Month: August 2021

  • Команда “Формулы-1” продлила контракт с Фернандо Алонсо

    Команда “Alpin”, выступающая в чемпионате мира по “Формуле-1”, продлила контракт с пилотом Фернандо Алонсо.

    Новый контракт двукратного чемпиона мира рассчитан до конца сезона 2022 года.

    40-летний пилот становился чемпионом мира в 2005 и 2006 годах.

  • “Formula 1” komandası Fernando Alonso ilə yeni müqavilə imzalayıb

    Va”Formula 1″ üzrə dünya çempionatında çıxış edən “Alpin” komandası pilotu Fernando Alonso ilə müqavilənin müddətini uzadıb.

    İkiqat dünya çempionunun yeni sözləşməsi 2022 mövsümünün sonunadək nəzərdə tutulub.

    Qeyd edək ki, 40 yaşlı pilot 2005 və 2006-cı ildə dünya çempionu adını qazanıb.

  • “Azəriqaz”ın “Açıq mikrofon”u İsmayıllı rayonunda olacaq

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

    Bu barədə “Azəriqaz” məlumat yayıb.

    Bildirilir ki, bu dəfə “Səyyar qəbul otağ”ı İsmayıllı rayonunun Enişdibi kəndində təşkil olunacaq. Avqustun 27-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərd olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər. Onların çəkinməməsi, ehtiyat etməməsi, tam rahat olması üçün bütün zəruri tədbirlər görülür.

  • Pakistan və Əfqanıstanın tranzit ticarətlə bağlı razılaşma müddəti uzadılıb

    Pakistan və Əfqanıstan arasında tranzit ticarətlə bağlı razılaşmanın müddətinin uzadılması barədə yeni razılıq əldə olunub.

    Pakistanın Ticarət Nazirliyinə istinadən “The Express Tribune” qəzeti məlumat yayıb.

    “Bizim ticarət əlaqələrimiz barədə bütün məsələlər ətrafında razılıq əldə olunub. Pakistan Əfqanıstanla ticarət fəaliyyətini beynəlxalq hüquqa uyğun şəkildə davam etdirəcək”, – nazirlikdən bildirilib.

    Bildirilib ki, Əfqanıstanda siyasi vəziyyətin gərginləşməsindən və “Taliban”ın hakimiyyəti ələ almasından sonra yük maşınlarının, avtomobil nəqliyyatının, vətəndaşların Pakistan-Əfqanıstan sərhədindəki “Spin-Boldak” və “Torxam” nəzarət-keçid məntəqələrindən buraxılışında heç bir məhdudiyyət yoxdur.

    Gündəlik mindən çox yük maşınının sərhədlərdən keçdiyi qeyd edilib.

  • В Испании обрушился трехэтажный жилой дом

    Частичное обрушение трехэтажного жилого дома произошло в испанском населенном пункте Пеньискола (автономное сообщество Валенсия).

    Об этом сообщает газета El Periodico.

    По ее данным, не менее трех человек находятся под завалами. Одного из них удалось обнаружить, но пока не получается вызволить из под обломков многоквартирного здания. На месте происшествия работает пожарная служба и спасатели.

  • İspaniyada yaşayış binası uçub, dağıntılar altında qalanlar var

    İspaniyanın Valensiya muxtar əyalətində üçmərtəbəli yaşayış binası qismən dağılıb.

    B​​​​u barədə “El Periodico” qəzeti bildirib.

    Qəzetin məlumatına görə, hadisə Peniskola yaşayış məntəqəsində baş verib. Qeyd edilir ki, hazırda azı üç nəfər dağıntılar altındadır. Onlardan birinin yeri aşkarlanıb, amma həmin şəxsi çoxmənzilli binanın dağıntıları altından xilas etmək mümkün olmayıb.

    Hadisə yerində yanğınsöndürmə xidməti və xilasedicilər işləyir.

  • Британский министр обороны предложил афганцам спасаться из страны по земле

    Министр обороны Великобритании Бен Уоллис предложил оставшимся в Афганистане беженцам, которые не смогли покинуть страну на самолете, попробовать сделать это самостоятельно по земле. Об этом он сказал в интервью газете The Times, пишет lenta.ru.

    По его словам, многие граждане Афганистана, которые сотрудничали с зарубежными миссиями, сейчас пытаются покинуть страну из-за страха возмездия со стороны боевиков захватившего страну движения “Талибан”, но из-за наплыва людей в аэропорт Кабула попасть на рейсы удается не всем.

    При этом, Уоллис отмечает, что все наземные пограничные переходы между Афганистаном и соседними странами находятся под контролем талибов.

    В этой ситуации министр обороны посоветовал тем, кто хочет спастись из Афганистана, по возможности, искать другие наземные маршруты, чтобы пересечь границу и уехать в третьи страны. По его мнению, это наиболее безопасный вариант.

  • Böyük Britaniyadan Əfqanıstanı tərk etmək istəyənlərə tövsiyə

    Böyük Britaniyanın müdafiə naziri Ben Uollis təyyarə ilə ölkəni tərk edə bilməyən Əfqanıstanda qalan qaçqınlara tövsiyə edib ki, quru yollardan istifadə etsinlər.

    Bu barədə o “The Times” qəzetinə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, xarici missiyalarla əməkdaşlıq edən bir çox Əfqanıstan vətəndaşı “Taliban”ın qisas almaq qorxusundan indi ölkəni tərk etməyə çalışır. Amma Kabil hava limanına insanların axını səbəbindən hamı reyslərə minə bilmir.

    Eyni zamanda, britaniyalı nazir qeyd edir ki, Əfqanıstanla qonşu ölkələr arasında bütün təyin olunmuş sərhəd keçidləri “Taliban”ın nəzarətindədir.

    Bu vəziyyətdə o, Əfqanıstandan qaçmaq istəyənlərə, mümkünsə, sərhədi keçmək və üçüncü ölkələrə getmək üçün başqa quru yollarını axtarmağı tövsiyə edib. Onun fikrincə, bu, ən təhlükəsiz variantdır.

    Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada Əfqanıstanda olan britaniyalılara terror hücümü barədə xəbərdarlıq edilib:

    “Davam etməkdə olan və güclü terror hücumu təhlükəsi var. Kabil Beynəlxalq Hava Limanına getməyin. Hava limanı bölgəsindəsinizsə, təhlükəsiz bir yer və yeni tövsiyələri gözləyin”.

  • Pandemiya dövründə internet abunəçilərinin sayı artıb – STATİSTİKA

    Azərbaycanda mobil telefon abunəçilərinin sayı azalıb.

    Bakupost.az -ın apardığı təhlillərə əsasən, 2019-cu ildə ölkədə 897 229 nəfər internet abunəçisi olduğu halda, 2020-ci ildə bu say 1 159 897 nəfərə çatıb.
    İnternet abunəçilərinin sayında artımın olmasına baxmayaraq, mobil telefon abunəçilərinin sayı azalıb.

    2019-cu ildə Azərbaycanda 10 milyon 750,3 min nəfər mobil telefon abunəçisi olub. 2020-ci ildə isə bu say 10 milyon 344,3 minə enib. Əhalinin hər 100 nəfərinə düşən mobil telefon abunəçilərinin sayında da azalma müşahidə edilib. 2019-cu ildə əhalinin hər 100 nəfərinə 109 abunəçi, 2020-ci ildə isə 104 abunəçi düşüb.

  • Gürcüstan Əfqanıstandan təxliyə olunanları qəbul edəcək

    Gürcüstan Əfqanıstandan təcili humanitar təxliyə prosesinə qoşulub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili məlumat verib.

    Onun sözlərinə görə, ölkədə bu məqsədlə regional tranzit hab yaradılıb: “Mərkəz Tbilisi beynəlxalq hava limanı və aeroport yaxınlığındakı hərbi bazada təşkil olunub. Gürcüstan Əfqanıstanda olan beynəlxalq təşkilatların missiyalarının təxliyə olunan əməkdaşları, onların ailə üzvlərini qəbul edəcək və onları müvəqqəti yerləşdirəcək”.

    İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bu qərarı ilə beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı olduğunu nümayiş etdirib.

    Gürcüstan hökumətindən bildirilib ki, prosesin həyata keçirilməsi zamanı koronavirusla bağlı təhlükəsizlik qaydaları nəzərə alınır, tələb olunan xərcləri isə müvafiq beynəlxalq təşkilatlar qarşılayır.