Month: August 2021

  • В Украине убит азербайджанец

    В Украине совершено убийство гражданина Азербайджана.

    Как сообщает Report, житель села Ирмашлы Шамкирского района Лачын Мамедов (1996 г.р.) был убит в городе Одесса выстрелом из огнестрельного оружия.

    Отмечается, что преступление совершено членами организованной преступной группировки.

    О причинах убийства официальной информации пока не поступало.

    Сотрудники местных правоохранительных органов ведут расследование по данному факту.

  • Pediatr: D vitamini qaraciyər və böyrək xəstəliyi olan uşaqların orqanizminə inyeksiya şəklində yeridilməlidir

    Uşaqlarda sağlamlıq göstəricilərindən biri də boyun artımıdır. Boy inkişafına əngəl yaradan səbəblər fizioloji və patoloji ola bilər. Fizioloji problemlər, xüsusilə genetika, patolojilər isə orqanizmdə baş verən xəstəliklərlə əlaqədardır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-pediatr Afət İbrahimli uşaqlarda boy qısalığı barədə danışarkən söyləyib.

    Pediatr bildirib ki, uşaqlarda boyun inkişafının ləngiməsi dövrün aktual problemlərindəndir: “Uşaqların boyu genetik səbəblərdən valideynlərinin boyuna uyğun olur. Genetik meyillər nəzərə alınmaqla, uşaqların boyunu xüsusi düstur ilə hesablamaq mümkündür. Düstura əsasən, ananın boy göstəricisi ilə atanın göstəricisi toplanaraq 2-yə bölünür. Müəyyən edilir ki, uşağın boyu alınan ədəddən 6 vahid çox və ya az ola bilər. Oğlanların 19-20, qızların isə 17-18 yaşlarında bu düstur ilə hesablama aparıb boyun maksimum nə qədər ola biləcəyi barədə məlumat əldə etmək mümkündür.

    Patoloji boy geriliyinin bir çox səbəbləri var. Boy artımının ləngiməsi şikayəti ilə müraciət edənlərin təxminən 80 faizində patoloji boy geriliyinə rast gəlinir. Buna səbəb boy geriliyindən şikayət edən xəstənin yanaşı xəstəlikləridir. Diaqnostika zamanı, ilk növbədə, sol əl-biləyin rentgenoqrafiyası edilir və boyun artma ehtimalı falanqalar arasındakı müəyyən böyümə zonalarına əsasən müəyyən olunur. Nəzərə almaq lazımdır ki, uşağın kəmik yaşı ilə, bioloji yaşı fərqlidir. Kəmik yaşı uşağın bioloji yaşından az ola bilər. Yəni, bu da boy artımının əsas göstəricilərindəndir. Orqanizmi idarə edən bir sıra endokrin vəzilər var. Boy artımını təmin edən endokrin vəzilərdən biri də hipofizdir. Valideynlər bilməlidir ki, endokrin vəzilərində problemi olan uşaqların boy artımı ləngiyə bilər”.

    A.İbrahimli deyib ki, körpələrdə boyun inkişafı ana bətnində olarkən başlayır: “Gələcəkdə övladının boyunun uzun olmasının istəyən analar hamiləlik dövründə sağlam qidalanmalı, zərərli vərdişlərdən uzaq durmalıdırlar. Uşağın ən sürətli böyümə dövrü bir yaşa qədərdir. Yəni bir il ərzində uşaqlarda təxminən 25 santimetr boy artımı baş verir. Bu müddət ərzində uşaqlarda, hətta hansısa patologiya olsa da, boy uzanır. Körpənin birinci ilinin ilk aylarında boy daha çox uzansa da, sonra proses tədricən zəifləyir”.

    Boy artımını ləngidən əsas səbəblərdən birinin D vitamini əskikliyi olduğunu bildirən həkim-pediatr protokollara əsasən, körpəyə iki həftəliyindən iki yaşına qədər bu vitamini qəbul etdirməyin vacibliyini vurğulayıb: “D vitamini uşağın iki yaşından sonra onun gündəlik tələbatına uyğun olaraq müəyyən edilir. Bu yaşlarda uşağa D vitamini verən valideynlərə məsləhət görərdim ki, ildə ən azı bir dəfə analiz verərək vitamininin qandakı miqdarını yoxlatdırsınlar. Əgər qanda D vitamininin miqdarı normadan aşağı olarsa, dozalanma müalicəvi olaraq həyata keçirilməlidir. Apteklərdə satılan D vitamini preparatlarının qablaşdırmalarının üzərində qeyd edilən profilaktik dozadır. Həmin doza ilə uşağın D vitamininə olan tələbatını ödəmək mümkün deyil. Nəticədə, uşağın boyunda geriləmə müşahidə edilə bilər”.

    Pediatrın dediyinə görə, qaraciyər və yaxud da böyrəklərlə əlaqədar autoimmun xəstəlikləri olan uşaqlarda da boy geriliyinə rast gəlinir. Çünki qəbul edilən D vitamini yalnız müəyyən mərhələlərdən keçdikdən sonra orqanizm tərəfindən mənimsənilir. Qaraciyər və ya böyrək xəstəliyi olan uşaqların orqanizmi isə oral yolla və yaxud da günəşdən alınan D vitaminini mənimsəyə bilmir. Belə uşaqlarda D vitamini orqanizmə inyeksiya şəklində yeridilir. Yalnız bundan sonra boyda artım baş verir.

  • Azərbaycanda yüksək vəzifəyə təyinat oldu

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) yeni təyinat olub.

    Oxu24.com bildirir ki, Anar Rzayev DANX-ın yeni rəis müavini təyin edilib.

    Qurumun mətbuat katibi Nuridə Allahyarova faktı Trend-ə təsdiqləyib.

    A.Rzayev indiyə qədər müxtəlif xarici nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

  • Yaxın 10 ildə doğulacaq qız uşaqları ilə bağlı qorxulu proqnoz

    Yaxın 10 ildə dünyada 4,7 milyon daha az qız dünyaya gələcək.

    Bu barədə AFP xəbər verib.

    Bu, kişi nəslinə olan üstünlüklərdən qaynaqlanır.

    Alimlər 1970 -ci ildən bəri kişilərin qadınlara nisbətinin artdığı ölkələrə diqqət yetirərək iki ssenari modelləşdiriblər: Nəticə etibarilə, birinci ssenariyə əsasən, 2030-cu ilə qədər ölkələrdə 4,7 milyondan az yeni doğulmuş qız olacaq. İkinci ssenariyə görə, 2100 -cü ilə qədər bu rəqəm dünyada 22 milyonu keçəcək.

    Elm adamlarının araşdırmalarına görə, doğulan qızların sayında proqnozlaşdırılan azalma 2030 -cu ilə qədər dünya əhalisinin təxminən üçdə birində gənc kişilərin çox olmasına səbəb olacaq, bu da cəmiyyətə zidd davranışlara və şiddətə səbəb ola bilər.

    Tədqiqatçılar əlavə edirlər ki, son 40 ildə Cənub-Şərqi Avropa ölkələrində, eləcə də Cənubi və Şərqi Asiyada uşaqların cinsiyyəti ilə əlaqəli abortların sayı artmaqdadır

  • Обнародована последняя статистика по коронавирусу в Турции

    Обнародована последняя статистика по коронавирусу в Турции.

    Как сообщает HaberGlobal, суточное число заражений в стране приблизилось к 27 тысячам.

    Так, за последние 24 часа в стране было проведено 262 048 тестов на выявление COVID-19.

    Результаты 26 822 из них оказались положительными.

    122 человека стали жертвами коронавируса.

    Число вылечившихся от смертельного заболевания за последние сутки составило 6 096.

  • Şokoladın səbəb ola biləcəyi xəstəliklər açıqlanıb

    Tez-tez şokolad yemək ürək-damar sistemi xəstəliklərinin, bəzi onkoloji xəstəliklərin və diabetin yaranması risklərini artırır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Britaniya Ürək Fondunun açıqlamasında deyilir.

    Mütəxəssislərin fikrincə, bu qida növünün əsas təhlükələri yüksək şəkər və zənginləşdirilmiş yağ səviyyəsidir. Hesab olunur ki, bu məhsullar böyük həcmdə istehlak olunduğu təqdirdə orqanizm üçün həddən artıq təhlükəli ola bilər.

    Həkimlər hər hansı bir mənfi fəsaddan qaçmaq üçün gündə 56 qramdan çox olmayaraq şokolad yeməyi və şokolad seçimində yüksək kakao tərkibli məhsullara üstünlük verməyi tövsiyə edir.

  • Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımı proqnozlaşdırılır

    “Fitch” reytinq agentliyi Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.

    Median.Az bildirir ki, bunu Trend-ə agentliyin suveren istiqrazlar şöbəsinin baş direktoru Pol Qembl deyib.

    Onun sözlərinə görə, “Fitch”in may ayında Azərbaycanın reytinqi üzrə “BB+” proqnozunu “mənfi”dən “stabil”ə yüksəltməsi ölkənin suveren balansının pandemiyaya və ötənilki neft qiymətlərinin azalmasına dayanıqlığını əks etdirir:

    “2020-ci ilin sonunda xarici valyutada suveren aktivlərin həcmi 49,9 milyard dollar təşkil edib ki, bu əvvəlki illə müqayisədə daha yüksəkdir. Xarici maliyyə isə daha yüksək neft qiymətləri ilə dəstəklənir. İyun ayında “Fitch” neft qiymətlərinin bu il 63 dollar/barel, 2022-ci ildə 55 dollar/barel olacağını proqnozlaşdırıb. Bütün bunları nəzərə alaraq proqnozlaşdırırıq ki, 2021-2022-ci illərdə cari əməliyyatlar hesabının profisiti orta hesabla ümumi daxili məhsulun 7 faizini təşkil edicik. Bu isə valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımına gətirib çıxaracaq”.

  • Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq

    Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 yaşdan 17 yaşa kimi olan uşaq və yeniyetmələr koronavirus əleyhinə vaksin olunacaqlar.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlara Çinə məxsus “Sinopharm” şirkətinin vaksinlərindən vurulacaq. BƏƏ hökuməti artıq 12-15 yaş arası vətəndaşları “Pfizer”lə peyvəndləməyə başlayıb.

    Qeyd edək ki, Çin “Sinovac Biotech” peyvəndinin 3 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr üçün istifadə oluna biləcəyini təsdiqləyib. /medicina.az

  • В Гахе пьяный мужчина изнасиловал и зверски избил душевнобольную женщину

    В селе Тураджлы Гахского района совершено тяжкое преступление.

    Как сообщает oxu.az, Рауф Джамалов (1971 г.р.) в состоянии опьянения изнасиловал свою душевнобольную соседку Б.Ф. (1966 г.р.).

    Затем он зверски избил женщину.

    Пострадавшая помещена в больницу, ее состояние оценивается как тяжелое.

    По данному факту в прокуратуре Гахского района возбуждено уголовное дело.

  • Çavuşoğlu: “Sabah Azərbaycandan bir təyyarə, 40 yanğınsöndürən maşın və 150 nəfər şəxsi heyət gələcək”

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Manavqatda AFAD koordinasiya Mərkəzində təbii fəlakət bölgəsində olan digər nazirlərlə birgə mətbuat konfransı təşkil edib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Nazir çıxışı zamanı bildirib ki, sabah Azərbaycandan 10 nəfərdən ibarət ekipajı ilə birgə bir təyyarə, 40 yanğınsöndürən maşın və 150 nəfər şəxsi heyət yanğınların söndürülməsində yardım məqsədilə Türkiyəyə gələcək.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

    İyulun 31-də isə Türkiyəyə daha bir qrup yollanıb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika – yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.