Month: August 2021

  • Narkotiklə tutulan şəxsin oğurluq əməllərinin üstü açıldı

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklə tutulan şəxsin oğurluq əməllərinin üstü açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb.

    Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.

    S.Kamranzadə barəsində Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

  • Türkiyədə istilik elektrik stansiyası meşə yanğını ilə əlaqədar yanır

    Türkiyədə meşə yanğını ölkənin cənub-qərbində, Muğla əyalətinin Milas şəhəri ərazisində istilik elektrik stansiyasının alışmasına səbəb olub.

    “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Məhəmməd Tokat bildirib.

    “Alov istilik elektrik stansiyasını bürüdü, heyət təxliyə edilir, – mer tvitter sosial şəbəkəsindəki hesabında yazıb.

    Kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli ölkənin cənubunda 14 meşə yanğınının söndürülməsinin davam etdiyini xəbər verib. O, qeyd edib ki, kurort əyalətləri Antalya və Muğlada yanğınlara qarşı mübarizə davam edir.

    Səhiyyə naziri Fahrettin Koca isə meşə yanğınları zamanı ölənlərin sayının 8 nəfərə, zərərçəkənlərin sayının isə 864 nəfərə yüksəldiyini bildirib.

  • Azərbaycanın dövlət qurumu ABŞ-a qoyduğu qadağanı ləğv etdi

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina və Şimali Karolina ştatlarında qeydə alınmış aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilir ki, bununla əlaqədar, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, ABŞ-ın Cənubi Karolina və Şimali Karolina ştatlarından bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib.

    Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

  • “Ona görə də, dişlər zədələnir və ləkələnir…”

    Stomatoloji narahatlıq olan dişləm problemini aradan qaldırmağın bir sıra metodları var. Son dövrlər ən çox istifadə edilən metodlardan biri də breketlə müalicədir. Breketlər vasitəsilə üst və alt çənəni düzgün formada otuzdurmaq mümkündür. Ümumiyyətlə, dişləm üst və alt çənənin düzgün düzülüşünə deyilir. Bəzən üst və alt çənənin ölçü anomaliyalarında fərqlər olur. Normalda üst dişlər daha geniş sırada düzülməli və alt dişləri tam örtməlidir. Yəni, üst və alt dişlər kilid kimi bir-birinə oturmalıdır. Belə olmadıqda, distal və yaxud da medial dişləm əmələ gəlir. Bu, üst çənənin lazımından çox inkişaf etməsindən ya da alt çənənin inkişafsız qalmasından yarana bilər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-stomatoloq Aynur Xəlilova məlumat verib.

    Bildirib ki, breket yerləşdirildikdən sonra xüsusi tellər vasitəsilə güc tətbiq edərək dişləri düzgün formaya salmaq mümkündür. Nəzərə almaq lazımdır ki, dişləmində problem olan pasiyentlərdə təkcə estetik görüntü pozulmur, ağız boşluğunda funksional narahatlıqlar da baş verir. Müalicə nəticəsində pasiyentin dişlərinin həm estetik gözəlliyi, həm də çeynəməsi funksional olaraq bərpa edilir.

    Həkim-stomatoloq vurğulayıb ki, breketlərdən istifadə əvvəlki illərlə müqayisədə daha rahatdır: “Müasir dövr estetik gözəlliyi çox tələb etdiyi üçün daha estetik görünüşlü breketlər icad edilib. Əvvəllər yalnız klassik formalı metallik breketlərdən istifadə edilirdisə, indi müxtəlif materiallı daha şəffaf vasitələr var. Bunlar safir, keramik və kompozit materiallı breketlərdir. Belə breketlər uzaq məsafədən çox da görünmədiyi üçün kompleksli pasiyentlərə daha çox təklif edilir. Hətta elə növ breketlər var ki, dişin üst səthindən deyil, arxa səthindən düzülür. Belə breketlərin həm müsbət, həm də mənfi cəhətləri var. Mənfi tərəfi odur ki, pasiyentin breketə öyrəşmə dövrü çətin keçir. Danışıq prosesi bir müddət çətinləşir”.

    A.Xəlilova, həmçinin breketli dişlərə xüsusi qulluq qaydası barədə də məlumat verib: “Breketlər dişlərdə heç bir ləkə əmələ gətirmir. Ləkəni əmələ gətirən breket taxıldıqda diş ətrafında toplanan ərpdir. Pasiyenlər dişlərin ya gigiyenasına əməl etmir, ya da fırçalamaq üçün yanlış texnikadan istifadə edirlər. Nəticədə, tərkibində çoxlu bakteriyalar olan ərplər əmələ gəlir və bakteriyaların ifrazatı turş mühit yaradır. Ona görə də, dişlər zədələnir və ləkələnir. Ümumiyyətlə, breketli dişlərin xüsusi qulluq qaydası var. Müalicəyə başlayan pasiyentlər mütləq qaydada təlimatlandırılırlar. Gigiyenaya riayət etmək müalicənin önəmli hissələrindən biridir. Çünki breket ətrafı toplaşmış ərplər və daşlar pasiyentə diskonfort yaratmaqla bərabər, sağalma prosesini də ləngidir. Təlimatlara fırçalama texnikası, düzgün vasitələrin seçilməsi daxildir.

    Breket müalicəsinə başlamazdan öncə ağız boşluğunda olan bütün problemlər həll olunmalıdır. Xüsusi diaqnostika aparılmalıdır. Diaqnostikaya rentgenoloji müayinə və ümumi baxış daxildir. Nəticədə, kariyesləri və çəkiləsi dişləri müəyyən etmək lazımdır. Yəni, breket müalicəsinə ağız boşluğundakı problemləri aradan qaldırdıqdan sonra başlamaq məsləhətlidir. Çünki breket müalicəsi uzunmüddətlidir. Əks halda, müalicə müddətində dişlərdə baş verən problemi aradan qaldırmaq bir az çətin olur”.

  • Sakinlərdən iddia: Yardımlı rayonunda son illər ərzində üç milyondan çox ağac qırılıb

    Yardımlı rayonunun Bərcan kəndinin bir qrup sakini redaksiyamıza məktubla müraciət ediblər. Onlar ekoloji terrorla bağlı həyəcan təbili çalırlar.

    Məktubu təqdim edirik:

    “Bir neçə gün əvvəl qardaş Türkiyədə baş verən meşə yanğınları ölkənin böyük əhazisində meşələrin məhvi ilə nəticələndi. Məlum oldu ki, meşələrin əvvəlki vəziyyətinə qaytarılması üçün on illər lazımdır. Bu hadisə bütün dünyanı narahat etdi və qardış Türkiyəyə yardımlar başladı.

    İki gün əvvəl isə oxşar hadisə bizim Yardımlı rayonunda baş verdi, bir neçə hektar meşə sahəsi yanaraq məhv oldu.

    Çox təəssüflə bildiririk ki, bizim Yardımlı rayonunda meşələrin məhvi artıq neçə illərdir ki başlanıb və indiyədək nəinki azalır, hətta daha da genişlənir.

    Vaxtilə meşələrlə örtülü dağ yamacları və kəndin ətrafındakı sahələrdə artıq ağaclar yoxdur. Hər il hektarlarla meşə sahəsi qırılır, kəndimizin səfalı meşə sahələrini düzənliklər əvəz etməkdədir.

    Ən pisi də budur ki, meşələri yerli əhali, özü də məcburiyyətdən qırmalı olur. Bunun səbəbi kəndimizdə təbii qazın olmamasıdır. Yardımlının bir hissəsində qaz olsa da, kəndlərin hələ də böyük hissəsinə qaz çəkilməyib. Rayonumuzun əhalisinin isə 90%-i kəndlərdə yaşayır. Nəticədə əhali, yerli sakinlər olaraq qışda istiliyə olan tələbatı ödəmək üçün odun yığmalı və meşələri qırmalı oluruq.

    Sadə bir hesablama vəziyyətin hansı hala çatdığını və meşələrin necə sürətlə qırıldığını göstərir. Təsəvvür edin, rayonumuzda hər kənddə orta hesabla 150 ailə yaşayır. Qaz

    olmadığı şəraitdə sərt və soyuq keçən qışı keçirmək üçün hər ailəyə orta hesabla 3 yük avtomobili oduna ehtiyac var. Nəticədə qış mövsümündə təkcə bir kənddə 500 avtomobil ağac yığılır, bu isə ildə 1300-1500 ağacın qırılıması deməkdir. Son 20 ildə bu səbəbdən təkcə bizim kənddə 40 mindən artıq, bütün rayon üzrə isə 3 milyondan artıq ağac qırılıb. Bu – yüzlərlə və minlərdə hektar meşə ərazisi deməkdir.

    Son illərdə hökumət ekologiyaya, meşələrin və yaşıllıqların qorunmasına böyük diqqət ayırır, yeni meşə sahələri salınır, ağaclar əkilir və sair işlər görülür. Bu işlərə böyük vəsaitlər və resurslar sərf edilir.

    Amma rayonlarımızda, xüsusilə gəliş gediş çətin olan dağ rayonlarında onlardan qat-qat artıq meşələrimiz dayanmadan məhv edilir. Meşələrin qırılması bizim təbiətə və rayonumuzun bitki-heyvan aləminə, ekologiyasına, havasına və suyuna böyük zərər vurur.

    Bu əsl faciədir!

    Bu ağacların bərpasına illərlə, on illərlə vaxt tələb olunur, bəlkə də bu heç mümkün olmayacaq. Bunun mənfi nəticələrini təkcə biz deyil, gələcək nəsillərimiz də görəcək. Övladlarımız təbiətlə belə rəftarı bizə bağışlamayacaq.

    21-ci əsrdə Azərbaycan kimi inkişaf etmiş ölkədə meşələrin sadəcə qışda isinmək üçün qırılması yolverilməzdir, bu nə bizim xalqımıza, nə də ölkəmizin sosial-iqtisadi vəziyyətinə uyğun gəlir.

    Bu meşələrin qırılması nəticəsində dəyən zərər kəndlərə qazın çəkilməsi üçün xərclənəcək vəsaitdən qat-qat böyükdür, ümumiyyətlə bu xərc dəyən zərərlə müqayisəyə gəlməz”.

  • Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

    Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir şəhərində, “Qırmızı körpü” adlanan yerdə qeydə alınıb. “VAZ-2107” və “VAZ-21011” markalı avtomobilərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Xəsarət alanlardan biri – Nazim Hüseynov Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Чавушоглу: Завтра из Азербайджана прибудут 150 человек, 40 пожарных машин и самолет

    Глава МИД Турции Мевлют Чавушоглу провел совместную пресс-конференцию с другими министрами в Координационном центре Управления по борьбе со стихийными бедствиями и чрезвычайными ситуациями (AFAD) в Манавгате.

    Как сообщает TRT Haber, во время выступления он отметил, что завтра в Турцию из Азербайджана в целях борьбы с лесными пожарами прибудут 150 человек, 40 пожарных машин, а также самолет с экипажем из 10 человек.

  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.

    Bu barədə “Report” FHN-ə istinadən xəbər verir.

    Ötən gün Türkiyə və Azərbaycan yanğınsöndürənlərinin birgə səyi nəticəsində Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb. Eyni zamanda, Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisar istiqamətində davam edən yanğın ocaqlarının söndürülməsi istiqamətində lazımi tədbirləri davam etdirirlər.

  • Banqladeşdə ildırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürüb

    Banqladeşdə toy mərasiminin 16 iştirakçısını ildırım vurub.

    “Report”un məlumatına görə, bu barədə polisə istinadən yerli “Daily Bangladesh” nəşri bildirib.

    Məlumata görə, hadisə ölkənin şimalında Şibqanc dairəsində, mərasimin qonaqları Padma çayında qayıqda üzən zaman baş verib.

    Polis bildirib ki, hadisə zamanı azı 6 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanalara çatdırılıblar. Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.

  • Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

    Bu gün batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.

    Fövqəladə Hallar Nazirliyindən milli.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Corat”, “Mərdəkan” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.