Month: August 2021

  • Aİ-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub

    Petr Mixalko Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.

    Bu barədə Avropa İttifaqının press-relizində deyilir.

    “Hazırda o, Avropa İttifaqının Moldova Respublikasındakı nümayəndəliyinin rəhbəridir”, – məlumatda deyilir.

    Qeyd edək ki, o, bundan əvvəl Slovakiyanın Yunanıstandakı səfiri vəzifəsində çalışıb.

  • Bakıda əhalinin orta aylıq maaşı nə qədərdir? – RƏSMİ

    Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqları açıqlanıb.

    Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Bildirilib ki, ilkin məlumatlara əsasən, 2021-ci ilin yanvar-may aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 944,4 manat olub. Əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 4 faiz azalıb.

  • Минобороны АР: Информация о запуске азербайджанской армией БПЛА в сторону Армении является дезинформацией

    Распространяемая армянской стороной информация о предотвращении проникновения беспилотного летательного аппарата (БПЛА) азербайджанской армии на территорию Армении не соответствует действительности и является дезинформацией.

    Об этом сообщает пресс-служба Министерства обороны АР.

    Было подчеркнуто, что в этом направлении беспилотники не запускались и не использовались.

    “Распространяя такую информацию, армянская сторона пытается прикрыть свои провокации, в том числе обстрелы наших позиций, и ввести общественность в заблуждение”, – сказали в оборонном ведомстве.

    В настоящее время оперативная обстановка на указанном направлении контролируется подразделениями ВС Азербайджана.

  • Müdafiə Nazirliyi Azərbaycanın sərhəddə PUA istifadə etməsi iddialarına aydınlıq gətirdi

    Azərbaycan ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısının alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

    Müdafiə Nazirliyindən bildirilib ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

    Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib.

    Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərindəki ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülüblər.

  • Bakıda blokda narkotik vasitə satan şəxs ələ keçdi – VİDEO

    Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən və polis əməkdaşlarının guya bu şəxsin əməlinə göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən böhtan xarakterli məlumatlar yayılıb.

    Daxili İşlər Nazirliyi həmin görüntüləri araşdırıb.

    Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs – paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

    Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür. Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib.

    Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bakıda qadını dəmir parçası ilə hədələyib soydular

    Bakıda qadına qarşı quldurluq edilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 1-də naməlum şəxs Bakı şəhər sakini T.Abdullayevanı dəmir parçası ilə hədələyib quldurluq yolu ilə mobil telefonunu alıb.

    Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini R.Hüseynov müəyyən edilərək saxlanılıb.

  • Ermənistanın təcavüzü nəticəsində zərər dəymiş məktəblərin təmirinə yeddi milyon manat ayrılıb

    Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat vəsait ayrılıb.

    Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • ETSN rəsmisi yanğınlardan danışdı: “Sonradan heyfslənməmək üçün odla həddən artıq ehtiyatlı davranmalıyıq”

    “Lənkəran rayonunda baş verən yanğın artıq söndürülüb. Yardımlı rayonunda isə yanğın lokallaşdırılıb”.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

    İ.İbrahimova qeyd edib ki, nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərləri hadisə yerindədir:

    “Hazırda Yardımlıdakı yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

    Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq”.

    “Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik ki, odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”, – deyə o əlavə edib.

  • Hövsan sakinlərinin səhhətində problemlər yaranıb: “Azərsu”nun stansiya rəisi cərimələndi

    31 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Arеasiya Stansiyasının ərazisində yanğın baş verib və yanğınla əlaqədar yerində araşdırma aparılıb.

    Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumat yayıb.

    Araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunub.

    Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranıb və bu da haqlı narazılığa səbəb olub.

    Aparılan ölçmələr zamanı müəyyən olunub ki, yanma prosesi zamanı ətraf mühitə 2192 manat məbləğində ziyan dəyib. Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3000 manat cərimə olunub.

    Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.