanlar aşkar edilib.

    Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparılıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib.

    Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub.

  • İlham Əliyev “Suraxanı” yarımstansiyasının açılışında iştirak etdi – FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib.

    “Report” xəbər verir ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparılıb.

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verib ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.

    Dövlət başçısı yarımstansiyanı işə salıb.

    Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhalinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir. Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur. Son illərdə yeni müasir elektrik yarımstansiyalarının yaradılması, mövcudlarının əsaslı yenidən qurulması bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsində mühüm rol oynayır və nəticədə istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını təmin edir.

    “Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

    Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.











  • Minaya düşən ANAMA əməkdaşının görüntüləri yayıldı – VİDEO

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minaya düşən əməkdaşı Fərid Əliyevin görüntüləri yayılıb.

    Qeyd edək ki, F.Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman partlayış baş verib, nəticədə istehkamçı müxtəlif dərəcəli xəsarətlər alıb.

  • В Азербайджане выявлены еще 1 242 новых случая инфицирования COVID-19, скончались 8 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 242 новых случая инфицирования коронавирусом, 345 человек вылечились и были выписаны домой.

    Об этом 6 августа сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще восемь пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 349 316 человек, 5 051 – скончался, 334 258 – вылечились, 10 007 – продолжают лечение.

    В республике проведено 4 094 565 тестов на COVID-19 (за последние 24 часа – 10 819).

  • Azərbaycanda son sutkada koronavirusa 1242 nəfər yoluxdu: Səkkiz nəfər öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 8 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib, aktiv xəstə sayı 10 007 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, ötən müddət ərzində isə ümumilikdə 4 094 565 test aparılıb.

  • МЧС распространило кадры тушения пожара в Агсу – ВИДЕО

    Пожар, возникший в горной местности со сложным рельефом у села Гягяли Агсуинского района, был локализован сегодня в полдень.

    Как сообщили в пресс-службе МЧС, сейчас продолжаются мероприятия по полной его ликвидации.

    К тушению пожара привлечены Государственная противопожарная служба МЧС, соответствующие силы Войск гражданской обороны, вертолет авиационного отряда, сотрудники Центра лесного хозяйства Министерства экологии и природных ресурсов, а также местные жители.