Month: August 2021

  • Azərbaycan yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb.

    “Report” xəbər verir ki, uçuşdan əvvəl sıra düzülüşü olub.

    Sıra düzülüşündə yanğın-xilasetmə qüvvələrinə müvafiq təlimatlar verilib.

    Nazirliyin Xüsusi riskli xilasetmə xidmətinin Alay komandiri polkovnik leytenant Məmməd Xəlili jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

    Onun sözlərinə görə, hər bir şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub və sabahdan etibarən yanğınlarının söndürülməsinə başlanılacaq.

  • Первый замглавы оперативного управления Генштаба ВС Армении уволен

    Президент Армении Армен Саркисян уволил первого заместителя начальника оперативного управления Генерального штаба вооруженных сил Степана Геворгяна.

    Как передает Report со ссылкой на РИА Новости, об этом сообщили в пресс-службе армянского лидера.

    О причинах увольнения не сообщается.

  • Ermənistan Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini işdən çıxarılıb

    Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat baş idarəsi rəisinin birinci müavini Stepan Gevorgian vəzifəsindən azad edilib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Armen Sarqsyan sərəncam imzalayıb.

  • Qurban Qurbanov: “Kiprdə heç nədən çəkinmirdik”

    “Bunlar dünya futbolunda təkrar olunan hallardır. Bu cür hadisələrlə həmişə üzləşmişik. Kipr təmsilçiləri ilə Azərbaycan klublarının oyunlarında çox vaxt qarşıdurmalar olub. Mən buna idman prinsipi kimi yanaşıram”

    “Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında jurnalistlərə açıqlamasında deyib.

    49 yaşlı mütəxəssis matçın əvvəlində artıq insident baş verdiyini xatırladıb: “Bizim köməkçi məşqçilərlə və futbolçularla azarkeşlər arasında qarşıdurma yaşandı. UEFA nümayəndəsinə də bildirildi ki, vəziyyət bir o qədər də yaxşı deyil. Amma sonda elə oldu ki, bir az sakitləşdilər. Oyun ərzində xoşagəlməz ifadələr eşidirdik. Buna baxmayaraq səbrli və təmkinli idik. Fikrimiz, diqqətimiz qarşılaşmaya yönəlmişdi. Bərabərlik qolundan sonra isə ara bir az da qarışdı”.

    Təcrübəli baş məşqçi bildirib ki, futbolçular da emosiyalarını qoruyub saxlaya bilməyiblər: “Sevincləri həddindən artıq çox oldu və bu, azarkeşləri qıcıqlandırdı. Bəzən biz məşqçilər də aqresiyamızı göstəririk və saxlaya bilmirik. Hər halda heç nədən çəkinmirdik. Ancaq oyunu fikirləşirdik. Bəzən belə hallar futbolçuların böyüməsinə, vətənə sevgisinin artmasına faydalı olur. Mən dünən bir daha bunun şahidi oldum. Hansısa cəza ala bilərik. Futbolçular 3-5 oyunluq cəzalana bilər, amma bunlar onların böyüməsinə fayda verir”.

    Qurbanov transfer məsələləri ilə bağlı da danışıb və bir neçə futbolçu ilə danışıq apardıqlarını söyləyib: “Son vaxtlar hər gün futbolçu almağa ümidimiz olub. Bu axşam, sabah “hə” və ya “yox” cavabı verə bilərlər. Danışıqlar çox ciddi formada gedir. Oyunçu götürmək istəyirik. Amma hələ ki, gözləyirik”.

  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oqtay Gülalıyevın sağlıq durumu ilə bağlı AÇIQLAMA+VİDEO

    Bu gün hüquq müdafiəçisi Oqtay Gülalıyev müayinə və müalicəsinin davam etdirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən EGE Hospitalına köçürülüb.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, hazırda həmin tibb müəssisəsində xəstənin instrumental və laborator müayinələri aparılır. Reanimasiya bölməsinə yerləşdirilən xəstənin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.

    Qeyd edək ki, O.Gülalyevin qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra o M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət etmişdi. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşmiş və təkrar olaraq Mərkəzə müraciət etmişdir.

    O.Gülalıyevin müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır.

  • Замминистра: Причиной пожаров в Ярдымлы является умышленный поджог

    Нынешний сезон считается наиболее интенсивным периодом пожаров.

    Об этом сообщил заместитель министра экологии и природных ресурсов Вугар Керимов.

    По его словам, в связи с пожаром в Лянкяране ведется расследование.

    “Несколько дней назад в горной местности со сложным рельефом и лесополосе в Ярдымлы и Лянкяране вспыхнули пожары. Они уже потушены подразделениями пожарной охраны МЧС совместно с сотрудниками Минэкологии и местными жителями.

    В основном сгорели кустарники, небольшая растительность. Проводится расследование в связи с пожаром в Лянкяране. По предварительным данным, причиной инцидента в Ярдымлы стал умышленный поджог. Так как были обнаружены вещественные доказательства этого. Они переданы правоохранительным органам”, – сказал В.Керимов.

    Замминистра отметил, что более 95% всех лесных пожаров связаны с человеческим фактором.

    “В результате несоблюдения гражданами правил безопасности во время отдыха на природе, непотушенных окурков сигарет и других подобных ситуаций и возникают пожары”, – сказал он.

    В.Керимов добавил, что создана рабочая группа для проведения предварительных подсчетов ущерба, нанесенному лесам при пожарах.

    “Данные будут обнародованы. Регулярно проводятся просветительские мероприятия по безопасности в лесах. Очень большое значение имеет возможность своевременно вмешаться в случае пожара”, – сказал он.

  • Nazir müavini: “Yardımlıda yanğın hadisəsi qəsdlə törədilib”

    “Bu fəsil yanğınların daha intensiv dövrü sayılır”.

    Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

    Onun sözlərinə görə, Lənkəranda baş verən yanğınla bağlı araşdırmalar aparılır:

    “Bir neçə gün əvvəl Yardımlı, Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğınlar baş verdi. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, ETSN-nin əməkdaşları və yerli sakinlərlə birlikdə artıq söndürülüb.

    Ərazidə əsasən kol-kos, xırda ölçülü bitkilər yanıb. Lənkəranda baş verən yanğınla bağlı araşdırmalar aparılır. Yardımlıda ilkin ehtimala görə yanğın hadisəsi qəsdlə törədilib. Çünki yanğını törədən alətlər tapılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır”.

    Nazir müavini qeyd edib ki, meşə yanğınlarının 95 faizindən çoxu insan faktoru ilə bağlıdır:

    “İnsanların təbiət qoynunda istirahət edən zaman təhlükəsizlik qaydalarına əməl etməməsi, siqaretdən istifadə edilən zaman söndürməməsi və digər bu kimi hallar nəticəsində yanğın hadisələri baş verir”.

    “Yanğınlar zamanı meşələrə dəyən ziyan barədə ilkin hesablamaların aparılması ilə bağlı işçi qrupu yaradılıb. Məlumatlar ictimailləşdiriləcək. Meşələrdəki təhlükəsizliklə bağlı daim maarifləndirilmə tədbirləri, təlim aparılır. Bunun çox böyük təsiri var ki, yanğın olan zaman vaxtında müdaxilə edə bilirik”, – deyə o qeyd edib.

  • Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak ediblər – FOTO

    Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən “Minalara qarşı əks tədbirlər – Dalğıc hazırlığı” kursunda iştirak edib.

    Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.

    Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.

  • Rafael Ağayev: “Bu, bütün Azərbaycanın qələbəsidir”

    “Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim. Amma evdən çıxanda buraya qızıl medal üçün gəlmişdim. Bəzi idmançılar kimi kimisə gözdən salmıram”.

    “Report”un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev deyib.

    75 kq çəki dərəcəsində çıxış edən idmançı bəzi idmançıların olimpiadaya gəzmək üçün gəldiyini bildirib: “Buna baxmayaraq mən qızıl medal üçün gəlmişdim. Təəssüflər olsun ki, gümüş medal qazandım”.

    Təcrübəli karateçi finalda hakim haqqsızlığı ilə üzləşdiyini söyləyib: “Mən bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma çox sağ ol, deyirəm. Fürstədən istifadə edib, bütün xalqımı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənim yanımda olubsa onlara çox sağ ol deyirəm. Ölkəmizin prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirirəm. Şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. Heç nəyi unutmaq olmaq. Bütün müəllimlərimi bağrıma basıram. Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, növbəti yarışa hazırlaşacağam

  • Çin ən iri yemək çatdırma xidmətini 1 milyard dollar cərimələyəcək

    Çin bazardakı dominant mövqeyindən sui istifadəyə görə ölkənin ən iri yemək çatdırma xidməti – “Meituan” şirkətini 1 milyard ABŞ dolları cərimələməyə hazırlaşır.

    Şirkətin onun xidmətinə qoşulan müəssisələri rəqiblərin analoji platformaları ilə əməkdaşlıqdan imtinaya məcbur etdiyi deyilir.

    “Meituan”a qarşı təhqiqat bu ilin aprel ayında başladılıb. Həmin vaxt Çinin antiinhisar orqanı analoji pozuntulara görə “Alibaba”nı 2,8 milyard dollar məbləğində cərimələyib.