Month: August 2021

  • BƏƏ-də üç yaşdan yuxarı uşaqlara Çin peyvəndi vurulmasına icazə verilib

    Birləşmiş Ərəb Əmirliklərində 3-17 yaş arası uşaq və yeniyetmələrə koronavirusa qarşı peyvənd vurulmasına icazə verilib.

    Bu barədə “Emirates News Agency” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

    Məlumata əsasən, söhbət Çinin “Sinopharm” şirkətinin istehsalı olan COVID vaksinindən gedir.

    Hökumətin klinik sınaqlar və mütəxəssis rəyləri əsasında qərar qəbul etdiyi bildirlib.

    Qeyd edək ki, BƏƏ vaksinasiya sahəsində dünya liderlərindən biridir. Avqustun 1-dək ölkə əhalisinin 70%-nin vaksinasiyası başa çatdırılıb.

  • Avropada təbii qazın qiyməti artır

    Avropada mavi yanacağın satış qiymətlərindəki artım davam edir.

    TASS xəbər verir ki, bu gün köhnə qitənin əmtəə birjalarında sentyabrda tədarük ediləcək təbii qazın min kubmetrinin qiyməti 514 dollar təşkil edib. Bu, ötən həftə sonu qeydə alınan qiymətdən 2.7% çoxdur.

    Bildirilir ki, gündəlik ticarət sessiyası ərzində qiymət hətta 520 dollaradək artıb. Lakin sessiyanın sonuna doğru bir qədər azalma baş verib.

    Qiymət artımının əsas amillərindən biri kimi Avropada qaz ehtiyatlarının kəskin azalması göstərilir.

  • “YouTube” reklamdan qurtulmağın yeni üsulunu təklif edir

    “Google” şirkəti “YouTube” videoservisində reklamlardan qurtulmağın daha asan və ucuz yolunu təklif edir.

    “The Verge” xəbər verir ki, şirkət videohostinqə abunə olmaq üçün yeni paketi istifadəçilərin ixtiyarına verib. Artıq “Premium Lite” abunəçiləri videomaterialları reklamsız izləyə biləcəklər.

    Xidmət Android, iOS tətbiqləri, smart-televizorlar və oyun konsollarında keçərlidir. Lakin ənənəvi “Premium” paketində olan fonda izlənilmə, videoların offlayn yüklənməsi kimi bir sıra funksiyalar “Premium Lite” abunəçiləri üçün nəzərdə tutulmayıb.

    Məhz bunun müqabilində, Avropa ölkələri üçün yeni paketin aylıq abunə qiyməti “Premium”da olduğu kimi 12 avro deyil, cəmi 7 avrodur.

  • Çində sel fəlakəti qurbanlarının sayı 300 nəfəri ötdü

    Çinin Xenan əyalətində leysan yağışların səbəb olduğu daşqın və sel nəticəsində ölənlərin sayı kəskin şəkildə artıb.

    Bu barədə “Sinxua” məlumat yayıb.

    Məlumata əsasən, Xenan yerli hökumətinın son açıqlamasında bölgədə yaşanan təbii fəlakət nəticəsində ölənlərin sayının 302 nəfərə çatdığı bildirilib. Onlardan 292 nəfərinin Cingcou qəsəbəsində həlak olduğu vurğulanıb.

    Bununla yanaşı, fəlakət sonrası 50 nəfərin itkin düşdüyü və hazırda axtarışların davam etdirildiyi qeyd olunub.

  • Meşə yanğınlarından qaçan ayılar insanlardan yardım istəyir – VİDEO

    Rusiyanın Saxa-Yakutiya Respublikasının ərazisində baş verən meşə yanğınları nəticəsində alovdan qaçan ayılar magistral yollara çıxır.

    REN TV xəbər verir ki, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yola çıxan meşə sakinləri yollarda hərəkəti iflic edib.

    Xüsusən insanların onlara su və qida atacağını bilən ayılar ehtiyacları qarşılamayana qədər avtomobil yolundan çəkilmirlər.

    Sürücülər bəzi hallarda avtomobillərinin sürü halında gəzən ayılar tərəfindən əhatəyə alındığını söyləyiblər.

  • ÜST-dən koronavirus xəbərdarlığı: “Peyvəndi olmayan ölkələrdə yeni variantların yaranması riski var”

    Vaksin olmayan ölkələrdə koronavirus infeksiyasının intensiv yayılması daha təhlükəli variantların yaranması ehtimalını artırır.

    “İzvestiya”nın məlumatına görə, bu barədə ÜST-dən bildirilib.

    Qurumdan bildirilir ki, sözügedən vəziyyət mövcud preparatların effektivliyini aşağı sala bilər. Buna görə də böyük həcmdə peyvənd ehtiyatı olan ölkələr onu digərləri ilə bölüşməlidir.

    “Bir çox ölkələrin peyvənd çatışmazlığından əziyyət çəkdiyi bir vaxtda bu preparatların böyük ehtiyatına sahib ölkələr onları bütün əhalisini təmin etmək üçün özündə toplamamalıdır. Peyvəndi olmayan ölkələrdə virusun intensiv yayılması infeksiyanın daha təhlükəli variantlarının yaranması ehtimalı artırır. Bunun nəticəsində preparatların effektivliyi aşağı düşə bilər”, – deyə ÜST-dən qeyd olunub.

  • Bill Qeyts rəsmən boşandı

    “Microsoft” şirkətinin təsisçisi, multimilyarder Bill Qeytsin boşanmasıyla bağlı məhkəmə işində yekun qərar oxunub.

    Bu barədə “Business Insider” məlumat yayıb.

    Qərarın detaları mətbuata açıqlanmayıb.

    Bildirilib ki, Bill və Melinda Qeytslərin boşanma işi ən bahalı məhkəmə proseslərindən biri kimi tarixə düşüb.

  • В Баку автомобиль скорой помощи попал в аварию, пострадали шесть человек

    В поселке Кюрдаханы Сабунчинского района Баку произошло ДТП.

    Как сообщает Общественное телевидение Азербайджана, карета скорой помощи столкнулась с автомобилем марки Opel.

    В результате пострадали водитель и двое медработников, находящихся в амбулансе, а также три пассажира немецкого легкового автомобиля.

    По словам очевидцев, причиной аварии стало нарушение правил дорожного движения водителем автомобиля Opel.

    Он пытался выехать на встречную полосу, когда в него врезалась карета скорой помощи.

    Пострадавшие были доставлены в больницу.

  • Bakıda təcili yardım maşını qəzaya düşdü, altı nəfər yaralandı

    Bakının Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

    İctimai TV xəbər verir ki, təcili yardım maşını ilə “Opel” markalı avtomobil toqquşub.

    Qəza nəticəsində təcili yardım maşınının sürücüsü və təcili yardımın iki xanım əməkdaşı yaralanıb.

    “Opel” markalı avtomobildə olan üç nəfərin isə daha ağır xəsarətlər aldığı bildirilir. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb “Opel” markalı avtomobilin yanlış manevr etməsi olub.

    Belə ki, “Opel” markalı avtomobilin sürücüsü qoşa xəttdən yolun əks istiqamətinə dönmək istəyən zaman sürətlə gələn təcili tibbi yardım maşını ona çırpılıb.

    Yaralılar xəstəxanaya çatdırılıb.

  • Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə sevinclə qarşılandı – VİDEO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri Türkiyəyə göndərilib.

    Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı da Türkiyəyə çatıb.

    Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çorum şəhər təşkilatının sədri Yusuf Ahlatçı və vətəndaşlar köməyə gələn azərbaycanlı qardaşlarını böyük sevgi və sevinclə qarşılayıb.

    Həmin görüntüləri təqdim edirik: