Month: August 2021

  • Ağdamda İran mərmiləri tapıldı – FOTO

    ANAMA əməkadşları Ağdamın Zəngişalı kəndinin ərazisində İran istehsalı olan 81 mm çaplı iki minaatan mərmisi tapıblar.

    Median.Az bildirir ki, kənd atəşə tutularkən düşmənin minaatanlardan atdıqları bu mərmilər təsadüf nəticəsində partlamayıbmış.
    Mərmilər məhv edilmək üçün poliqona aparılıb.

    Mərmilər məhv edilmək üçün poliqona aparılıb.

  • На трассе Евлах-Барда произошла авария, пострадали три человека

    В Евлахском районе произошло ДТП.

    Как сообщает Report, авария зарегистрирована на участке автодороги Евлах-Барда.

    В результате столкновения автомобиля марки VAZ с другим транспортным средством, пострадали Джахид Акберзаде (2019 г.р.), Рашид Гулиев (1979 г.р.) и Гюляр Гулиева (1987 г.р.). Раненые госпитализированы.

    По данному факту ведется расследование.

  • Lionel Messi “Barselona” ilə vidalaşdı – RƏSMİ

    Argentina millisinin futbolçusu Lionel Messi İspaniya “Barselona”sı ilə yollarını ayırıb.

    “Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

  • Oqtay Gülalıyevin vəziyyəti pisləşib

    “Hüquq müdafiəçisi Oqtay Gülalıyevin qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib”.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev feysbuk hesabında yazıb.

    O bildirib ki, bu gün səhər saatlarında qastrostomiya borusu boşluqdan çıxdığı üçün, atası Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparılıb:

    “Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər. Onu da qeyd edim ki, daha öncədən TƏBİB-in dəstəyi ilə həmən xəstəxanada qastrostomiya borusunun bərpası olmuşdu. Günün ikinci yarısında həkimin razılığı ilə evə gətirildikdən sonra, qastrostomiya borusu ilə yemək verildikdə, titrəməyə başlayıb və temperaturu 40-42 dərəcəyə qədər yüksəlib. Təcili olaraq KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanasına gətirilib və həkimlər vəziyyətinin kritik olmasına səbəbi beyinlə əlaqələndirir. Hazırda vəziyyətinin normallaşması və KT olunması üçün reanimasiyaya alınacaq”.

    Oğlu qeyd edib ki, O.Gülalıyevlə bağlı durumlar TƏBiB-in nəzarəti altındadır.

  • Месси уходит из “Барселоны” – ОФИЦИАЛЬНО

    Лионель Месси покидает “Барселону”. Заявление об этом появилось на официальном сайте клуба, передает sports.ru.

    “Несмотря на договоренность между клубом и игроком, а также встречное жаление подписать новый контракт, это невозможно из-за финансовых и организационных обстоятельств”, – говорится в информации.

    Это случилось из-за финансовых проблем “Барселоны” и строгости Ла Лиги. Там существует жесткое финансовое регулирование: объем трат должен зависеть от заработков клуба – у каталонцев не получается соответствовать, поэтому новые контракты лига зарегистрировать не может.

  • Ağdamda beynəlxalq konfrans keçiriləcək

    Sentyabrın 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun iştirakı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

    Fonddan “Report”a verilən məlumata görə, konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada təşkil olunacaq.

    İkigünlük konfrans zamanı “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı” istiqamətlərində müzakirələr aparılacaq.

    Konfransın məqalə və tezislər toplusu nəşr ediləcək. Nəşr olunacaq məlumatlar Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.

    Məqalə və tezislərin aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməsi, məqalə mətnlərində göstərilən bölmələrin olması əsas şərtdir:

    – “Microsoft Word” (A4) formatında, “Times New Roman” şrifti ilə (hərflərin ölçüsü – 12; sətirlərarası interval – 1,15; kənardan məsafələr: soldan – 3 sm, sağdan – 1 sm, yuxarı və aşağı 2 sm);

    – Məqalənin həcmi 15 000-20 000 , tezislərin həcmi 2 000-2 500 işarə arasında olmalıdır;

    – Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə,11 şriftlə, məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır.

    – Problemin qoyuluşu (yaxud Giriş); – Təhlil və qiymətləndirmə;

    – Nəticə və təkliflər.

    Məqalələr sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Qeyd etmək lazımdır ki, göstərilən tarixə qədər göndərilməyən, konfransın elmi istiqamətlərinə uyğun gəlməyən məqalə və tezislər qəbul edilməyəcək.

    Əlaqə üçün: +99412 5999997 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı

  • Macarıstanda 2037-ci ilədək “Formula 1” yarışları keçiriəcək

    “Formula 1” üzrə Macarıstan Qran-prisi 2037-ci ilədək təqvimdə yer alacaq.

    “Report” “Race Fans” nəşrinə istinadən xəbər verir ki, yarış rəhbərliyi uzunmüddətli müqavilə ilə bağlı qarşı tərəflə razılığa gəlib.

    Qeyd edək ki, “Hunqarorinq” transındakı ilk yarış 1986-cı ildə keçirilib. Qran-pri o vaxtdan dünya çempionatının təqviminə daxil edilib.

  • Sahibə Qafarova İran Prezidentinin andiçmə mərasimində iştirak edib

    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.

    Bu barədə Milli Məclis məlumat yayıb.

    Bildirilib ki, avqustun 5-də nümayəndə heyətimiz İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib.

    İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

    Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане – ФОТО

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 63 623 человек.

    При этом 39 940 из них получили первую дозу препарата, 23 683 – вторую.

    Об этом 5 августа сообщил Оперативный штаб при Кабинете министров.

    Отмечается, что на сегодняшний день в стране в вакцинации от коронавирусной инфекции принял участие 5 251 051 человек.

    Из них 3 053 560 получили первую дозу препарата, 2 197 491- вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 623 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 683 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 251 051, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 053 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 197 491 təşkil edir.