Month: August 2021

  • Nazir polis şöbəsinin rəisini işdən çıxardı

    Nərimanov rayon polis idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev və 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli tutduqları vəzifələrdən azad olunublar.

    Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Belə ki, məlumata görə, adıçəkilən şəxslər rayon ərazisində xüsusi karantin rejimi qaydalarının mühafizəsində və sanitar epidemioloji vəziyyətə nəzarət zamanı yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən çıxarılıblar.

    DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı Oxu.Az-a təsdiq edib.

  • Bakıda Şəhidlər xiyabanında naməlum qəbirlər açılır

    Bakıdakı Şəhidlər xiyabanında naməlum qəbirlər açılır.

    Modern.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, artıq bir neçə məzar açılıb.

    Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov açıqlamasında faktı təsdiqləyib.

    S.Həsənov bildirib ki, qəbirlərin açılması Səbail Rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir:

    “Bunun səbəbi naməlum qəbirlərin kimlərə aid olmasını müəyyən etməkdir”.

  • Eldəniz Səlimovu nə qədər həbs gözləyir? – Əmlakı müsadirə olunacaq

    Deputat toxunulmazlığı ləğv edilən kimi saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Eldəni Səlimov Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ittiham olunur.

    Median.Az Bakupost.az-a istinadla xəbər verir ki, Cinayə Məcəlləsinin 309-cu maddəsi aşağıdakıları nəzərdə tutur:

    Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

    309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Eldəniz Səlimova bu maddənin ağırlaşdırıcı hissəsi – 2-ci bəndi tətbiq olunub. Beləliklə, onun 3 il vəzifə tutması qadağan olunmaqla və əmlakı müsadirə edilməklə, həbsi müzakirə mövzusudur.

  • Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının statistikası

    Bu il Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

    Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu statistika 2021-ci ilin ilk 7 ayı ərzində bu barədə çıxarılan qərarları əhatə edir.

    Belə ki, bu müddət ərzində 83 nəfər Azərbaycan vətəndaşının Ukrayna ərazisinə girişinə qadağa qoyulması barədə qərar qəbul olunub. Qadağalar müvafiq olaraq müxtəlif müddətə hesablanıb.

    Eyni müddət ərzində 24 nəfərin ölkədən məcburi çıxarılması barədə qərar qəbul edilib.

  • МИД Афганистана: Военные Турции будут охранять в аэропорту Кабула турецких специалистов

    Афганское правительство будет обеспечивать реальную безопасность аэропорта Кабула, а небольшая группа турецких солдат – охранять турецких специалистов в сфере воздушного трафика, коммуникаций и пожарной безопасности, работающих в аэропорту. Об этом заявил глава МИД Афганистана Мохаммад Ханиф Атмар в интервью газете “Известия”.

    “Давайте я проясню. Турецкое правительство не собирается обеспечивать безопасность аэропорта в Кабуле. Они предоставляют важные услуги, например, в сфере воздушного трафика, коммуникаций, пожарной безопасности. Внутри аэропорта будут их солдаты – небольшая группа людей для собственной охраны. Но реальную безопасность – как внутри, так и снаружи аэропорта – будет обеспечивать правительство Афганистана”, – сказал Атмар.

    Комментируя вопрос о том, что инициатива Анкары была согласована с Вашингтоном, но без консультаций с администрацией афганского президента Ашрафа Гани, министр указал, что “Турция все-таки сначала подняла этот вопрос перед Афганистаном и на самом деле страны достигли консенсуса”, и лишь потом тему вынесли на обсуждение с НАТО и США. “И мой коллега в Турции – мой друг Мевлют Чавушоглу – пару недель назад заявлял, что правительство Афганистана приглашает Турцию для выполнения этой важной международной стандартной операции в аэропорту”, – добавил глава МИД Афганистана.

    14 июня президент Турции Реджеп Тайип Эрдоган заявил, что его страна готова сохранить военный контингент в Афганистане при наличии финансовой поддержки США после вывода оттуда войск НАТО, который должен завершиться к 11 сентября 2021 года. По итогам саммита альянса 14 июня страны НАТО приняли решение предоставить переходное финансирование для обеспечения “непрерывной работы” международного аэропорта Кабула, учитывая “его важность для устойчивого дипломатического и международного присутствия, а также с точки зрения связи Афганистана с остальным миром”.

    19 июля Эрдоган заявил, что движение “Талибан” не выступает против обеспечения Анкарой защиты аэропорта Кабула.

  • Əfqanıstanın XİN rəhbəri: “Türkiyə hərbçiləri öz mütəxəssislərini qoruyacaq”

    Əfqanıstan hökuməti Kabil hava limanının real təhlükəsizliyini təmin edəcək, türkiyəli hərbçilərdən ibarət kiçik bir qrup isə hava trafiki sahəsində türkiyəli mütəxəssisləri, kommunikasiyaları və hava limanında çalışanların yanğın təhlükəsizliyini mühafizə edəcək.

    Bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində Əfqanıstanın XİN rəhbəri Məhəmməd Hənif Atmar deyib.

    “Türkiyə hökuməti Kabil hava limanının təhlükəsizliyini təmin etməyə hazırlaşmır. Onlar hava trafiki, kommunikasiyalar, yanğın təhlükəsizliyi sahəsində mühüm xidmətləri təmin edirlər. Hava limanının daxilində onların əsgərləri olacaq. Ancaq həm hava limanının xaricdən, həm də daxildən təhlükəsizliyini Əfqanıstan hökuməti təmin edəcək”, – deyə Əfqanıstanın XİN rəhbəri bildirib.

    XİN rəhbərinin sözlərinə görə, Türkiyə hökuməti məsələni ilk növbədə Əfqanıstanla müzakirə edib və razılığa gəlib. Bundan sonra məsələ NATO və ABŞ-la müzakirəyə çıxarılıb:

    “Mənim türkiyəli həmkarım, mənim dostum Mövlüd Çavuşoğlu bir neçə həftə əvvəl bildirib ki, Əfqanıstan hökuməti Türkiyəni hava limanında bu vacib beynəlxalq standart əməliyyatı icra etmək üçün dəvət edir”.

  • В Саатлинском районе уничтожено более 100 кг конопли

    Сотрудники полиции задержали с поличным Намиза Мирзалиева и Тарлана Мамедова, занимавшихся культивацией конопли в лесном массиве на территории села Гейтепе Исмаиллинского района.

    По данным шекинской региональной группы пресс-службы МВД, при осмотре местности был обнаружен 41 куст.

    В ходе расследования выяснилось, что задержанные выращивали наркосодержащее растение как для личного пользования, так и для продажи.

    По данному факту возбуждено уголовное дело, Н.Мирзалиев и Т.Мамедов привлечены к следствию в качестве обвиняемых.

    В то же время, как сообщили в ширванской региональной группе пресс-службы МВД, сотрудники Саатлинского РОП на территории села Деде Горгуд обнаружили и уничтожили 64 куста дикорастущей конопли общим весом 107 кг.

  • 100 kiloqramdan çox çətənə kolu məhv edildi

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Dədə Qorqud kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 107 kiloqram olan 64 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

    Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllının Göytəpə kəndi ərazisindəki meşə massivində çətənə kollarının becərilməsi barədə məlumatı daxil olub.

    Həyata keçirilən tədbirlər nəticəsində həmin yerdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Namiz Mirzəliyev və Tərlan Mamedov elə “iş başında” yaxalanıb.

    Əraziyə baxış zamanı oradan 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri həm şəxsi istifadələri, həm də satmaq məqsədilə becərdikləri məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, Namiz Mirzəliyev və Tərlan Mamedov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

  • В одной из бакинских школ совершена кража

    Сотрудники 30-го отделения Сураханского РУП задержали жителя поселка Деде Горгуд Дж.Ганбарова по подозрению в краже двух ноутбуков, двух мониторов и пяти стабилизаторов из местной школы, сообщили в пресс-службе МВД.

    По данному факту ведется расследование.

  • Bakıda məktəbdən oğurluq olub

    Bakıda məktəbdən oğurluq edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəblərin birindən iki ədəd notbuk, iki ədəd monitor və beş ədəd elektrik tənzimləyicisini oğurlamaqda şübhəli bilinən qəsəbə sakini C.Qənbərov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.