Month: August 2021

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə avqustun 3-nə olan koronavirus statistikası açıqlanıb.

    “Haber Global”ın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayı 27 minə yaxınlaşıb.

    Belə ki, son 24 saat ərzində 262 048 nəfərin COVID-19 testi yoxlanılıb. Onlardan 26 822-nin cavabı müsbət çıxıb.

    Həmçinin, gün ərzində 122 nəfər koronavirusun qurbanı olub.

    Bununla yanaşı, sutka ərzində ölümcül virusdan sağalanların sayı 6096 nəfər təşkil edib.

  • Bakıda əhalinin ticarət şəbəkəsində xərclədiyi pulun məbləği açıqlanıb

    2021-ci ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3 faiz artaraq 11 milyard 7,3 milyon manat olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 5 milyard 710,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 5 milyard 296,9 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 35,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

  • Marmarisdə son 33 ilin rekord istiliyi qeydə alındı

    İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

    Bu yanğınların 19-unun Antalya ərazisində meydana gəldiyini deyən nazir onlardan ikisinin söndürülməsi uğrunda işlərin davam etdiyini bildirib.

    Qeyd edilib ki, Manavqat və Gündoğmuşdəki yanğınlar da hələ davam edir. Manavqatın qərb hissəsində baş verən yanğının sabah nəzarət altına alınacağı gözlənilir. Muğlanın beş bölgəsində də yanğınlar davam edir. Marmarisdə də irəliləmə var. Burada da sabah gündüz saatlarına qədər alovların qarşısının alınacağı gözlənilir.

    Qlobal istiləşmə və yaranan quraqlığın dünyanın hər bir nöqtəsini yanğın təhlükəsi ilə qarşı-qarşıya qoyduğunu deyən nazir avqustun 3-də Marmarisdə hava temperaturunun 45 dərəcə ölçüldüyünü və bunun son 33 ilin rekordunu yenilədiyini söyləyib.

    Bildirilib ki, Antalya, Muğla, Adana, Mərsin və Osmaniyədə baş verən fəlakət nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi işləri davam edir. İlkin hesablamalara əsasən, ölkənin beş vilayətdə 18 rayon, 78 kənddən ümumilikdə 2 min 219 fermer təsərrüfatına ciddi zərər dəyib.

    Nazir yanğınlar baş verən andan indiyədək 16 min 603 nəfərin təxliyə edildiyini diqqətə çatdırıb. (publika.az)

  • Koronavirusdan sonra diabet dalğası gələcək – Covid mədəaltı vəzə hücum edir

    İtaliya alimləri gənclərin sağlamlığında kovid sonrası fəsadlaşma kimi şəkər, diabet riski barədə xəbərdarlıq edib.

    Median.Az xəbər verir ki, alimlər covid virusunun mədəaltı vəzi hədəfə aldığını bildirir.

    Yoluxanların 50%-də qanda şəkər yüksəlir.

    Bu barədə elmi nəticələr Nature Metabolism dərgisində çap olunub.

    “Yoluxanların çoxu əvvəl diabet deyildilər. Lakin xəstəxanaya yerləşdirilənlərin 46%-də hiperqlikemiya aşkarlanıb. Koronaya görə diabet olanların müalicəsi də effektiv olmur” – deyə professor Paolo Fiorina deyib.

    35% xəstələrdə 6 ay ərzində qanda şəkər yüksək həddə qalmışdı.

    Xəstələrdə qanda şəkərin xeyli artması onlarda ciddi klinik problemlər də yaradırdı:

    – oksigenə ciddi tələbat
    – Ağciyərlərin tez sıradan çıxması
    – İntensiv terapiyada daha uzun müddət qalmaq

    Alimlər bu xəstələrdə hiperqlikemiya ilə yanaşı hormonal balansın pozulması da aşkarlanıb.

    “Bu xəstələrdə həddən artıq yüksək hiperinsulinemiya – normadan dəfələrlə çox insulin hasili müşahidə etdik”.

    Mədəaltı vəzin beta adacıqların funksiyasında pozulmalar var idi.

    Covid xəstələrində mədəaltı vəzin işinin pozulması nəticəsində diabet və hormonal pozuntu sağaldıqdan 6 ay, 1 il sonra da qalırdı.
    Bu tədqiqat göstərdi ki, Covid birbaşa mədəaltı vəzə hücum edir, onu sıradan çıxarır. Bu problem xəstələrdə uzun müddət qalır.

    Ona görə koronavirus xəstələrində mədəaltı vəz və şəkər birinci nəzarətə alınmalıdır. Onlarda nəinki acqarına, hətta gün boyu qlükoza metabolizmi pozulmuş olur.

    Ona görə də, koronavirus pandemiyası şəkərli diabet dalğasına səbəb olacaq və 1 il sonra biz şəkərli diabet xəstələrinin artımında dəhşətli rəqəmlər görəcəyik. /medicina.az

    Milli.Az

  • Zirədə qadın qadını döydü

    Zirə qəsəbə sakini 1972-ci il təvəllüdlü Z. Tağıyeva döyülüb.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Z.Tağıyeva polisə müraciət edərək bildirib ki, Səbinə adlı qadın xuliqanlıq zəminində ona xəsarət yetirib.

    Hadisə ilə bağlı ilkin əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

  • Ukraynada azərbaycanlı gənc qətlə yetirilib

    Ukraynada Azərbaycan vətəndaşı öldürülüb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədov Odessa şəhərində odlu silahla qətlə yetirilib. Onun xüsüsi qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir.

    Hadisənin hansı səbəbdən baş verməsi barədə hələ rəsmi məlumat yoxdur.

    Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

  • Азербайджанские спасатели тушат пожары в провинции Мугла – ФОТО

    В Турции продолжают гореть леса.

    Как сообщает Report, в настоящее время сотрудники Государственной службы пожарной охраны и Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям Азербайджана совместно с турецкими пожарными продолжают бороться с огнем в районе Каваклы провинции Мугла.

    Масштабы пожара расширяются.

    К пожаротушению привлечен вертолет.

  • Azərbaycanın bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb

    Azərbaycanın şimal və şimal-qərb regionlarında böyrək daşı xəstəliklərinə daha çox rast gəlinir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

    Onun sözlərinə görə, bu, daha çox qidalanma ilə əlaqəli məsələdir: “Şamaxı-İsmayıllı zonasında daşyaranma riski 2,1 – 2,2 faiz arasındadır. Bu xəstəliyə kənd həyatı yaşayan insanlarda daha çox rast gəlinir. Çünki kənd həyatı yaşayan, tarlada çalışan bir insanla bankda, kondisioner qarşısında işləyən birinin gündəlik qəbul etdiyi suyun miqdarı və tərləmə faizi eyni deyil. İnsan nə qədər çox tərləyirsə, idrar miqdarı azalır. Yəni, sidik qatılaşır və daş yaranma riski artır. Zaqatala-Şəki regionunda bu rəqəm 0,7 faiz, Xaçmaz-Siyəzən zonasında isə 1,7 faizə bərabərdir”.

    A.İbrahimov, həmçinin bildirib ki, müəyyən zülallı, infeksiyalı daşlar var ki, onlara qadınlarda daha çox rast gəlinir: “Normalda isə 40 yaşdan yuxarı 3 kişidə daş xəstəliyi varsa, 1 qadında bu xəstəlik müşahidə olunur. Ümumi statistikalara nəzər saldıqda, deyə bilərik ki, ölkə üzrə böyrək şikayəti xəstəliyi ilə müraciət edən hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Hamiləlik dövründə isə daşyaranma riski yüksək deyil. 1500 hamilə qadından birində yenidən daş yaranır. Çünki hamiləlik zamanı estrogen miqdarı artır və bu daşyaranmanın qarşısını alır. Bir də əgər daş müalicə olunubsa və ya əməliyyatla götürülübsə, 5 il ərzində təkrar yaranma riski 50 fazidir”.

  • Daşkəsəndə 40 yaşlı kişi başından balta ilə xəsarət alıb

    Daşkəsən rayonunun Astaf kəndində içki məclisi qanlı hadisə ilə nəticələnib.

    “Report”un məlumatına görə, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev içki məclisində baş verən dava zamanı başından balta ilə xəsarət alıb. O, ağır vəziyyətdə Gəncə şəhərinin xəstəxanalarının birinə aparılıb.

    İlkin məlumatlara görə, E.Abdullayevə həmyerlisi xəsarət yetirib. Hazırda polis əməkdaşları onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri görür.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • В Евлахе задержан мужчина, занимавшийся культивацией конопли

    В результате оперативно-разыскных и профилактических мероприятий под условным названием “Хаш-хаш-2021”, осуществленных сотрудниками Евлахского РОП, обнаружены наркосодержащие растения, выращенные путем культивации.

    Как сообщили в пресс-службе Бардинской региональной группы пресс-службы МВД, был задержан житель села Юхары Гархун Рамиль Исаев, подозреваемый в этом.

    Во время осмотра его приусадебного участка и дома были обнаружены 25 кустов конопли, а также 377 г марихуаны.

    По данному факту в Евлахском РОП возбуждено уголовное дело.