Month: August 2021

  • Россия может запретить импорт азербайджанского картофеля. Что случилось?

    «Россельхознадзор» может временно запретить импорт азербайджанского картофеля, если в его образцах будет обнаружен вирус. Такое заявление сделало российское ведомство на прошлой неделе.

    Возможность ввоза азербайджанского картофеля на российскую территорию обсуждалась и на встрече в видеоформате специалистов «Россельхознадзора» и Агентства пищевой безопасности Азербайджана (АПБ). Российская сторона сообщила, что в импортируемых из стран – членов Евразийского экономического союза корнеплодах обнаружена бурая бактериальная гниль и попросила соответствующие азербайджанские ведомства усилить контроль в связи с этим.

    Россия попросила Азербайджан усилить контроль. Опасность бурой бактериальной гнили

    Корреспонденты haqqin.az решили изучить ситуацию с выращиванием картофеля в стране, а также риски, связанные с его экспортом. Сейчас сезон вывоза картофеля на продажу в Россию близится к концу, однако введение «Россельхознадзором» ограничений может поставить азербайджанских фермеров в затруднительное положение, так как осталась еще значительная часть урожая. Агентство пищевой безопасности между тем уже начало проверки в хозяйствах, специализирующихся на его выращивании.

    Как сообщили haqqin.az в агентстве, в большинстве стран, включая и граничащие с Азербайджаном, в последнее время свирепствует вирус так называемой мозаики пепино, способный нанести серьезный ущерб сельхозпроизводителям. Небывало распространяется и вирус коричневой морщинистости плодов. Эти болезни поражают преимущественно томаты, но могут повредить и баклажаны, картофель, табак. За последние годы в мире, в особенности в Европе, существенно расширился ареал распространения вируса растений, и пока у человечества нет эффективных методов борьбы с ним. Пораженное растение спасти невозможно.

    В ходе проведенных «Россельхознадзором» видеомониторингов при участии специалистов АПБ в хозяйстве ООО Can agro и партии картофеля, выставленного на продажу ООО Geotermal aqro, обнаружена бурая бактериальная гниль, а в овощах от ООО Local Garden – вирус коричневой морщинистости плодов. В этих хозяйствах специалисты АПБ уничтожили пораженные ростки, а также провели необходимую дезинфекцию.

    При проверке использованных на предприятии семян (завезены из Испании – ред.) был обнаружен вирус коричневой морщинистости. Соответствующие органы Испании уже предупреждены о давшем весьма негативные результаты исследовании.

    Именно зараженный семенной материал представляет наибольшую опасность, в связи с чем Агентство пищевой безопасности усилило контроль за импортированными семенами уже на таможне. Однако в страну поступает и значительное количество незадекларированных семян, которые попадают в страну посредством почтовых отправлений и в ручной клади.

    Фермеры опасаются обвала цен из-за ограничений импорта в Россию

    Чиновники утверждают, что осведомлены о существующей проблеме и для пресечения случаев использования незаконно ввезенных в страну семян будут приняты жесткие меры.

    Глава аппарата АПБ Эльхан Микаилов заявил haqqin.az, что это очень серьезный вопрос, так как под угрозой большие площади посевов. На полях, где обнаружена бурая бактериальная гниль, несколько лет нельзя сеять картофель. Невозможно даже предсказать, какие колоссальные убытки могут понести фермеры.

    «Будут приняты меры в отношении хозяйств, где обнаружат вирус. Мы проинформируем об этом правоохранительные органы», – сказал Микаилов.

    Стоит отметить, что в этом году в Азербайджане было засеяно картофелем 56,1 тысячи га полей. В январе-июле собрано больше 390 тысяч тонн картофеля, что на 6,2% выше показателя аналогичного периода прошлого года.

    Азербайджан экспортирует в Россию молодой картофель, в основном из Джалилабадского и Шамкирского районов.

    Фермер из Товуза Адалят Магеррамов очень обеспокоен – нынешний сезон экспорта картофеля завершается к концу июля, но если российская сторона введет ограничения на следующий сезон, то азербайджанские производители окажутся в затруднительном положении.

    «Первый картофель созревает в Джалилабаде, и почти весь собранный урожай вывозится в Россию. Чуть позже можно собирать картофель в Товузе, Газахе, Агстафе, Шамкире, Кедабеке. Если фермеры из Джалилабада не смогут вывезти свою продукцию, то местный рынок очень быстро окажется перенасыщенным и цены обвалятся. Фермеры будут вынуждены продавать картофель по 15 гяпиков за килограмм, что очень невыгодно. Сейчас мы продаем картофель первого сорта по 40 гяпиков, а второй сорт (корнеплоды поменьше – ред.) по 22-30 гяпиков. Если цены вырастут еще на 2-3 гяпиков, то мы отобьем затраты и получим хотя бы небольшую прибыль. В прошлом году мы продавали картофель по 30 гяпиков, хотя его себестоимость составляла 35 гяпиков. Поэтому фермеры, которые раньше засеивали по 200 гектаров, этой весной ограничивались 80 га», – рассказал фермер, добавив, что в этом году их расходы лишь увеличились.

    Комментируя ситуацию, директор Центра аграрных исследований при Министерстве сельского хозяйства Фирдовси Фикретзаде тоже отметил, что сезон экспорта азербайджанского картофеля в Россию начинается в марте и завершается в июле.

    Вместе с тем он заявил, что в этом году азербайджанские фермеры не сталкивались с проблемой экспорта своей продукции. Несмотря на высокую урожайность, цены на картофель остаются стабильными и в целом их можно считать выгодными для производителей. В прошлом году оптовая продажа картофеля на внутреннем рынке осуществлялась по цене 40 гяпиков за килограмм, а сейчас продукцию из Товуза предлагают по 44 гяпиков, из Шамкира – 41 гяпик, мелкий сорт – 19 гяпиков за килограмм, а более дорогой красный картофель – по 53 гяпиков.

    В целом же в нынешний сезон Азербайджан экспортировал в Россию 84 тысячи тонн картофеля.

  • “Neftçi” Azərbaycana xal gətirdi

    Avrokuboklarda III təsnifat mərhələsinin dünən keçirilən oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

    “Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsində evdə Finlandiyanın HİK klubu heç-heçə etməsi (2:2) Azərbaycanın xalını artırıb.

    Bu bərabərlik ölkəmizin hesabına 0, 125 xal əlavə edib. Ancaq bu irəliləyiş üçün kifayət etməyib. Azərbaycan 13,750 xalla əvvəlki kimi 29-cu sıradadı.

    28-ci pillədə olan Sloveniyanın 14,125 xalı var.

  • Millət vəkili qızına toy etdi – Video

    Milli Məclisin deputatı, bəstəkar Novruzəli Aslanovun (Novruz Aslan) qızının toyu olub.

    Məclis Bakının tanınmış restoranlarından birində baş tutub. Millət vəkilinin qızı Günel Aslanovanın toyunda N. Aslanın həmkarları, ictimaiyyət nümayəndələri, mədəniyyət sahəsindən tanınmış şəxslər iştirak edib.

    Əməkdar artistlər Lalə Məmmədova, Vasif Məhərrəmli, müğənni Natavan Həbibi və başqaları səhnədə yer alıblar. Məclisdən videoları toyu idarə edən aparıcı Azər Axşam instaqram səhifəsində paylaşıb.

    Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib.

  • ABŞ 100 ölkəyə peyvənd göndərəcək

    ABŞ aşağı gəlirli 100 ölkəyə söz verdiyi 500 milyon doz koronavirus vaksinini avqustun sonunda göndərməyə başlayacaq.

    Bu barədə Ağ Ev açıqlama yayıb.

    Bildirilib ki, koronavirusla qlobal mübarizə çərçivəsində ABŞ 60-dan çox ölkəyə 110 milyon doz peyvənd göndərib.

  • Yaponiyada 6 bal gücündə zəlzələ

    Yaponiyanın şərqindəki İbaraki vilayəti sahillərində 6 bal gücündə zəlzələ olub.

    Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Sakit Okeanda baş verən zəlzələ yerli vaxtla 05:33-də, yerin 40 kilometr dərinliyində qeydə alınıb.

    Yeraltı təkanlar Tokio da daxil olmaqla, ətraf vilayətlərdə hiss edilib.

    Zəlzələdən sonra sunami xəbərdarlığı elan olunmayıb.

  • Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmadı

    İyul ayı üçün diplomların tanınması üzrə edilən müraciətlərin statistikası açıqlanıb.

    Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, ötən ay üzrə 257 müraciətçinin 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 38 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 121, Ukraynadan 50, Türkiyə Respublikasından 46, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciətin olduğu müşahidə olunur.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfər müraciətçi qeydə alınıb.

    Qeyd edək ki, iyul ayı ərzində sənədlərə ortalama baxılma müddəti 14 gün təşkil edib. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet keçidinə müraciət edə bilərlər.

  • Bakı sakininin 127 min manatı geri qaytarıldı

    Bakı şəhər sakini Babək Əliyevin 127 min manat pulunun biznes qurmaq adı ilə Quliyev Sirac Kazım oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı müraciətinə Suraxanı rayon prokurorluğunda baxılıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, rayon prokurorluğunda müraciət əsasında cinayət işi başlanaraq aidiyyatı üzrə istintaq edilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və eləcə də vətəndaşa dəymiş zərərin ödətdirilməsi təmin edilib.

    Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Babək Əliyevin qardaşı Rafiq Əliyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

  • Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə yayılan məlumatlara münasibət bildirdi

    Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur.

    Bununla bağlı Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

    Qeyd olunur ki, ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər.

    “Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmədən müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib ordu haqda bu kimi məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir. Bu, əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar eyni zamanda Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların ordumuza qarşı apardığı dezinformasiya və “fakenews” əməliyyatlarının asanlaşdırılmasına xidmət edir”, – deyə nazirlik bəyan edib.

    Bildirilib ki, nazirlik peşəkar, məsuliyyətli və vətənpərvər Azərbaycan mediasının daim və Vətən müharibəsi dövründə xüsusilə ordumuza göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

    “Bununla belə, bəzi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini müzəffər Ali Baş Komandanın rəhbərliyi altında xalq-ordu birliyinə xələl gətirə biləcək informasiya təxribatlarının və məlumatlarının tirajlamasının qarşısının alınmasında fəal olmağa və vətəndaş məsuliyyəti prinsipindən çıxış edərək orduya dəstək olmağa çağırırıq”.

  • Toya gedən müğənnilər vaksin vurdurub? – ARAŞDIRMA

    Uzun müddətdən sonra Azərbaycanda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verildi. Pandemiya şəraiti olduğundan belə mərasimlər müəyyən qaydalar çərçivəsində keçirilir. Bu qaydalardan ən vacibi toy şənliklərində iştirak edən hər bir kəsin peyvənd olunmasıdır.

    Əlbəttə, şənlik, toy dedikdə ilk ağıla gələn müğənnilər olur.

    Maraqlıdır, toyların ilk qonağı sayılan müğənnilər peyvənd olunublarmı? Yaxud onlar hansı vaksindən istifadə ediblər?

    Median.Az xəbər verir ki, Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün tanınmış sənət adamlar arasında sorğu keçirib.

    Müğənni Manaf Ağayev vaksin vurdurduğunu, amma hansı peyvənddən istifadə etdiyini unutduğunu deyir:

    “Əlbəttə, vaksin olunmuşam. Həm də ilk peyvənd olunanlardanam. Amma üzərindən uzun müddət keçdiyi üçün hansı vaksin olduğunu unutmuşam”.

    Nazənin Salayeva sualı cavablandırmaqdan yayınaraq, bu barədə danışmaq istəməyib.

    Mətanət Əsədova isə “Mənə sənətimlə bağlı sual verin”, deməklə kifayətlənib.

    Həmkarlarından fərqli olaraq, müğənni Xatirə İslam vaksinasiyadan keçənlər sırasındadır: “Vaksin olunmuşam, amma hansı vaksin bilmirəm”.

    Vasif Məhərrəmli Pfizer vaksinindən istifadə etdiyini bildirib: “Bəli, vaksin olunmuşam. Almaniya və Amerikanın birgə istehsalı olan Pfizer vaksinindən istifadə etmişəm”.

    Xalq artisti Gülyanaq Məmmədova isə “SinoVac” peyvəndinə üstünlük verdiyini vurğulayıb: “Vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozasının vaxtına az qalıb. Sinovac vaksinindən istifadə etmişəm”.

    Xanəndə Gülyaz Məmmədova hələ avqustda peyvənd olunmağı planlaşdırır: “Mənim alergiyam olduğu üçün həkim yoxlanışından keçdim. Ona görə hələ vaksin vurdurmamışam”.

    Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.

  • “Aqua Park”da zəhərlənmə – Saxta içki verilib

    Bakıda istirahət mərkəzində zəhərlənmə hadisəsi baş verib.

    Bakupost.az xəbər verir ki, Şıxov çimərliyində (Salyan yolu 32) yerləşən “Aqua Park”də istirahət edən Bakı sakini, 2004-cü il təvəllüdlü Mais Həsənov zəhərlənib.

    Onu təcili olaraq Respublika Toksikologiya Mərkəzinə çatdırıblar. Məlum olub ki, istirahət mərkəzində verilən alkoqollu içkilər keyfiyyətsiz olub və nəticədə o, zəhərlənib.

    M.Həsənov ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.