Month: August 2021

  • Владимир Путин поздравил Мехрибан Алиеву с днем рождения

    Президент России Владимир Путин направил Первому вице-президенту Азербайджана Мехрибан Алиевой поздравительное письмо по случаю дня ее рождения, сообщает АЗЕРТАДЖ.

    “Уважаемая Мехрибан Арифовна,

    Примите сердечные поздравления по случаю Дня рождения.

    Высоко ценим Ваш личный вклад в упрочение отношений стратегического партнерства между нашими государствами. Уверен, что дальнейшее развитие этих отношений в полной мере отвечает интересам дружественных народов России и Азербайджана.

    Искренне желаю Вам, уважаемая Мехрибан Арифовна, крепкого здоровья, счастья, благополучия и успехов”, – говорится в послании.

  • Vladimir Putin Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Mehriban Arif qızı,

    Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək.

    Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”.

  • Rəsmi Bakıdan Qarabağla bağlı UNESCO-ya ÇAĞIRIŞ

    “Təəssüf ki, Ermənistan Xarici İşlər Naziri hələ də “yaddaş pozğunluğu” sindromundan əziyyət çəkir, belə olan halda biz qarşı tərəfə bir daha xatırladırıq ki, 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirərək, onun beynəlxalq tanınmış ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan Ermənistan bu torpaqlardakı tarixi, mədəni və dini irsin dağıdılması, mənimsənilməsi, mədəni sərvətlərimizin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə görə məsuliyyət daşıyır”.

    Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

    Bildirilib ki, bu cinayətlərin araşdırılması üçün Azərbaycan tərəfindən vaxtı ilə UNESCO-ya bölgəyə səfər edilməsi ilə bağlı çoxsaylı müraciətlər edilib və məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın o zaman işğal altında olan ərazilərinə səfər etməsinə əngəl olub:

    “Bu fakt təşkilatın hesabatlarında əks olunub. Ermənistan XİN-nə UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatı ilə tanış olmağı tövsiyə edirik. Hesabatda aydın şəkildə, Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı qeyd olunur.

    Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanın bu torpaqlarda törətdiyi məqsədyönlü dağıntıların miqyası beynəlxalq ictimaiyyət, o cümlədən dövlətlərin rəsmi nümayəndələri, müstəqil media agentlikləri, habelə qeyri-hökumət təşkilatları və s. tərəfindən ətraflı şəkildə qeydə alınıb. Görünməmiş vandallıq və “mədəni təmizləmə” törətmiş bir ölkənin öz əməllərini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan və cəfəng ittihamlarla çıxış etməsi təcrübəsi təəssüf ki, yeni deyil. Ermənistan tərəfi sonunda anlamalıdır ki, bu təcrübənin heç bir perspektivi yoxdur.

    Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə UNESCO-nun müstəqil və obyektiv missiyasının həyata keçirilməsi məsələsinə dəfələrlə münasibət bildirib, hətta bu prosesi sürətləndirməyə çağırıb. Rəsmi İrəvanın belə bir missiyanın həyata keçirilməsinə etiraz etmədiyini bəyan etdiyinə görə, ümid edirik ki, missiya yaxın zamanlarda reallaşacaq və onilliklər ərzində Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılmış tarixi, mədəni və dini irsin məqsədli şəkildə məhv edilməsi siyasətinin nəticələri qeydə alınacaq”.

  • Prezident: “Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu”

    Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi. Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür, belə planlar çoxdan var idi, amma Heydər Əliyev faktoru, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsın.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib. .

    “O canlı bomba hansı ki, 23-cü ildə qoyuldu Azərbaycanda və o partladı o vaxt. O vaxtki Azərbaycan rəhbərliyi sadəcə olaraq buna ya hazır deyildi ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi. Bəzi hallarda xəyanət etdi, satqınlıq etdi. Nəticə etibarilə hələ sovet vaxtında Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycandan defakto ayrılmışdı. Orada bir xüsusi komitə yaradılmışdı. O komitəyə rəhbərlik edən Moskvadan bir ermənipərəst bir adam gətirilmişdi. Hansı ki, faktiki olaraq orada ermənilərlə birləşib bizə qarşı iş aparılırdı”, – deyə dövlətimizin başçısı xatırladıb.

    Bu barədə söhbəti yekunlaşdıran Prezident İlham Əliyev deyib: “Azərbaycanlılar öz doğma torpağında artıq müdafiəsiz bir topluma çevrildilər. Ondan sonrakı tarix məlumdur. Biz isə tarixi, bax bu antiazərbaycan siyasəti geri çeviririk. Biz bəzilərinin heç yuxusuna gəlməyən işləri görürük. Bu gün tam bölgəyə sahibik, söz sahibiyik, işğal edilmiş torpaqları azad etmişik. Bu torpaqlarda indi möhkəmlənirik”.

  • Caliber посетил выставку IDEF-21: ВПК Турции продолжает удивлять весь мир – ВИДЕО

    Авторы аналитического YouTube-проекта Caliber посетили одну из крупнейших и наиболее значимых выставок вооружений в Европе – 15-ю Международную выставку IDEF-2021, которая прошла в Стамбуле в выставочном центре TÜYAP.

    В своем очередном обширном выпуске они делятся со зрителями проекта своим видением развития отрасли, тенденциями производства, концептуальными подходами лидеров рынка, а также своим видением будущего военно-промышленного комплекса Азербайджана.

  • “Caliber”: Türkiyənin hərbi sənaye kompleksi bütün dünyanı heyrətləndirməkdə davam edir – VİDEO

    “Caliber” analitik “YouTube” layihəsinin müəllifləri Heydər Mirzə və Hans Kloss Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci “IDEF 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət ediblər.

    “Caliber”in növbəti süjeti də məhz Avropanın ən böyük və ən əhəmiyyətli silah sərgisinə həsr edilib.

    Müəlliflər silah sənayesinin inkişafı, istehsal tendensiyaları, bazardakı liderlərinin konseptual yanaşmaları və Azərbaycanın hərbi sənaye kompleksinin gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.

  • Prezident: “Biz bölgəni erməni faşizmindən azad etmişik”

    Biz azad edilmiş torpaqlara müntəzəm olaraq xarici qonaqları gətiririk. Jurnalistləri, siyasətçiləri, ictimai xadimləri ki, görsünlər və bilsinlər ki, biz təkcə özümüzü işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik. Bu gün bu əraziləri bərpa edərək biz tarixi ədaləti bərpa edirik.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

    Dövlətimizin başçısı çıxışında xalqımızın uzun illər ədalətsizliklərlə üzləşdiyini xatırladıb. “XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birinci, 1920-ci ildə, ki o vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaranmasının heç bir əsası yoxdur. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq bizim canımıza bax bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il 7 iyul ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Onun da adını cəllad Stepan Şaumyanın adına verdilər. Stepanakert adlandırdılar, – deyə Prezident İlham Əliyev qeyd edib .

    Bununla bağlı söhbəti davam etdirən dövlətimizin başçısı deyib: “Ondan sonra da zərbələr oldu. 40-cı, 50-ci illərdə Ermənistan ərazisindən qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 80-ci illərin sonlarında erməni separatizmin baş qaldırılması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi, əksinə, separatistləri təhrik edirdilər. Onların havadarları bizə meydan oxuyurdular”.

  • Возбуждено уголовное дело в отношении инфицированной коронавирусом

    Сотрудники отдела полиции города Нафталана выявили больного коронавирусом в общественном месте.

    Как сообщили в гянджинской региональной группе пресс-службы МВД, установлено, что местная жительница Махизяр Гасанова, которой было назначено лечение в домашних условиях, вопреки правилам покинула место проживания.

    Женщина была возвращена домой.

    В ее отношении возбуждено уголовное дело по статье 139-1.1 (нарушение противоэпидемического и карантинного режимов) УК АР, проводится расследование.

  • Yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

    Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon sakini Mahizər Həsənovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

    Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

    Faktla bağlı Şəhər Polis Şöbəsinin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  • Жителя Баку задержали с героином

    В результате оперативных мероприятий сотрудники Главного управления по борьбе с наркотиками МВД задержали жителя Баку Дж.Алиева на территории Сабаильского района.

    Об этом сообщает пресс-служба ведомства.

    При нем было обнаружено более 4 кг героина и одна пластиковая карта.

    По данному факту проводится расследование.