Month: August 2021

  • Ötən gün 115 nəfər toya buraxılmayıb

    Avqustun 28-də və 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq dörd şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

    – 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

    – bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

    – 115 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  • Kabildə avtomobil raketlə vuruldu

    Avqustun 30-u səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərində bir neçə partlayış baş verib.

    Bu barədə CNN televiziya kanalının jurnalisti məlumat verib.

    “Son bir saat ərzində Kabildə partlayış səsləri eşidildi”, – deyə CNN-nin jurnalisti vurğulayıb.

    O, partlayışların təfərrüatı barədə hələlik heç bir məlumata sahib olmadığını bildirib.

    Bundan əlavə, yerli mətbuat yazır ki, bu gün Kabildə hava limanına doğru hərəkət edən avtomobil raketlə vurulub.

    İnsident nəticəsində ölən və yaralılar barədə hələlik məlumat verilmir.

  • В Мингячевире у бывшего заключенного изъяли героин

    Сотрудники горотдела полиции Мингячевира провели операцию по борьбе с незаконным оборотом наркотиков, в ходе которой был задержан житель города Бабек Мухтаров, ранее неоднократно судимый по различным статьям Уголовного кодекса АР.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    При личном досмотре у него был обнаружен и изъят героин.

    По данному факту в Мингячевирском ГОП возбуждено уголовное дело.

  • Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Mingəçevir şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Babək Muxtarov saxlanılıb.

    Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

    Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

  • В связи со взрывом в пекарне в Ширване возбуждено уголовное дело

    29 августа около 23:50 в прокуратуру города Ширвана поступила информация о гибели одного человека в результате взрыва в хлебопекарном цехе на улице Т.Исмайылова.

    В ходе расследования было установлено, что из-за взрыва, вызванного утечкой газа на объекте, установленная рядом с ним и предназначенная для нагревания воды железная печь отлетела и попала в припаркованный в 60 м от пекарни автомобиль, задев стоявшего рядом Заура Алиева. Мужчина скончался на месте от полученных травм.

    По данному факту возбуждено уголовное дело по статьям 124.1 (убийство по неосторожности) и 187.1 (уничтожение или повреждение чужого имущества вследствие неосторожного обращения с огнем или другим источником повышенной опасности с причинением значительного ущерба) УК АР.

    В настоящее время ведется следствие.

  • Çörəkbişirmə sexindəki partlayışla bağlı cinayət işi açıldı – RƏSMİ

    Avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörək bişirmə sexində partlayış baş verməsi nəticəsində bir nəfər şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Şirvan şəhər prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən sexdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində sexin yaxınlığında quraşdırılan, suyun qızdırılmasını təmin edən dəmir sobanın 60 metr uzaqlıqda olan avtomobilə çırpıldıqdan sonra yaxınlıqda dayanan Zaur Əliyevə dəyib, sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.

  • В Гяндже скончался молодой человек, впавший в кому в результате драки

    Житель Гянджи скончался в больнице.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Сахиб Абдуллаев (1983 г.р) в результате драки с проживающим в Самухском районе Эльмаром Аскеровым (1998 г.р.) ударился головой о тротуар, после чего впал в кому.

    Он был госпитализирован, но врачам не удалось спасти его жизнь.

    По данному факту возбуждено уголовное дело.

  • Gəncədə döyüldükdən sonra komaya düşən şəxs vəfat edib

    Gəncə şəhər sakini xəstəxanada vəfat edib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Belə ki, 1983-cü il təvəllüdlü şəhər sakini Sahib Abdullayev Samux rayon sakini 1998-ci il təvəllüdlü Elmar Əsgərovla əlbəyaxa dava edib.

    S.Abdullayev yıxılaraq başı səkiyə dəyib və komatoz vəziyyətə düşüb.

    O, xəstəxanaya çatdırılsa da, onun həyatın xilas etmək mümkün olmayıb.

    Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.

  • Вниманию абитуриентов: сегодня завершается выбор специальностей

    Сегодня в 23:59 завершается выбор специальностей в высшие учебные заведения.

    Данный этап начался 20 августа и проводился в электронном формате на сайте Государственного экзаменационного центра (ГЭЦ).

    Абитуриенты также могут обратиться в Центры консультирования абитуриентов, созданные в Баку и регионах.

    Расположенные в Баку центры, помимо будних дней, работают и в выходные, а в регионах – в субботу с 10.00 до 17.00.

  • Abituriyentlərin NƏZƏRİNƏ: Bu gün ixtisas seçimi başa çatır

    Bu gün ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır.

    İxtisas seçimi avqustun 30-u, saat 23:59-da başa çatır. Bunu nəzərə alaraq, Bakıda – ali təhsil müəssisələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri” həftə içi günlərindən əlavə şənbə və bazar günləri, regionlarda olan mərkəzlər isə şənbə günü də fəaliyyətlərini davam etdirəcəklər.

    Mərkəzlər saat 10:00-dan 17:00-dək işləyirlər.

    Qeyd edək ki, ixtisas seçimi avqustun 20-dən başlayıb və Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır.