Month: August 2021

  • Лейла Алиева поздравила своего брата Гейдара Алиева с днем рождения – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева – Лейла Алиева сделала публикацию на своей странице в Instagram по случаю дня рождения своего брата.

    “Поздравляю любимого брата Гейдара! Желаю счастья, здоровья и всего самого хорошего! Спасибо, что ты есть! Люблю! Пусть Бог всех бережет! Спасибо!”, – говорится в публикации.

  • Leyla Əliyevadan qardaşı Heydər Əliyevin doğum günü ilə bağlı təbrik mesajı – FOTO

    Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

    O, təbriki öz “Instagram” hesabında paylaşıb.

    Paylaşımı təqdim edirik:

  • Уголовное дело в отношении экс-судьи, обвиняемого в убийстве жены, передано в суд

    Уголовное дело в отношении экс-судьи Сабунчинского районного суда Фагана Ахмедова, обвиняемого в убийстве жены, передано в Бакинский суд по тяжким преступлениям.

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры Азербайджана.

    В Следственном управлении надзорного ведомства завершено расследование по уголовному делу, возбужденному по статье 120.1 (умышленное убийство) УК АР по факту убийства жительницы Баку Парваны Ахмедовой.

    В ходе расследования появились обоснованные подозрения в том, что П.Ахмедову 30 мая 2021 года во время ссоры из охотничьего ружья застрелил ее муж Ф.Ахмедов, занимавший на тот момент должность судьи Сабунчинского районного суда.

    Ф.Ахмедову были предъявлены обвинения по статье 120.1 (умышленное убийство) УК АР, решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

  • Bakıda arvadını öldürən hakimin işi məhkəməyə göndərilib

    30 may 2021-ci il tarixdə paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında

    Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmət ölkə mediasında böyük təqdirlə qarşılanıb.

    “TRT Haber” bildirir ki, FHN əməkdaşlarının təxliyə olunmuş bölgədəki boş evlərin həyətlərində asılmış bayraqları toplayaraq yanğından mühafizə etmələri diqqətdən yayınmayıb.

    “Anadolu” agentliyi isə yanğınsöndürənlərimizin bəzilərindən müsahibə alıb.

    FHN əməkdaşı Kamil Dünyamaliyev bildirib ki, bayraq bizim üçün çox önəmlidir.

    “Türkiyə bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günümüzə qədər Türkiyənin yanındayıq. Marmarisə meşə yanğınlarını söndürmək üçün gəldik. Evə girdim, heç kim yox idi. Evin önündə asılmış türk bayrağını gördüm və onu götürdüm. Bayraq bizim üçün çox önəmlidir”, – deyə Kamil qeyd edib.

    Yanğınsöndürən Nail Qailov isə Türkiyəni çox sevdiklərini və onu yalnız buraxmayacaqlarını vurğulayıb.

    “Bayraq bizim hər şeyimizdir. Onu yanmağa qoymarıq. Türk xalqını çox sevirik və hər zaman yanında olacağıq”, – deyə əlavə edib.

  • Əfqanıstan prezidenti: “Taliban” daha da qəddarlaşıb”

    Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni “Taliban”ın daha da qəddarlaşdığını bəyan edib.

    “RİA Novosti” xəbər verir ki, Məhəmməd Əşrəf Qəni bu barədə parlamentin iclasındakı çıxışında bildirib.

    “Bəziləri bildirirlər ki, “Taliban” dəyişib. Bəli, onlar dəyişib, onlar daha qəddar olublar”, – deyə Əfqanıstan prezidenti vurğulayıb.

    Əşrəf Qəni əlavə edib ki, döyüş meydanında şərait dəyişməyənədək “Taliban” sülh istəyi nümayiş etdirməyəcək və danışıqlar masasına qayıtmayacaq.

  • Qaraciyəri piylənmədən bu qoruyur – Hər gün için

    Hazırda geniş yayılan qaraciyər piylənməsinə qarşı nəyin daha effektli olması barədə siçanlar üzərində tədqiqat aparıblar.

    Median.Az xəbər verir ki, ABŞ Pensilvaniya Universitetinin alimləri artıq bir təcrübənin nəticəsini dərc edib.

    Qaraciyərin qeyri alkoqol mənşəli xəstəliyi nəticəsində orqanın hüceyrələrində piy toplanır, getdikcə bu sirroza çevrilir. Son illər piylənmədən qaynaqlanan sirroz halları artır.

    Statistika görə, gözlənilir ki, 2030-cu ildə yer üzündə 120 milyon insan məhz bu piylənmədən əziyyət çəkəcək.

    Ona görə alimlər təcili bu problemə qarşı səfərbər olublar.

    Laboratoriya aparılan təcrübədə 16 həftə ərzində yüksək yağ tərkibli qidalarla yanaşı, yaşıl çay ekstraktı qəbul edən siçanlarda qaraciyərin piy qatının ümumi həcminin azalması sübut olunub. Yaşıl çayla yanaşı bu siçanlar təkər içində qaçışa da cəlb olunmuşdular.

    Digər yağlı qidalar yeyib, yaşıl çay ekstraktı qəbul etməyən siçanlarda isə qaraciyərdə yağlanma dərəcəsi 3 dəfə artmışdı.

    Eyni zamanda heyvanların nəcisinin analizi göstərdi ki, yaşıl çay həzm prosesində də dəyişikliklər yaradır.

    Bu çayda olan polifenollar nazik bağırsaqda həzm fermentləri ilə birgə təsir göstərərək, yağ və karbohidratların toplanmasını blok edir və artıq yağ birləşmələrini nəcislə xaric edir.

    Alimlər müntəzəm gəzmə, qaçış, fiziki hərəkət və yaşıl çay qəbulunun qaraciyər piylənməsinin qarşısını alacağını bildirir. /medicina.az

  • 35 nömrəli məktəb niyə sökülür? – FOTO

    “Bakının Nəsimi rayonu, R. Axundov 27 ünvanında yerləşən 35 nömrəli məktəb sökülür. Artıq əraziyə texnika cəlb olunub, təhsil müəssisəsinin bir hissəsi sökülüb. Məktəbin yerində çoxmərtəbəli yaşayış binasının tikiləcəyi deyilir”.

    Median.Az xəbər verir ki, bununla bağlı “qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Sakinlərin iddiasına görə, ərazi hansısa tikinti şirkətinə satılıb.

    Qeyd olunan problemi araşdırmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən məktəbin söküntüsü təsdiqlənsə də, yerində göydələn deyil, yeni məktəb binasının tikiləcəyi bildirildi:

    “Prezidentin 2020-ci il 5 may tarixli sərəncamına əsasən, Bakı şəhərindəki 35 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülməsi və yeni korpusun tikilməsi nəzərdə tutulur. Məktəbin yenidən inşa olunaraq 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.

    Məlumatda qeyd olunur ki, 840 şagird yerlik müasir tələblərə cavab verən təhsil müəssisəsində yeni akt zalı yaradılacaq, yeməkxana və kitabxananın ərazisi genişləndiriləcək, sinif otaqlarının sayı artırılacaq.

    Qeyd ki, 35 nömrəli məktəb 1931-ci ildə inşa olunub. 800 şagird yerlik təhsil müəssisəsi 2011-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilsə də, sonradan məktəbin dəhlizlərində və bir sıra sinif otaqlarında təhlükəli çatlar yaranıb, zirzəmisinin dəmir-betondan olan mərtəbəarası örtüyündə beton mühafizə qatlarının aşınması müşahidə olunub. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris müvəqqəti olaraq digər məktəbdə həyata keçirilib.

  • Bakıda qəbiristanlıqda yanğın baş verib

    Yeni Günəşli qəsəbəsində, yaşayış binalarının yaxınlığındakı qəbiristanlıq ərazisində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qəbiristanlıq ərazisində təxminən 100 m² sahədə quru ot və məişət tullantıları yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Автобус с российскими туристами перевернулся в Турции

    Не менее трех человек погибли и еще порядка 16 пострадали после того, как автобус с российскими туристами попал в ДТП в турецкой Анталии. Об этом сообщает газета Milliyet.

    «На боковой развязке автобус с российскими туристами врезался в заграждение, а затем перевернулся, выкатившись на встречную полосу», – говорится в сообщении.

    По данным издания, на место происшествия направлены машины скорой помощи и полиции. Пострадавшие были доставлены в ближайшие больницы.

    В Генконсульстве РФ в Турции подтвердили РИА «Новости» ДТП с туристическим автобусом в Турции. По данным дипведомства, инцидент произошел в районе Манавгата около 18:00. Автобус перевозил в аэропорт группу из 22 российских туристов, завершавших отдых в Анталье. В результате происшествия погибли три россиянина, пятеро получили тяжелые ранения.

    «Двое из них находятся в реанимационном отделении. Все пострадавшие доставлены в местные больницы для получения первой медицинской помощи и дополнительного осмотра», – рассказали в Генконсульстве РФ.