Month: August 2021

  • “Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır – RƏSMİ

    “Hazırda, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır”.

    Bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.

    O bildirib ki, “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd hissəsinin uzunluğu 123.8 kilometrdir:

    “Yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

  • ABŞ-da təyyarə qəzası: Göyərtədə olanların hamısı ölüb

    ABŞ-ın Alyaska ştatında ekskursiya təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan altı nəfərin hamısı həlak olub.

    RT xəbər verir ki, bu barədə “Alaska Public Media” ştatın sahil mühafizə xidmətinə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, qəza Ketçikan şəhərindən 12 kilometr məsafədə qoruq ərazisində baş verib.

  • Английский сайт опубликовал статью о проекте Youtube-канала VMedia по разоблачению фейков армянской пропаганды

    Английский сайт The London Post опубликовал статью, посвященную проекту под названием “Пари на миллиард долларов”, который стартовал На Youtube-канале VMedia и направлен на разоблачение мегафейков армянской пропаганды и т.н. “исторической науки”.

    Авторы проекта готовы заплатить указанную сумму каждому, кто сможет опровергнуть приводимые ими факты.

    По мнению создателей проекта, столь внушительные деньги призваны подчеркнуть масштабность разоблачаемых фейков, которые являются краеугольными камнями официальной армянской историографии и пропаганды.

    Именно эти мегафейки и строящаяся на них политика армянского государства являются причиной того, что на Южном Кавказе уже более века ведутся кровопролитные войны, а регион никак не может перейти к мирному сосуществованию.

    На канале VMedia уверены, что спрос на такой проект существует, прежде всего, в самом армянском обществе, поэтому он выходит “В рамках информационно-просветительской поддержки армянской общественности”. Первый фильм называется “Почему уже более века на Южном Кавказе ведутся войны?”.

  • Britaniya mediası erməni yalanlarını ifşa edən “YouTube” layihəsindən yazdı

    Britaniyanın “The London Post” nəşri “VMedia” “YouTube” kanalının erməni təbliğatını və “tarix elminin” meqafeyklərini ifşa edən “Milyard dollarlıq mərc” adlı layihəsi barədə yazıb.

    Məqalədə bildirilir ki, layihənin müəllifləri, gətirdikləri faktları təkzib edə biləcək hər kəsə bu məbləği ödəməyə hazırdır. Layihə yaradıcılarının fikrincə, məbləğin bu qədər böyük olması rəsmi erməni tarixşünaslığının və təbliğatının təməl daşı olan saxtakarlıqlarının ifşasının miqyasını vurğulamaq üçündür.

    “VMedia” kanalı əmindir ki, belə bir layihəyə tələbat ilk növbədə Ermənistan cəmiyyətinin özündə mövcuddir. Məhz bu səbəbdən də layihə “Erməni cəmiyyətinə məlumat və təhsil dəstəyi çərçivəsində” efirə çıxır…

  • Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

    2021-ci ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 2 milyard 94,5 milyon manat olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 749,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,5 faizini təşkil edib.

    2021-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq 233,9 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,7 faiz artaraq 201,6 milyon manat olub.

  • Qurban Qurbanov: “Bakıda mərhələni keçməyə çalışacağıq”

    “Səfər qolu əvvəl üstünlük idi. Amma indi belə deyil”.

    “Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

    49 yaşlı mütəxəssis bərabərliyin pis nəticə olmadığını bildirib: “Hər iki komanda üçün vəziyyət eynidir. Biz Bakıdakı oyunda mərhələni keçməyi düşünəcəyik. Qol vurmaq və qol buraxmamaq üçün çalışacağıq”.

    Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq.

  • Генпрокурор Азербайджана встретился с Васифом Талыбовым

    Генеральный прокурор Азербайджана Кямран Алиев, находящийся с визитом в Нахчыванской Автономной Республике по поручению Президента Азербайджана Ильхама Алиева встретился с Председателем Верховного Совета НАР Васифом Талыбовым.

    Об этом сообщает пресс-служба Генпрокуратуры.

    Как отмечается, в ходе встречи К.Алиев подчеркнул, что Прокуратуре и Военной прокуратуре Нахчыванской Автономной Республики будет и дальше оказываться внимание и поддержка.

    На этом рабочий визит делегации во главе с Генпрокурором Азербайджана в Нахчыван завершился.

  • “Bu ölkələrdə yeni variantların yaranma riski var” – ÜST-dən xəbərdarlıq

    Vaksin olmayan ölkələrdə koronavirus infeksiyasının intensiv yayılması daha təhlükəli variantların yaranması ehtimalını artırır.

    “İzvestiya”nın məlumatına görə, bu barədə ÜST-dən bildirilib.

    Qurumdan bildirilir ki, sözügedən vəziyyət mövcud preparatların effektivliyini aşağı sala bilər. Buna görə də böyük həcmdə peyvənd ehtiyatı olan ölkələr onu digərləri ilə bölüşməlidir.

    “Bir çox ölkələrin peyvənd çatışmazlığından əziyyət çəkdiyi bir vaxtda bu preparatların böyük ehtiyatına sahib ölkələr onları bütün əhalisini təmin etmək üçün özündə toplamamalıdır. Peyvəndi olmayan ölkələrdə virusun intensiv yayılması infeksiyanın daha təhlükəli variantlarının yaranması ehtimalı artırır. Bunun nəticəsində preparatların effektivliyi aşağı düşə bilər”, – deyə ÜST-dən qeyd olunub.

  • Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    Cəlilabad rayonunda yol qəzası baş verib.

    “Report” xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində, Diaqnostika müalicə mərkəzi yaxınlığnda qeydə alınıb.

    Belə ki, “Tofaş” markalı minik avtomobili idarəetməni itirərək aşıb.

    Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alıblar.

    Onlar rayon xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Mövlud Çavuşoğlu: “Ceyhun Bayramovla hər gün telefonla danışırıq”

    “Fərqli ölkələrdən təkliflər var. Dünən dedik ki, Azərbaycandan bir təyyarə və 40 yanğınsöndürən avtomobil 150 nəfərlə yola düşəcək. Təyyarə 10 şəxsi heyətlə Dalaman şəhərinə eniş edib. Yanğınsöndürən avtomobillər də Gürcüstandan keçir. Onlar Türkiyəyə gəlirlər”.

    “Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    Onun sözlərinə görə, meşə yanğınları ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı olub.

    “Qardaşımla hər gün telefonla danışırıq. NATO-nun baş katibi Yens Stoltenberqlə də telefon danışığımız baş tutub. NATO-nun qurudan yardımla bağlı bəzi missiyaları var, lakin Avropada və ya müttəfiq ölkələrdə də güclü yanğınlar var. Şimali Makedoniya istisna olmaqla, heç kim bu mexanizmdən istifadə etməyib. Dostlarımızın qiymətləndirməsinə görə, NATO -nun yerdən dəstəyinə ehtiyac olmadığını düşünürük. Daha böyük bir şey olarsa, Allah qorusun, çəkinməyəcəyik. Axı biz NATO üzvüyük”.